Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-775/2023 20.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X5, anası X8 olmaqla xx.xx.1948-ci ildə Qazax rayonu, Əskipara kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X5, anası X8 olmaqla xx.xx.1948-ci ildə Qazax rayonu, Əskipara kəndində anadan olmuşdur. Atası xx.xx.2000-ci ildə, anası isə xx.xx.2007-ci ildə vəfat etmişlər. Valideynləri 05 noyabr 1968-ci ildə nikaha daxil olmuşlar. Onun doğumu Maraqlı şəxsndə qeydə alınmamışdır və ona doğum şəhadətnaməsi verilməmişdir. Hazırda vərəsəliyi qəbul edən zaman onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün sənədləşmə işlərini aparmaq mümkün olmur. Maraqlı şəxsnə müraciət etsə də, onun doğum qeydi aşkar edilməmişdir. Doğum şəhadətnaməsinin olmaması ona vərəsəlik işi ilə bağlı çətinliklər yaradır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxsin müraciətini nəzərə alaraq, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi ünvanladığı 3-16-5/8-70-305/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, doğumun qeydə alınması tibbi şəhadətnamə ilə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1948-ci il tarixdə Qazax rayonunun Əskipara kəndində doğulmuşdur. İş materiallarında olan arayışdan görünür ki, 1948-ci ildə Qazax rayonu Əskipara kəndində anadan olmuş X1 doğumu barədə Maraqlı şəxs arxivində akt qeydi aşkar olunmadı. Doğum haqqında akt qeydi kitabları Qazax rayon Əskipara kəndi üzrə 1947-1950-ci ilədək yoxlanılmışdır. Doğum haqqında bərpa akt qeydi kitabları 1949-cu ildən 1966-cı ilədək yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında arayışdan görünür ki, X10 ilə X1 nikahı 11 dekabr 1977-ci il tarixdə Qazax rayon Çaylı kənd İƏD bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Qocayeva soyadı verilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında arayışdan görünür ki, X5 ilə X6 nikahı 05 noyabr 1968-ci il tarixdə Qazax rayonu Əskipara kənd İƏD bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Vəliyeva soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X5 16 fevral 2000-ci ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X8 13 aprel 2007-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası İTS üzrə Dövlət Agentliyi TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 07 iyun 2023-cü il tarixli 127 saylı arayışdan görünür ki, XX.XX.1948-ci il təvəllüdlü Ərizəçi doğumu haqqında Qazax rayon Mərkəzi Xəstəxanasında RHŞ–in Arxiv bölməsində heç bir tibbi sənəd aşkar edilməmişdir. İşdə olan Qazax RPŞ-nin Qeydiyyat və X2 kartotekası üzrə Ərizəçi adına tərtib olunmuş fərdi uçot kartoçkasında doğum tarixi 1948-ci il, doğum yeri Qazax rayonu Əskipara kəndi qeyd olunmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, XX.XX.1935-ci ildə Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olmuşdur. Ərizəçi onun baldızı Sənəmin qızıdır. Ərizəçi anası X8, atası X5 olmaqla xx.xx.1948-ci ildə doğulmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, XX.XX.1949-cu ildə Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olmuşdur. Ərizəçi onun qardaşı Məhəmmədin qızıdır. Ərizəçi anası X8, atası X5 olmaqla xx.xx.1948-ci ildə doğulmuşdur. Məhkəmə, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, ərizəçinin izahatı, şahid ifadəsi və digər iş materialları ilə Ərizəçi xx.xx.1948-ci ildə Qazax rayonu, Əskipara kəndində doğulması, atasının X5, anasının X8 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnaməsinin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə onun doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin onun doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi mərhum Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1948-ci ildə Qazax rayonu, Əskipara kəndində doğulması, anası X8, atası X5 olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi atasının X5, anasının X8 olmaqla, xx.xx.1948-ci ildə Qazax rayonu, Əskipara kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-775/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-775/2023
20.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver