Məhkəmə qərarları › İş №2(023)-684/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-684/2023

22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-684/2023 22.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehdixanov Nicat Namiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbi barədə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında Qazax rayon Qeydiyyat Şöbəsində xx.xx.2022-ci il tarixdə bağlanmış,166 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2023-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin, xx.xx.2023-cü ildə anadan olmuş X1 üç yaşına qədər hər ay 100 manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 50 manat, habelə mediasiya xərcinin yarısını təşkil edən 25 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin azaldılması barədə ərizə verərək, iddia tələbinin alimentə aid olan hissəsindən imtina etdiyini və cavabdehdən heç bir aliment tələbinin olmadığını bildirmişdir. Odur ki, cavabdehlə aralarında olan nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, cavabdehlə 10 iyun 2022-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2023-cü ildə Mira adlı bir uşaqları doğulmuşdur. Evləndikləri ilk vaxtlarda münasibətləri yaxşı olsa da, sonradan aralarında baş vermiş olan ziddiyyətlər ailələrinin dağılmasına səbəb olmuşdur. Bu səbəbdən də cavabdehdən ayrılmışdır və hal-hazırda uşağı onun himayəsindədir. Nikahları formal xarakter daşıyır. Cavabdehlə ailə münasibətlərini bərpa edib birlikdə yaşamaları mümkün deyildir. Odur ki, Cavabdeh ilə onun aralarında Qazax rayon Qeydiyyat Şöbəsində xx.xx.2022-ci il tarixdə bağlanmış,166 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş və verdiyi izahatında bildirmişdi ki, İddiaçı ilə 10 iyun 2022-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2023-cü ildə Mira adlı bir uşaqları doğulmuşdur. İddiaçı ilə aralarında baş vermiş olan ziddiyyətlər səbəbindən ayrılmışlar və azyaşlı uşaqları iddiaçının himayəsindədir. Onlara barışmaları üçün vaxt verilmədən nikahlarının pozulmasını, nikahları pozulduqdan sonra azyaşlı qalan uşaqlarının iddiaçının himayəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı 10 iyun 2022-ci il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 166 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Alpaşayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. İddia ərizəsindən və tərəflərin izahatından aydın oldu ki, tərəflər xeyli müddətdir ayrıayrılıqda yaşayırlar, birgə təsərrüfat aparmırlar. Onların barışması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrı yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın bir-birini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan, habelə tərəflər nikahın pozulmasına 3 ay vaxt verilmədən qarşılıqlı razı olduqlarından və hazırda tərəflər nikahın pozulmasını təkid etdiyindən, tərəflərin nikahları pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrı yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın bir-birini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan və hazırda iddiaçı nikahın pozulmasını təkid etdiyindən, tərəflərin nikahları pozulmalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Məhkəmə hesab edir ki, uşağın faktiki olaraq ananın yanında olmasını, uşağın ananın himayəsində qalmasına tərəflərin arasında mübahisə olmadığını, uşağın azyaşlı olmasını və ana qayğısına daha çox ehtiyacının olmasını nəzərə alaraq, nikah pozulduqdan sonra Mira adlı uşaq ananın (iddiaçının) yanında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı onun yanında qalan uşağın saxlanılması üçün Cavabdeh aliment tələb etmədiyindən, tərəflər arasında nikah pozularkən aliment tutulması məsələsi həll edilməməlidir. Bununla yanaşı məhkəmə iddiaçıya izah etməyi zəruri hesab edir ki, həmin uşaq yetkinlik yaşlarına çatanadək o, istənilən vaxt aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə, məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Azərbaycan Respublikasının “haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya şəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq, mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Qazax rayon Qeydiyyat Şöbəsində bağlanmış 10 iyun 2022-ci il tarixli, 166 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşaq İddiaçı yanında saxlanılsın. Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu və mediasiya xidməti üçün ödənilmiş xərcin yarısını təşkil edən 25 (iyirmi beş) manat alınaraq İddiaçı ödənilsin. İşdə iştirak edən şəxslərə nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar