Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-69/2024 17.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil Bəkir oğlunun, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X13 və X10 qarşı torpaq sahəsinin azad edilməsi və üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, evin və torpağın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, 17 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X13 və X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26-10301 reyestr nömrəsi və 26230196B8 qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətdə olan Qazax rayonu Kosalar kəndində yerləşən 0.23 ha torpaq sahəsinin cavabdehlərdən azad edilməsi, həmin torpaq sahəsindən və üzərindəki 39.10 m2 fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, həmin torpağın və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində Qazax rayonu, Kosalar kəndi ərazisində yerləşən 0.23 ha torpaq sahəsi üzərində 39.10 m2 təşkil edən fərdi yaşayış evi vardır. Həmin daşınmaz əmlaka dair hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində **********26-10301 reyestr nöməsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Qeyd olunan daşınmaz əmlak ona 2002ci ildə vəfat etmiş doğma əmisi X3 və 2005-ci ildə vəfat etmiş ata nənəsi X1 qanun üzrə vərəsəlik qaydasında miras qalmışdır. Cavabdehlər on il öncə qeyd olunan daşınmaz əmlaka müvəqqəti yaşamaq üçün köçmüşlər. Belə ki, iş üzrə Cavabdeh2 onun ögey bibisi Zərəngiz Əsədovanın gəlinidir. Daha dəqiq desək Z. Əsədova, ata babasının birinci arvadının qızı olmuşdur. Cavabdeh2, Qazax rayonu Kosalar kəndində ögey bibisi Zərəngizin oğlu sayılan Teyyub Əsədov ilə ailə qurduqdan sonra, bibisinin evinə gəlin köçmüş, digər qaynı və onun ailəsi ilə birlikdə Zərəngiz Əsədovanın evində yaşamışdır. Lakin, uşaqları olduqdan sonra, ailə böyüdükcə yaşadıqları ev getdikcə darısqal olduğundan, müvəqqəti olaraq onun evində yaşmaq istəmişlər. Beləliklə, mərhum nənəsi Pambıq İbrahimxəlilovanın vəfatından sonra kənddə olan həmin ev kimsəsiz qalmasın deyə, qohum kimi Cavabdeh2 və ailə üzvlərinə müvəqqəti olaraq Kosalar kəndindəki evində yaşamağa icazə verilmişdir. O ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərində yaşasa da, mütəmadi olaraq mərhum nənəsi və əmisindən ona miras qalan və hazırda mülkiyyətində olan həmin evə tez tez gəlib-getmişdir. Hazırda isə, mülkiyyətində olan Kosalar kəndində yerləşən həmin evə daimi olaraq ailəsi ilə gəlib yaşamaq istədiyindən, iş üzrə cavabdehlərə evi boşaltmalarını və öz əvvəlki yaşayış yerlərinə qayıtmalarını bildirmişlər.Lakin, cavabdehlər onun bu tələbinə əməl etməmişlər və evi tərk etməyəcəklərini bəyan etmişlər. Bundan əlavə cavabdehlər həmin ərazidə ondan xəbərsiz özbaşına qanunsuz artırmalar edərək, tikinti aparmışlar. Cavabdehlərin bütün bu hərəkətləri yolverilməzdir və bu hərəkətləri onun mülkiyyətindən maneəsiz istifadə hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən, hazıki mübahisənin məhkəmə qaydasında həlli zərurəti yaranmışdır. Çünki, hazırki halda mülkiyyətində olan əmlakdan cavabdehlərin onun iradəsinə zidd olaraq istifadə etmələri onun mülkiyyət hüquqlarının birbaşa pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və göstərmişdir ki, qeyd olunan evi və torpaq sahəsini 2003-cü ildə İbrahimxəlilova Mayadan alqı-satqı yolu ilə almışdır. Odur ki, iddianı əsassız hesab edərək təmin olumamasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, X13 və X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan 25 sentyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi atası xx.xx.1990-cı il tarixdə vəfat etmiş X4 olan nəvəsi İddiaçıdır və o miras əmlakdan tam hissədə pay almalıdır. 25 sentyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi nəvəsi İddiaçıdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu Kosalar kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə 501- 68/222 inventar nömrə ilə İddiaçı adına qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qazax rayonu Kosalar kəndində 0,23 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq xx.xx.2023-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Qazax RİHB-nın Kosalar kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Kosalar kəndində yerləşən və İddiaçı adına olan fərdi yaşayış evində İddiaçı razılığı ilə 10 ildən çoxdur ki, müvəqqəti olaraq Cavabdeh2 və onun ailə üzvləri Cavabdeh1, X13 və X12 yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) məlumatlarına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26-10301 reyestr nömrəsi ilə İddiaçı tam mülkiyyətində olan Qazax rayonu Kosalar kəndində yerləşən 0.23 ha torpaq sahəsinin və fərdi yaşayış evinin koordinatları faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3225 saylı rəyindən görünür ki, Tədqiqat Qazax rayonu, Kosalar kəndində yerləşən 0.23 ha yaşayış üçün torpaq sahəsinin üzrə aparılır. Tədqiqatın aparılması üçün göndərilmiş qərardada əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-2119/2024 saylı mütəxəssis rəyinin məlumatlarına istinad olunur. Mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) məlumatlarına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26-10301 reyestr nömrəsi ilə İddiaçı tam mülkiyyətində olan Qazax rayonu Kosalar kəndində yerləşən 0.23 ha torpaq sahəsinin və fərdi yaşayış evinin koordinatları faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək üçün mütəxəssis və ekspert rəyləri alınmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26- 10301 reyestr nömrəsi ilə İddiaçı tam mülkiyyətində olan Qazax rayonu Kosalar kəndində yerləşən 0.23 ha torpaq sahəsinin və fərdi yaşayış evinin koordinatları faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, sözügedən ev mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İndiyə qədər cavabehlərlə mülkiyyətçi arasında sözügedən mənzildən istifadə hüququnun yaranması ilə bağlı heç bir razılaşma olmamışdır. Cavabdehlər bu günədək sözügedən mənzildə yaşamağa davam edir. İddiaçı bu səbəbdən mülkiyyət hüququ ilə ona məxsus ev üzərində olan mülkiyyət hüquqlarından istifadə edə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli yaşayış evinin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan həmin yaşayış evindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus mənzildə olması iddiaçının mənzil üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Qazax rayonu Kosalar kəndində 0,23 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə hansı bir hüququ mövcud olmayan cavabdehlərin həmin mənzildə yaşaması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26-10301 reyestr nömrəsi və 26230196B8 qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətdə olan Qazax rayonu Kosalar kəndində yerləşən 0.23 ha torpaq sahəsi Cavabdeh2, Cavabdeh1, X13 və X8 zəbtindən azad edilməklə, həmin torpaq sahəsi və üzərindəki 39.10 m2 fərdi yaşayış evindən çıxarılmalı, həmin torpaq və ev boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 95 (doxsan beş) manat ekspertiza xərci iddiaçıya aid edilməli, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26-10301 reyestr nömrəsi və 26230196B8 qeydiyyat nömrəsi ilə xx.xx.2023cü il tarixdə qeydiyyata alınmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətdə olan Qazax rayonu Kosalar kəndində yerləşən 0.23 ha torpaq sahəsi Cavabdeh2, Cavabdeh1, X13 və X8 zəbtindən azad edilməklə, həmin torpaq sahəsi və üzərindəki 39.10 m2 fərdi yaşayış evindən çıxarılsınlar, həmin torpaq və ev boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh2, Cavabdeh1, X13 və X6 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X7 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 95 (doxsan beş) manat ekspertiza xərci İddiaçı aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-69/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-69/2024
17.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver