Məhkəmə qərarları › İş №2(023)-713/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-713/2025

29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-713/2025 29.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü ildə vəfat etmiş X3 xx.xx.2002-ci ildə vəfat etmiş X4 övladı (oğlu) olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci ildə anadan olmuş X7 ilə aralarındakı xx.xx.1985-ci ildə bağlanmışdır. Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı qərarı ilə Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi X1 ilə onların ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi də mövcuddur ki, həmin ev də mərhum qaynanasının adına qeydə alınmışdır. X1 xx.xx.2003-cü ildə, əri X6 isə xx.xx.2023-cü ildə ölmüşdür. Onların vəfatından sonra həm torpaq sahəsinə, həm də yaşayış evinə vərəsiliyi qəbul etmək istəyərkən, mərhum ərinin doğum haqqında şəhadətnaməsi olmadığından və mərhum əri ilə mərhum qaynanasının doğma ana-oğul olmalarını başqa qaydada müəyyən etmək mümkünsüz olduğundan vərəselik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Məsələ ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, ərinin doğum haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. Mərhum əri X3 mərhum X1nın doğma övladı olmasını, yəni onların qohumluq münasibəti faktini təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Ona görə də hesab edir ki, xx.xx.2023-cü ildə vəfat etmiş əri X3 xx.xx.2003-cü ildə vəfat etmiş X4 övlad (oğlu) olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. X7 onun qonşusu olub və xatırlamadığı tarixdə vəfat etmişdir. X10 onun rəfiqəsi olmuşdur. X3 X4 oğlu olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. Ərizəçi əri X7 vəfat etmişdir. X3 X4 oğlu olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, o, Ərizəçi qohumudur. Ərizəçi əri X7 vəfat etmişdir. X3 X4 oğlu olmasını təsdiq edir. Belə ki, iş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X10 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X5 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi xx.xx.1985-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maraqlı şəxs məktubdan görünür ki, X5 məxsus doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı doğum haqqında tibbi şəhatətnamə və ya məhkəmə qətnaməsi əsasında qeydə alındığını qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qazax rayonu Daş Salahlı kənd nümayəndəliyinin arayışından görünür ki, Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatda olmuş xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 rayonu Daş Salahlı kəndində qeydiyyatda olmuş xx.xx.2003-cü il tarixdə vəfat etmiş mərhum X4 oğludur. İş materiallarında olan daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin arayışından görünür ki, Qazax rayonu Daş Salahlı kəndində 0.1994 ha, **********83-10301 reyestr nömrəli torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinəəsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, xx.xx.2023-cü ildə vəfat etmiş X7 xx.xx.2003-cü ildə vəfat etmiş X4 oğlu olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, xx.xx.2023cü ildə vəfat etmiş X3 xx.xx.2003-cü ildə vəfat etmiş X4 oğlu olmuşdur. Bu səbəbdən həmin fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 3472-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2023-cü ildə vəfat etmiş X3 xx.xx.2003-cü ildə vəfat etmiş X4 oğlu olması faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar