Məhkəmə qərarları › İş №2(023)-7/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-7/2025

13.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-7/2025 13.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlunun nümayəndəsi, Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qızının nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi, Cavabdeh1 İddiaçı qarşı evə çəkilmiş xərc tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə 13 yanvar 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mansurov İddiaçı Afaq Pənah qızı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 himayəsində olan 14 fevral 2015-ci il təvəllüdlü X10 ilə birlikdə mülkiyyətində olan Qazax şəhəri, X12 küçəsi döngə 1, ev 6 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun oğu Zaur Mansurovla 2003-cü ıl tarixdə ailə həyatı quraraq, 12 iyul 2004-cü ıl tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx xxxx 2004-cü il tarixdə Cəvahir və 14 fevral 2015ci il tarixdə Nigar adlı uşaqları doğulmuşdur. 20 oktyabr 2023-cü il tarixdə oğlu ilə Cavabdeh1 nikahı məhkəmə qaydasında pozulmuşdur və cavabdeh də nikahın pozulmasına razılıq vermişdir. Nikah pozularkən 14 fevral 2015-cı ıl təvəllüdlü X10 anası Cavabdeh1 himayəsində qalmışdır. Onlar hazırda Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi idarəsindən verilmiş xx.xx.2013-cu il tarixli, ********** qeydiyyat və **********82-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan Qazax şəhəri, X12 kuçəsı döngə 1, ev 6 ünvanında yerləşən evində yaşayırlar. O Cavabdeh1 himayəsində olan 14 fevral 2015-ci il təvəllüdlü Nigar və Cavabdeh2 evindən çıxmalarını tələb edr. Bu şəxslərin onun mülkiyyətində olan evdən istifadə huquqları yoxdur. Cavabdeh2 mülkiyyətində Qazax şəhərində mənzil vardır. Cavabdehlərin ona məxsus evdə qalmaları onun mülkiyyət hüququnu qanunsuz olaraq məhdudlaşdırır. O cavabdehlərin evində yaşaması ilə bağlı notarial qaydada heç bir razılıq verməmişdir. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 himayəsində olan 14 fevral 2015-ci il təvəllüdlü X10 ilə birlikdə mülkiyyətində olan Qazax şəhəri, X12 küçəsi döngə 1, ev 6 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı evə çəkilmiş xərc tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9665 manat pulun və ödənilmiş 116,65 manat dövlət rüsumunun İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı onun əri Zaurun atasıdır. O, Zaur Mansurovla 12 iyun 2004-cü il tarixdə rəsmi nikaha daxil olsa da, faktiki nikahı 2000-ci ilin aprel-may aylarında olmuşdur. Elə həmin tarixdən ünvan 3 ünvanına gəlin köçərək yaşamışdır. Övladları həmin ünvanda doğulmuş və həmin ünvana qeydiyyata düşərək yaşamışlar. Sözügedən evdən istifadə hüququ olmaqla yanaşı, evdə təmir-bərpa və yenidənqurma işləri aparmışdır. Hazırda sözügedən mənzildə o tək yaşayır. Lakin İddiaçı verdiyi iddia ərizəsində yalandan orada yaşamasını qeyd etmiş, nəticədə iddia ərizəsi səhv tərtib edilmiş, buna baxmayaraq məhkəmə işi icraata qəbul etmişdir. İddiaçının təqdim etdiyi çıxarış 2013-cü il tarixdə alınmışdır ki, o, iddiaçı heç mülkiyyətçi olmadığı vaxtdan sözügedən evdən sərbəst surətdə istifadə etmişdir. Evdə onun tərəfindən yenidənqurma işləri aparılmış və təxminən 15000 manat məbləğində İddiaçı razılığı ilə mülkiyyətçisi olduğu evə xərc çəkmişdir. Belə ki, sözügedən ev 5 otaq, 1 koridor və 1 mətbəxdən ibarətdir. Evin 9 ədəd plastik pəncərəsi vardir ki, hər biri 185 manat olmaqla, ümumilikdə 1665 manat məbləğində pul onun tərəfindən ödənilməklə dəyişdirmişdir. Evin otaqlarının tavanlarının alçipanla yenilənməsi üçün 06 otaq üçün ümumilikdə 3000 manat pul və həmin otaqlar üçün divar kağızlarına 1500 manat məbləğində pul onun tərəfindən ödənilmişdir. Sözügedən evin döşəməsinin təmiri və boyası üçün 500 manat pul, bütün qeyd edilən işlərin müqabilində usta xərci olaraq 3000 manat pul onun tərəfindən ödənilmişdir. Cavabdeh onun evdən çıxarılmağını tələb etdiyi üçün sözügedən evə çəkdiyi xərci məcbur qalıb tələb edir. Həmçinin qeyd etmək istəyir ki, sözügedən evdə onun yaşamaq və istifadə hüququ vardır ki, bu hal yalnız kompensasiya ödəməklə onu sözügedən hüquqdan məhrum edə bilər. Sözügedən kompensasiyanın məbləği məhkəmə tərəfindən müəyyən edilməli, onun və azyaşlı övladının yaşaması üçün müəyyən müddətə evlə təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində onun digər yaşayış mənzilinin mövcud olduğunu göstərmişdir. Əslində iddiaçı tərəfindən iddia ərizəsi yalan tərtib edilmiş və mötəbəər sübutlarla öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən 9665 manat pulun və ödənilmiş 116,65 manat dövlət rüsumunun İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi, Vəkil1 ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, hazırda ilk iddia üzrə Cavabdeh1 nikahı məhkəmə qaydasında pozulmuşdur və onun ilk İddiaçıla heç bir qohumluq əlaqəsi qalmamışdır. Onların mənzildən çıxarılmasını istəyir. Həmçinin İddiaçı 2023-cü il tarixədək mülkiyyətində olan evdə yaşadığını, Cavabdeh1 qarşılıqlı iddia ilə bağlı heç bir sübut təqdim etmədiyini bildirərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi, Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 gəlin köçdüyü vaxtdan hal-hazıradək yaşamışdır. Onun övladları da həmin ünvanda doğulmuş və həmin ünvana qeydiyyata düşərək yaşamışlar. Cavabdeh1 evdən istifadə hüququ olmaqla yanaşı, evdə təmir-bərpa və yenidənqurma işləri aparmışdır. Odur ki, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi, Vəkil2 vəsatəti əsasında dindirilmiş X7 ifadəsində bildirmişdir ki, tərəfləri evin təmiri ilə bağlı tanımışdır. Həmin vaxt Afaqla danışmışdır, əri Zaur da yanında olmuşdur. Material almaq üçün pulu və əmək haqlarını Afaq vermişdir. 2019-2020-ci ildə həmin evdə rəngsaz işi görmüşdür və gördüyü işə görə 3000 manat əl haqqı almışdır. Bir min manatlıq material almışlar. 7,5 manatdan 70 ədəd alçipan, 90 qəpikdən 1100 m pərgil, 6 manatdan 150 kisə üzlük (şpaklyovka), 1 ədədi 75 manatdan 7 ədəd lak, 1100 manata 50 rulon oboy, 1 ədədi 65 manata 8 ədəd emusya, kraska, lüstur altı alınmışdır. Həmin vaxt döşəməni (şlifovka) hamarlamışdır. Gördüyü işlərə görə pulu Afaq vermişdir, Zaur da yanında olmuşdur. Pulu ona hissə-hissə vermişlər. Həmin vaxt evdə Zaur, Afaq və qızları yaşamışdır. Ramiz ona təmirlə bağlı heç bir tapşırıq verməmişdir. Evin pəncərələrini də 1300 manata o düzəltdirmişdir. Təmirlə bağlı alınan malların hamısının ödəniş çeklərini Afaqa vermişdir, pəncərə ilə bağlı çek verilməmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsini səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, isə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia tam təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq xx.xx.2013-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X14 ilə X3 nikahı xx.xx.2004-cü il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində 128 nömrə ilə qeyd edilməklə bağlanılmışdır. Nikah bağlanıldıqdan sonra arvada Mansurova soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahından 14 fevral 2015ci il təvəllüdlü X10 doğulmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-1351/2023 saylı qətnaməsinin surətindən görünür ki, X6 Cavabdeh1 ilə 12 iyul 2004-cü ildə Qazax rayon Qeydiyyat Şöbəsində 128 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydinin pozulması, 14 fevral 2015-ci il təvəllüdlü X1 Afaq Pənah qızının himayəsində saxlanılması, X4 14 fevral 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 19 oktyabr 2023-cü il tarixdən başlayaraq, hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan iddiaçı Cavabdeh1 X8 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın dəyəri tələbinə dair iddia ərizəsində iddiaçı Cavabdeh1 qeyd edir ki, “cavabdehlə 2003-cü il tarixdə faktiki olaraq evlənərək nikahımızı 12 iyul 2004-cü il tarixdə rəsmi qatdada qeydiyyata aldırmışıq.” Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Cavabdeh1 iddiaçının oğlu Zaur Mansurovla 2003-cü il tarixdə faktiki evlənərək 12 iyul 2004-cü ildə rəsmi nikaha daxil olmuşlar, bununlada cavabdeh iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Sözügedən ev hazırda İddiaçı mülkiyyətindədir. 20 oktyabr 2023-cü il tarixdə iddiaçının oğlu ilə Cavabdeh1 nikahı məhkəmə qaydasında pozulmuşdur. Həmin vaxtdan indiyə qədər cavabehlə mülkiyyətçi olan iddiaçı arasında sözügedən mənzildən istifadə hüququnun yaranması ilə bağlı heç bir razılaşma olmamışdır. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus ev üzərində olan mülkiyyət hüquqlarından istifadə edə bilmədiyindən cavabdehlərin ona məxsus evdən çıxarılmasını istəyir. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehlərin həmin mənzildən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh xx.xx.2004-cü il tarixdə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan iddiaçıya məxsus mənzilə köçərək orada yaşamışdır. 20 oktyabr 2023-cü il tarixdə iddiaçının oğlu ilə Cavabdeh1 nikahı məhkəmə qaydasında pozulmuşdur. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yaranmışdır, ona görə də mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbləri baxımından Cavabdeh1 İddiaçı ailə üzvü hesab olunmur. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri dedikdə, onun əri, arvadı, valideynləri, uşaqları başa düşülür. Buna görə də cavabdeh iddiaçının ailə üzvü hesab olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü hesab olunmadığından, onun iddiaçıya məxsus mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında mənzildən istifadə hüququnun yaranması ilə bağlı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin həmin mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı ona məxsus mənzildən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İddianın Cavabdeh1 himayəsində olan 14 fevral 2015-ci il təvəllüdlü X10 ilə birlikdə yaşayış evindən çıxarılması ilə bağlı hissəsini də araşdıraraq məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehin himayəsində 1 azyaşlı uşağı vardır və tərəflərin nikahı pozulduqdan sonra həmin uşaq məhkəmə qətnaməsinə əsasən Cavabdeh1 himayəsində saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh1 himayəsində olan uşağı azyaşlı olduğundan, o himayəsində olduğu valideyni ilə birlikdə iddiaçıya məxsus yaşayış evindən çıxarılmalıdır. İddia tələbinin digər Cavabdeh2 evdən çıxarılması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evdə yaşamaq hüququ yaranmamışdır. Eləcədə, cavabdehin mülkiyyətində ünvan 5 ünvanında mənzili vardır. Bundan başqa cavabdeh artıq uzun müddətdir ki, mübahisəli evdə yaşamır. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin iddiaçıya məxsus yaşayış evində yaşamaqda davam etməsi iddiaçının yaşayış evi üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus yaşayış evində yaşaması iddiaçının yaşayış evinə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 himayəsində olan 14 fevral 2015-ci il təvəllüdlü X10 ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə, qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsində Zaur Mansurovla 12 iyun 2004-cü il tarixdə rəsmi nikaha daxil olsa da, 2000-ci ilin aprel-may aylarında faktiki ailə qurduğunu, həmin tarixdən də ünvan 6 ünvanına gəlin köçdüyünü, övladlarının da orada doğulduğunu və həmin ünvana qeydiyyata düşərək yaşadığını göstərmişdir. Cavabdeh1 sözügedən evdə təmir-bərpa və yenidənqurma işləri aparıldığını və həmin işlərə görə təxminən 15000 manat məbləğində xərc çəkdiyini bildirmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi məhkəmə iclasında iddiaçının öz evini qarşılıqlı iddiaçının bildirdiyi tarixdən neçə illər əvvəl təmir etdirməsini və təmir xərclərinə sərf edilmiş bütün vəsaitin İddiaçı məxsus olduğunu bildirərək qarşılıqlı iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan normalara görə ilk növbədə iddiaçı öz tələbini sübuta yetirməlidir. Lakin iddiaçının təqdim etdiyi qeyri-müəyyən tarixli, adsız, imzalanmamış, hansı satıcı tərəfindən verilməsi göstərilməyən və heç bir ödəniş qəbzi ilə təsdiq edilməyən qaimələr iddianın tələbini təsdiq etmir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş X7 evi təmir etdiyini və xərclənən pulları bilavasitə qarşılıqlı iddiaçıdan aldığını göstərsədə, işin hallarına uyğun olmayan ifadə vermişdir. Şahid ifadəsində həmçinin evdə istifadə olunan bütün materialların mağazadan onun tərəfindən alındığını və alıdığı mallara görə ödəniş çeklərini Cavabdeh1 təqdim etdiyini bildirmişdir. Qarşılıqlı iddiaçı isə məhkəməyə təqdim edilmiş qarşılıqlı iddiasına iddianı təsdiq edən heç bir ödəniş qəbzi əlavə etməmişdir. Bundan başqa şahid onunla qarşlıqlı iddiaçı arasında təmir bərpa işləri ilə əlaqədar heç bir yazılı müqavilə bağlanmadığını, sadəcə razılaşdıqlarını qeyd etmişdir. Şahidin qeyd edilən ünvanda usta olaraq işləməsini təsdiq edən heç bir əlavə sübutu məhkəməyə təqdim edilməmişdir. İddiaçı nümayəndəsi isə bu şahidin ümümiyyətlə həmin evin təmirində iştirak etmədiyini bildirmişdir. Həmin evin evin mülkiyyətçisi İddiaçı tərəfindən qeyd edilən tarixdən bir neçə il əvvəl öz vəsaiti hesabına apardığını bildirmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda iddianın dəlilini sübuta yetirmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür. Lakin qarşılıqlı iddiaçı bu dəlilini heç bir sübutla təsdiq etməmişdir. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/5936 saylı rəyindən görünür ki, təmir-tikinti işlərinin müddətinin müəyyən edilməsinə dair metodika olmadığından qərardaın birinci sualının birinci hissəsi üzrə tədqiqat aparılmadı. Qazax şəhəri, X12 küçəsi döngə 1, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən dəhliz, mətbəx və yaşayış otaqları təmirli vəziyyətdə olduğu müəyyən edilir. Qazax şəhəri, X12 küçəsi döngə 1, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən dəhliz, mətbəx, və yaşayış otaqlarında aparılmış təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 8057,0 manat məbləğində dəyəri müəyyən olunur. İddiaçı tərəfindən iddia tələbində qoyulmuş məbləğin ağlabatan olub-olmaması məsələsi tikinti ekspertinin həlletdiyi məsələlər dairəsinə aid olmadığından qərardadın üçüncü sual üzrə tədqiqat aparılmamışdır. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün alınmış Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin ekspert rəyində göstərilir ki, təmir-tikinti işlərinin müddətinin müəyyən edilməsinə dair metodika olmadığından qərardadın birinci sualının birinci hissəsi üzrə tədqiqat aparılmamışdır. Buda onu göstəırir ki, qarşılıqlı iddiada qeyd edilən təmir işlərinin 2019-2020-ci illərdə aparılmasını müəyyən etmək mümkün olmamışdır. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi isə ifadəsində mübahisəli evdə təmir bərpa işləri qarşılıqlı iddiada göstərilən müdətdən bir neçə il əvvəl mülkiyyətçi İddiaçı tərəfindən aparıldığını göstərmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, İddiaçı özü 2023-cü il tarixədək mülkiyyətində olan sözügedən evdə yaşamışdır. Odur ki, qarşılılı iddia üzrə iddiaçı tərəfindən mübahisəli evdə hər hansı bir təmir işləırinin aparılması ilə bağlı mötəbər sübutlar iş materiallarına əlavə olunmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh1 müştərək qaydada iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 himayəsində olan 14 fevral 2015-ci il təvəllüdlü X10 ilə birlikdə birlikdə İddiaçı mülkiyyətində olan Qazax şəhəri, X13 küçəsi döngə 1, ev 6 ünvanında yerləşən yaşayış evindən çıxarılsın. Cavabdeh1 İddiaçı qarşı evə çəkilmiş xərc tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İddiaçı və Cavabdeh1 müştərək qaydada iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürül Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar