Məhkəmə qərarları › İş №2(023)-794/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-794/2023

22.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-794/2023 22.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 himayələrində olan uşaqları 14 noyabr 2015-ci il təvəllüdlü X2, 20 noyabr 2019-cu il təvəllüdlü İddiaçı İlkin qızı və 19 dekabr 2022-ci il təvəllüdlü X1 ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun oğlu, digər Cavabdeh2 isə gəlinidir. Cavabdeh qanunsuz olaraq onun evində məskunlaşmışdır. Cavabdehlər onun evində normal yaşamasına imkan vermirlər. O, cavabdehlərin uşaqları ilə birlikdə onun evindən çıxarılmalarını tələb edir. Cavabdehlərin himayəsində 14 noyabr 2015-ci il təvəllüdlü X2, 20 noyabr 2019-cu il təvəllüdlü İddiaçı İlkin qızı və 19 dekabr 2022-ci il təvəllüdlü X1 adlı uşaqları vardır ki, bu şəxslərin onun mülkiyyətində olan evdən istifadə hüquqları yoxdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası DƏDKR PHŞ-in 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********66-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun adına qeydə alınmışdır. Cavabdehlərin onun mülkiyyətində olan evə hər hansı bir hüquqları yoxdur. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasında Cavabdeh1 verdiyi izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində iddianı qəbul etdiyini, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxmağa heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmənin iclasında Cavabdeh2 verdiyi izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində iddianı qəbul etdiyini, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxmağa heç bir etirazının olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq xx.xx.2020-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 14 noyabr 2015-ci il təvəllüdlü X2, 20 noyabr 2019cu il təvəllüdlü İddiaçı İlkin qızı və 19 dekabr 2022-ci il təvəllüdlü X1 adlı uşaqları ilə birlikdə yaşayırlar, hazırda onlar həmin evdən çıxmalarına etirazları olmadığını bildirmişlər. Cavabdehlər tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və ya qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 himayələrində olan uşaqları 14 noyabr 2015ci il təvəllüdlü X2, 20 noyabr 2019-cu il təvəllüdlü İddiaçı İlkin qızı və 19 dekabr 2022-ci il təvəllüdlü X1 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar