Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-711/2023 20.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Qazax rayon notariat ofisinə və DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı qarşı vərəsəliyin müəyyən edilməsi tələbinə dair mülki işə 20 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qazax rayon notariat ofisindən verilmiş 21 aprel 1990-cı il tarixdə vəfat etmiş babası X2 mirasından payların müəyyən edilməsi barədə 04 sentyabr 2021-ci il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Qazax rayon notariat ofisindən verilmiş 19 aprel 1994-cü il tarixdə vəfat etmiş atası X8 mirasdan payların müəyyən edilməsi barədə 28 noyabr 2012-ci il tarixli, 2V-5-2361 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi babası X5 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən atasına münasibətdə miras payının verilməsi eləcədə X6 miras qalmış Qazax şəhəri Mərkəzi bazarda yerləşən mağazaya vərəsəliyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə etmiş və izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən babası X5 miras qalmışdır. Cavabdeh2 bütün vərəsələrin həmin evdə payı olduğu halda 14 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə öz adına keçirmişdir. 18 mart 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X8 hüquqi varisi olaraq müəyyən edilməklə ondan miras payı almışdır. Son vərəsəlik işində yalnız cavabdeh miras payı almışdır. Atasının isə 3 varisi vardır, hamısı həmin evdə yaşayaraq mirası qəbul etmişdir. Atasının vəfatından sonra əmlakı payçı olaraq o da idarə etmişdir. Babasının vəfatında sonra da əmlakı sahiblənərək idarə etmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmiş və izahat verərək bildirmişdir ki, sözügedən vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə etiraz etmir. Həqiqətən də iddiaçı onunla birlikdə X5 miras qalmış evə iddiaçı ilə birlikdə sahiblik etmişdir. İddiaçı anadan olduqdan evləndiyi vaxta kimi həmin evdə yaşamışdır. Odur ki, iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmiş və Cavabdeh1 izahatına uyğun və izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Qazax rayon Notariat ofisinin və DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin nümayəndələri məktubla məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 01 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 181.30 kvm olan fərdi yaşayış evi X9 mülkiyyətinə verilmişdir. 04 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 1990-cı il tarixdə vəfat etmiş X9 ünvan 3 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1 həmin miras əmlakdan tam hissədə pay almalıdır. 18 mart 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, mərhum X3 vərəsələri ünvan 3 ünvanında qeydiyyatda olan X1, X11, X7 və Cavabdeh1 onun əmlaklarından bərabər hissələrdə irs almalıdırlar. İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın 15 saylı Ərazi İdarəsinin verdiyi 10 sentyabr 2021-ci il tarixli, 501-1/1861 inventar №li Texniki pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmışdır. İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 18 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 181.30 kvm olan fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə verilmişdir. X11 05 iyun 1995-ci il tarixdə Qazax şəhərində vəfat etmişdir. X12 21 aprel 1990-ci il tarixdə Qazax şəhərində vəfat etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, bəli iddiaçı mirasın açıldığı vaxt həmin evdə yaşamışdır. Bundan başqa iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının atası X11 18 mart 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə miras qoyan X2 vərəsəsi olaraq onun mirasında pay almışdır. X2 04 sentyabr 2021-ci il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik işi açılan zaman iddiaçının atası X8 18 mart 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə miras qoyan X2 vərəsəsi olaraq onun mirasından pay alması nəzərə alınmamışdır. Buda onu göstərir ki, X2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə 04 sentyabr 2021-ci il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik işi açılan zaman onun varisləri mirasın qəbulu üçün dəvət edilməmişdir. İddiaçının tələb irəli sürdüyü Qazax rayon mərkəzi bazarında yerləşən mağazanın miras kütləsinə daxil olmasını müəyyən edən hər hansı bir sənədə iddiaçı tərəfindən təqdim edilmədiyi üçün həmin hissədə iddia tələbi təmin edilməməlidir. Buna görədə iddia tələbi qismən təmin edilməli iddiaçı mərhum atası X10 münasibətdə X2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən pay almalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Belə ki, 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Göstərilən Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Qazax rayon Notariat kontoru tərəfindən təqsdiq edilmiş 04 sentyabr 2021-ci il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilsin. Onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 18 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. X2 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 01 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsində Cavabdeh1 və ½ hissəsində isə İddiaçı payları müəyyən edilsin. İddia qalan hissədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-711/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-711/2023
20.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver