Məhkəmə qərarları › İş №2(023)-746/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-746/2024

20.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-746/2024 20.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə 20 iyun 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum akt qeydində X1, anası X5 olmaqla xx.xx.1960-cı ildə Qazax rayonu, Çaylı kəndində doğulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1, anası X5 olmaqla xx.xx.1960-cı ildə Qazax rayonu, Çaylı kəndində anadan olmuşdur. X1 vəfat etmişdir. Hazırda anası X5 ilə birlikdə Qazax rayonu Çaylı kəndində yaşayır. Orta məktəbi Qazax rayonu Musaköy kəndində bitirmişdir. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olmuşdur. Ona məlum olmayan səbəbdən doğum haqqında şəhadətnaməni tapa bilmir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, onun doğum qeydi aşkar edilməmişdir. Doğum şəhadətnaməsinin olmaması vərəsəlik və sair hüquqlarını həyata keçirmək üçün ona çətinliklər yaradır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxsin müraciətini nəzərə alaraq, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Qazax rayonunun Çaylı kəndində doğulmuşdur. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi doğumu barədə akt qeydi aşkar olunmadı. Qazax rayon Çaylı kənd İƏD üzrə 1957-1963-cü illər üzrə yoxlanılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. 1961-1978-ci illər üzrə doğum haqqında bərpa akt qeydləri yoxlanılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Qazax RPŞ-nin Qeydiyyat və X2 kartotekası üzrə Ərizəçi adına tərtib olunmuş fərdi uçot kartoçkasında doğum tarixi xx.xx.1960-cı il, doğum yeri Qazax rayonu Çaylı kəndi qeyd olunmuşdur. AZ 972380 nömrəli orta təhsil haqqında attestatın surətindən görünür ki, 1960-cı il təvəllüdlü Ərizəçi 1978-ci ildə Qazax rayon Musaköy kəndaxşam əyani-qiyabi orta məktəbin tam kursunu bitirmişdir. HZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək hərbi xidmətdə olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, xx.xx.1961ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Ərizəçi onun qardaşıdır. Ərizəçi X1, anası X5 olmaqla xx.xx.1960-cı ildə doğulmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, xx.xx.1977ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Ərizəçi onun qardaşıdır. Ərizəçi X1, anası X5 olmaqla xx.xx.1960-cı ildə doğulmuşdur. Məhkəmə, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Belə ki, Ərizəçi X1, anası X5 olmaqla xx.xx.1960-cı ildə Qazax rayonu Çaylı kəndində anadan olmuşdur. Lakin müəyyən səbəblərdən Ərizəçi doğum haqqında şəhadətnamə alınmamışdır. Hazırda doğum şəhadətnaməsinin bərpası mümkün olmamışdır. Ərizəçinin doğum şəhadətnaməsinin olmaması ərizəçiyə müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklər yaradır. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1, anası X5 olmaqla xx.xx.1960-cı ildə Qazax rayonu Çaylı kəndində doğulması faktı məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunduğundan ərizə təmin edilməli və doğum faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının MPM-nin 213-214,216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi atasının X3, anasının X5 olmaqla, xx.xx.1960-cı ildə Qazax rayonu Çaylı kəndində doğulması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar