Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-721/2023 13.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi Nümayəndə Abbas qızının iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X5, anası X6 olmaqla xx.xx.1956-cı ildə Qazax rayonu, Çaylı kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X5, anası X6 olmaqla xx.xx.1956-cı ildə Qazax rayonu, Çaylı kəndində anadan olmuşdur. Atası və anası vəfat etmişlər. Onun doğumu Maraqlı şəxsndə qeydə alınmamışdır və ona doğum şəhadətnaməsi verilməmişdir. Hazırda vərəsəliyi qəbul edən zaman onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün sənədləşmə işlərini aparmaq mümkün olmur. Maraqlı şəxsnə müraciət etsə də, onun doğum qeydi aşkar edilməmiş və Maraqlı şəxs bununla bağlı məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşmə barədə ərizə təqdim edərək, atası X5, anası X6 olmaqla xx.xx.1956-cı ildə Qazax rayonu, Cəfərli kəndində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxsin müraciətini nəzərə alaraq, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən Qazax RİHB-nin Cəfərli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-58-9-12-21/2-186/2023 saylı arayışdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İsmayılov X1 pasport qeydiyyatında olmaqla Qazax şəhərində yaşayır. Maraqlı şəxs Ərizəçi ünvanladığı 3-16-5/8-70-302/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, doğumun qeydə alınması tibbi şəhadətnamə ilə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Qazax rayonunun Cəfərli kəndində doğulmuşdur. İş materiallarında olan arayışdan görünür ki, Ərizəçi doğumu barədə Maraqlı şəxs arxivində akt qeydi aşkar olunmadı. Doğum haqqında akt qeydi kitabları 1953-cü ildən 1959cu ilədək Cəfərli kənd İƏD üzrə yoxlanılmışdır. Doğum haqqında bərpa akt qeydi kitabları 1957-ci ildən 1974-cü ilədək yoxlanılmışdır. “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1925-ci ildə Qazax rayonunda doğulmuşdur. İş materiallarında olan nikahın bağlanması haqqında arayışdan görünür ki, X5 ilə X4 nikahı 01 dekabr 1961-ci il tarixdə Qazax rayon Cəfərli kənd sovetində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X7 11 yanvar 2006cı ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası İTS üzrə Dövlət Agentliyi TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 07 iyun 2023-cü il tarixli 173 saylı arayışdan görünür ki, 1956-cı il təvəllüdlü Ərizəçi doğumu haqqında Qazax rayon Mərkəzi Xəstəxanasında RHŞ–in Arxiv bölməsində heç bir tibbi sənəd aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, xx.xx.1945ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. Ərizəçi onun qardaşı oğludur. Ərizəçi mərhum atası X5 onun qardaşı olmuşdur. Ərizəçi anası X7, atası X5 olmaqla 1956-cı ildə doğulmuşdur. Məhkəmə, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, ərizəçinin izahatı, şahid ifadəsi və digər iş materialları ilə Ərizəçi xx.xx.1956-cı ildə Qazax rayonunda doğulması, atasının X5, anasının X7 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnaməsinin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə onun doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin onun doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi mərhum Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1956-cı ildə Qazax rayonunda doğulması, anası X7, atası X5 olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi atasının X5, anasının X7 olmaqla, xx.xx.1956-cı ildə ildə Qazax rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-721/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-721/2023
13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver