Məhkəmə qərarları › İş №2(023)-775/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-775/2025

13.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-775/2025 13.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «doğum faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X3 xx.xx.2012-ci il tarixdə, bacıları X23 xx.xx.2015-ci il tarixdə və X17 xx.xx.2017-ci tarixdə Suriya Respublikasında Azərbaycan Respublikasını - vətəndaşları atası xx.xx.1972-ci ildə Salyan şəhərində anadan olmuş X10 və anası xx.xx.1982-ci ildə Qazax şəhərində anadan olmuş X24 birgə nikahlarından doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X6 xx.xx.1972-ci gə Salyan şəhərində anadan olmuş. Bu barədə xx.xx.1972-ci ildə Salyan Rayon Qeydiyyat Şöbəsində 172 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. X15 xx.xx.1982-ci ildə Qazax şəhərində anadan olmuş. Bu barədə xx.xx.1982-ci ildə Maraqlı şəxsndə 259 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası və anası, o və digər uşaqları (xx.xx.2007-ci il təvəllüdlü X31, xx.xx.2009-cu il təvəllüdlü X26) ilə birlikdə 2009-cu ildə Suriya Respublikasına getmişlər. Suriyada onların xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X23 və xx.xx.2017-ci təvəllüdlü X27 adlı uşaqları anadan olmuşdur. Bu uşaqların doğum faktlarıda müəyyən olunmalıdır. Suriyanın müxtəlif bölgəsində yaşamışlar. Məlumdur ki, həmin bölgədə 13 ildir ki, vətəndaş müharibəsi gedir. 2013-14-cü illərdən başlayaraq yaşadığı ərazi tez- tez bomba atəşinə məruz qalırdı. 2019-cu ilin may ayının ağır bombardumana məruz qaldıqdan sonra anası yaralandı və vəfat etmişdir. Həmin vaxtdan atasını da itirdi və bir daha tapa bilmədlər. Sonradan onlara məlumat verdilərki, həmin bonbardımanda vəfat etmişdir. ABŞ əsgərləri onu, qrdaşını və bacılarını və digər şəxslərlə birgə əsir götürdülər. Onlar minlərlə digər əsirlərlə birlikdə Suriya ərazisində yerləşən Əl-Hol kampına yerləşdirildilər Əsirlik həyatı 5 il davam etmişdir. X6 və X15 həlak olması ilə bağlı hər hansı bir qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yardımı və Azərbaycan Respublikasının Ankara Səfirliyinin vasitəsilə təqdim edilmiş qayıdış şəhadətnaməsi ilə Azərbaycana 2024-cü ilin iyun ayında qayıda bildilər. Lakin atası və anası Azərbaycan Respublikasında vəfat etmədikləri və Suriyada da ölümləri hər hansı bir rəsmi qurumda qeydiyyata alınmadığı üçün onların ölüm -haqqında şəhadətnaməsi yoxdur. Eləcədə Suriya Respublikasında doğulmuş qardaşı xx.xx.2012-ci il təvəllüdlü X8, bacısı xx.xx.2015-ci il təvəllüdlü X23 və bacısı xx.xx.2017-ci təvəllüdlü X11 doğumları qeydiyyatdan keçməmişdir. Bununla bağlı Maraqlı şəxsndən məktub verilmişdir. Onlar Azərbaycana qayıtdıqdan sonra baba və nənənin yanında yaşayır, Qardaşı xx.xx.2012-ci il təvəllüdlü X8, bacısı xx.xx.2015-ci il təvəllüdlü X23 və bacısı xx.xx.2017-ci il təvəllüdlü X11 doğum faktının müəyyən edilməsi onlara Azərbaycan Respublikasında himayəçi təyin olunduğu bacı-qardaşlarına müavinətin alınması üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası qayıdış şəhadətnamələrinin surətindən görünür ki, xx.xx.2017-cü il təvəllüdlü-Ərizəçi, xx.xx.2007-ci il təvəllüdlü-X31, xx.xx.2009-cu il təvəllüdlü-X26, xx.xx.2012-ci il təvəllüdlü-X8, xx.xx.2015-ci il təvəllüdlü- X18 və xx.xx.2015-ci il təvəllüdlü-X19 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası qayıdış şəhadətnaməsi verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci ildə Suriya Respublikasında anadan olmuş X11 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2015-ci ildə Suriya Respublikasında anadan olmuş X12 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2012-ci ildə Suriya Respublikasında anadan olmuş X3 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1972-ci ildə Salyan şəhərində anadan olmuş X10 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1982-ci ildə Salyan şəhərində anadan olmuş X24 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.2003-cü il tarixdə anadan olmuş, ata qrafasında X25, ana qrafasında isə X16 qeyd edilmşidir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X26 xx.xx.2009-cu il tarixdə anadan olmuş, ata qrafasında X25, ana qrafasında isə X16 qeyd edilmşidir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X31 xx.xx.2007-ci il tarixdə anadan olmuş, ata qrafasında X25, ana qrafasında isə X16 qeyd edilmşidir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X25 xx.xx.1972-ci il tarixdə Salyan şəhərində anadan olmuş, ata qrafasında X13, ana qrafasında isə X7 qeyd edilmşidir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X34 xx.xx.1982-ci il tarixdə Qazax şəhərində anadan olmuş, ata qrafasında X32, ana qrafasında isə X5 qeyd edilmşidir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X35 ilə X34 xx.xx.2003cü il tarixdə Maraqlı şəxsndə 119 saylı nikahın bağlanması haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maraqlı şəxs məktubdan görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş X18 məxsus doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı doğum haqqında tibbi şəhatətnamə və ya məhkəmə qətnaməsi əsasında qeydə alındığını qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maraqlı şəxs məktubdan görünür ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 məxsus doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı doğum haqqında tibbi şəhatətnamə və ya məhkəmə qətnaməsi əsasında qeydə alındığını qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maraqlı şəxs məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə anadan olmuş X19 məxsus doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı doğum haqqında tibbi şəhatətnamə və ya məhkəmə qətnaməsi əsasında qeydə alındığını qeyd edilmişdir. İş materiallarında olan Qazax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)187/2025 saylı qətnaməsi ilə xx.xx.1972-ci ildə Salyan şəhərində doğulmuş X25 və xx.xx.1982-ci ildə Qazax şəhərində doğulmuş X9 Ərəb Respublikasında xx.xx.2019-ci il tariixdə ölmüş elan edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-20-xx/xx-24557/2025 saylı məktubdan görünür ki, Suriya Ərəb Respublikasının münaqişə bölgələrinə getmiş xx.xx.2003-cü il təvəllüdlü Ərizəçi, xx.xx.2007-ci il təvəllüdlü X33, xx.xx.2009-cu il təvəllüdlü X26 və Suriya Ərəb Respublikasında dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X23, xx.xx.2017- ci il təvəllüdlü X27 Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları"na uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1- 5/1-6398/2024/5021 aid nömrəli xx.xx.2024-cü il tarixli dərkənarına əsasən 04 iyun 2024-cü il tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindən Türkiyə Respublikasının Ankara şəhəri vasitəsilə, İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul İşçi Qrupuna daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin müşayiəti ilə ölkəmizə repatriasiya olunmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələlərı Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, aparılmış icraat nəticəsində xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəl üdlü X12 və xx.xx.2017-ci il təvəlüdlü X11 Azərbaycan Respublıkasının Nazirlər Kabınetinın xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəxsin Azərbaycan Respublıkasının vətəndaşlığına mənsubıyyətinin müəyyənləşdirilməsi Qaydası "nın 4.1.5ci yarı mbəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli, 3-38-33/2-1635/25 saylı məktubundan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Ərizəçi, xx.xx.2007-ci il təvəllüdlü X21, xx.xx.2009-cu il təvəllüdlü X14, xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəlüdlü X12 və xx.xx.2017ci il təvəlüdlü X1 dəfə dövlət sərhədindən hərəkətləri barədə qeydə alınmışdır. Ərizəçi xx.xx.2011-ci ildə çıxış-xx.xx.2024-cü il tarixdə giriş, Mustafalı ƏsmaTofiq qızı xx.xx.2011ci ildə çıxış-xx.xx.2024-cü il tarixdə giriş, X26 xx.xx.2011-ci ildə çıxış-xx.xx.2024-cü il tarixdə giriş, X27 xx.xx.2024-cü il tarixdə giriş, X23 xx.xx.2024-cü il tarixdə giriş və X8 xx.xx.2024-cü il tarixdə giriş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Arma diagnostik kitler və analitik cihazlar” məktubundan və RLDA-TR01-3097 saylı DNA test raporundan görünür ki, Ərizəçi ilə X8 99.99996% ilə bacı qardaşdırlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Arma diagnostik kitler və analitik cihazlar” məktubundan və RLDA-TR01-3100 saylı DNA test raporundan görünür ki, Ərizəçi ilə X23 99.99996% ilə bacıdırlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Arma diagnostik kitler və analitik cihazlar” məktubundan və RLDA-TR01-3102 saylı DNA test raporundan görünür ki, Ərizəçi ilə X27 99.99996% ilə bacıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, X25 ilə X34 xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar.Sonradan onlar övladları xx.xx.2003-cü il təvəllüdlü Ərizəçi, xx.xx.2007-ci il təvəllüdlü X31, xx.xx.2009-cu il təvəllüdlü X26 ilə birlikdə 2009-cu ildə Suriya Ərəb Respublikasına getmişlər. Suriyada onların xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X23 və xx.xx.2017-ci təvəllüdlü X27 adlı uşaqları anadan olmuşdur. X50 Respublikasında doğulmaları ilə bağlı doğum haqqında şəhadətnamə verilməmişdir. Belə ki, Suriya Ərəb Respublikasında müharibə şəraiti səbəbindən doğum haqqında şəhadətnamənin alınması mümkün omamışdır. X2 və X9 Ərəb Respublikasında müharibə olan zaman vəfat etmişlər. Hazırda Ərizəçi həmin uşaqlara doğum haqqında şəhadətnaməni ala bilimir və Maraqlı şəxsndə xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X23 və xx.xx.2017-ci təvəllüdlü X19 aid doğum akt qeydi yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1972-ci il tarixdə Salyan şəhərində anadan olmuş X10 və xx.xx.1982-ci il tarixdə Qazax şəhərində anadan olmuş X24 birgə nikahından xx.xx.2012-ci il tarixdə X3, xx.xx.2015-ci il tarixdə X12 və xx.xx.2017-ci il tarixdə X11 Suriya Ərəb Respublikasında doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1972-ci il tarixdə Salyan şəhərində anadan olmuş X10 və xx.xx.1982-ci il tarixdə Qazax şəhərində anadan olmuş X24 birgə nikahından xx.xx.2012-ci il tarixdə X3, xx.xx.2015-ci il tarixdə X12 və xx.xx.2017-ci il tarixdə X11 Suriya Ərəb Respublikasında doğulması faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar