Məhkəmə qərarları › İş №2(023)-69/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-69/2025

06.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-69/2025 06.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı və vəkili Vəkil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququ müəyyən edilməklə evə köçürülmə tələbinə dair mülki işə 06 fevral 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququ tanınmaqla evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 17 iyun 2013-cü ildə faktiki evlənməklə, 14 fevral 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü Zəkiyyə və xx.xx.2016-cı il təvəllüdlü Yusif doğulmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-451/2024 saylı qətnaməsi ilə nikahı pozulmuş və uşaqları onun himayəsinə verilmişdir. Evləndikdən sonra cavabdehə məxsus ünvan 2 ünvanına gəlin köçmüş və cavabdehlə birlikdə təsəruffat aparmışdır. xx.xx.2016-cı il tarixdə yaşadıqları evdə yanğın olmuş və ev bütövlükdə yanmışdır. Birgə nikah dövründə birgə təsərrüfat apararaq evi yenidən inşa etdirmişlər. O övladları ilə 10 il ərzində ünvan 2 ünvanında yaşamışdır. Yanğından sonra həmin ev onların birgə vəsaiti ilə tikilmişdir. Onların həmin evdən əmlak hüququ ilə bərabər istifadə hüquqları da vardır. Lakin həmin ev dövlət qeydiyyatından keçməmiş və çıxarış alınmamışdır. Həmin evdə qeydiyyatdadır. Ona məxsus əşyalar da həmin evdədir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, məhkəmə baxışında araşdırılmış sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X6 doğulmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-451/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh X8 ilə 14 fevral 2014-cü il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində 40 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydinin pozulması, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 X5 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, ayda hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment alınaraq X7 ödənilməsi qət edilmişdir. Qazax rayon XDS İK-nin 20 mart 1990-cı il tarixli iclas protokolundan görünür ki, mərhum X3 ünvan 3 ünvanındakı iki otaqlı yaşayış evi oğlu X4 adına sənədləşdirilməsi qərara alınmışdır. X15 Texniki Pasportun surətindən görünür ki, ünvan 4 ünvanındakı yerləşən fərdi yaşayış evi xx.xx.1987-ci il tarixdə 501-1/659 inventar nömrə ilə X4 adına qeydə alınmışdır. Azərbaycan Respublikasi Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğin Nəzarəti Xidməti X16 Yanğin Nəzarəti İdarəsinin 19.11.204-cü il tarixli məktubundan görünür ki, Qazax şəhəri Bakı küçəsi 30 ünvanında yaşayan Cavabdeh məxsus fərdi yaşayış evində xx.xx.2016-cı il tarixində baş vermiş yanğın hadisəsi ilə əlaqədar ilkin sənədlər baxılması və müvafiq qərar qəbul edilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X17 15 Saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşər fərdi yaşayış evi keçmiş DTİ və MHQİ tərəfindən Cavabdeh atası X4 adına 12 fevral 1987-ci ildə 501-1/659 inventar nömrəli texniki pasport tərtib edilmişdir, lakin hüquqları dövlət qeydiyyatına alınmamışdır. Həmçinin Cavabdeh adına fərdi yaşayış evi aşkar edilməmişdir. Məhkəmə, iddianın evə köçürülmə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, İddiaçı ünvan 5 ünvanında yerləşən evdə 2013-cü ildən yaşaması işdə iştirak edən şəxslərin izahatları ilə yanaşı və işin digər halları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 2013-cü ildə yarandığına görə hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dən qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq olunmalıdır. Məhkəmə, iddianın evdən istifadə hüququnun tanınması hissəsini də araşdıraraq qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə hesab edir ki, İddiaçı 2013-cü ildə qeyd şərtsiz mübahisəli evə gəlin köçərək orada cavabdehin ailə üzvü kimi birgə yaşadığından və birlikdə ümumi təsərrüfat apardığından İddiaçı Cavabdeh istifadəsində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddədə göstərilmişdir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki,məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh istifadəsində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar