Məhkəmə qərarları › İş №2(023)-81/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-81/2025

08.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-81/2025 08.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair mülki işə 09 iyul 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanda yerləşən torpaq sahəsində qanunsuz çəkilmiş daş hasarın onun hesabına sökülməsi və həmin torpaq sahəsinin zəbt olunmuş hissəsinin azad olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X1 miras qalmış ünvan 2 ünvanda yerləşən 0.0472 ha həyətyanı torpaq sahəsi və torpaq sahəsi üzərindəki ümumi sahəsi 86.9 kvm olan yaşayış evi DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışa əsasən onun adına qeydə alınmışdır. Cavabdeh 2 il bundan əvvəl onun və ailə üzvlərinin evdə olmadığından istifadə edərək, aradakı sərhədləri müəyyən edən və uzun illər əvvəldən çəkilmiş dəmir toru söküb, mülkiyyətində olan torpaq sahəsinin təxminən 63,0 kvm hissəsini qanunsuz olaraq zəbt etməklə hasara almışdır. Qeyd olunan ünvana dair tərtib olunmuş texniki pasportdan da müəyyən olunur ki, Cavabdeh ona məxsus torpaq sahəsi ilə özünə məxsus torpaq sahəsinin sərhədlərini onun torpağına tərəf 1.3 metr enində və 5.0 metr uzunluğunda, habelə 3.1 metr enində 18.2 metr uzunluğunda (1.3 x 5.0 = 6.5 kvm, 3.1 x 18.2 = 56,42 kvm, 6.5 + 18.2 = 62.92 kvm) keçərək, həmin ərazini daş hasara almaqla, torpaq sahəsinin həmin hissəsi üzərindəki mülkiyyət hüququnu pozmuşdur. Halbuki, mübahisəli ərazinin qanuni sərhədləri mərhum atası X2 adına tərtib olunmuş texniki pasportdan açıq-aşkar görünür. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini, ekspertiza rəyi ilə razı olduğunu bildirərək, hasarın İddiaçı mülkiyyətində olan torpaq sahəsinə düşən hissəsinin sökülməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş X8 Texniki Pasportun surətindən görünür ki, Qazax şəhəri N.Nərimanov ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə 0,0472 ha torpaq sahəsi ilə xx.xx.2021-ci il tarixdə 501-1/2761 inventar nömrə ilə İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qazax şəhəri N.Nərimanov ev 8 ünvanında 0,0472 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdən İddiaçı tam mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş X8 Texniki Pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə 0,034551 ha torpaq sahəsi ilə xx.xx.2018-ci il tarixdə 501-1/2765 inventar nömrə ilə Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1313828 saylı Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi tam, torpaq sahəsi 3/6 hissə Cavabdeh, torpaq sahəsi 1/6 hissə olmaqla X3, X5 və X4 adına xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 0.0472 ha həyətyanı torpaq sahəsi GPS ölçü aləti vasitəsi ilə ölçülərək koordinatları müəyyən edildi. **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh və qeyrilərinə məxsus ünvan 4 ünvanında yerləşən 0.0320 ha həyətyanı torpaq sahəsi GPS ölçü aləti vasitəsi ilə ölçülərək koordinatları müəyyən edildi. Elektron baza məlumatlarına əsasən **********68- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 0.0472 ha həyətyanı torpaq sahəsinin 1.75 kv.m hissəsi Cavabdeh istifadəsi kimi göstərilən torpaq sahəsi İlə üst-üstə düşür, **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh və qeyrilərinə məxsus ünvan 4 ünvanında yerləşən 0.0320 ha həyətyanı torpaq sahəsinin 2.0 kv.m hissəsi İddiaçı istifadəsi kimi göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Elektron baza məlumatlarına əsasən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş hasar İddiaçı məxsus **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışda olan torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir və maneçilk törətmir. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1986 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-37/2- 1065/2025 saylı ekspert rəyinə əsasən qeyd olunur ki, **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 0,0472 ha həyətyanı torpaq sahəsi GPS ölçü aləti vasitəsi ilə ölçülərək koordinatları müəyyən edilmidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-1065/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh və qeyrilərinə məxsus ünvan 4 ünvanında yerləşən 0.0320 ha həyətyanı torpaq sahəsi GPS ölçü aləti vasitəsi ilə ölçülərək koordinatları müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-1065/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Elektron baza məlumatlarına əsasən **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 0.0472 ha həyətyanı torpaq sahəsinin 1.75 kv.m hissəsi Cavabdeh istifadəsi kimi göstərilən torpaq sahəsi ilə üst-üstə düşür, **********44- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh və qeyrilərinə məxsus ünvan 4 ünvanında yerləşən 0.0320 ha həyətyanı torpaq sahəsinin 2.0 kv.m hissəsi İddiaçı istifadəsi kimi göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-1065/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Elektron baza məlumatlarına əsasən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş hasar İddiaçı məxsus **********68-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışda olan torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir və maneçilik törətmir. Məhkəmə tərəfindən Qazax şəhəri N.Nərimanov ev 8 ünvanında İddiaçı mülkiyyətində olan 0,0472 ha torpaq sahəsinə tərəflərin iştirakı ilə yerində baxış keçirilərkən, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 0.0472 ha həyətyanı torpaq sahəsinin 1.75 kv.m hissəsinin Cavabdeh tərəfindən zəbt olunduğu aşkar olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax şəhəri N.Nərimanov ev 8 ünvanında 0,0472 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı tam mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0,0320 ha torpaq sahəsi və fərdi yaşayış evi 3 Cavabdeh, X3, X5 və X4 ümumi birgə mülkiyyətlərindədir. İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 0.0472 ha həyətyanı torpaq sahəsinin 1.75 kv.m hissəsi Cavabdeh istifadəsi kimi göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək üçün mütəxəssis və ekspert rəyləri alınmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 0.0472 ha həyətyanı torpaq sahəsinin 1.75 kv.m hissəsi Cavabdeh istifadəsi kimi göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 0.0472 ha həyətyanı torpaq sahəsinin 1.75 kv.m hissəsi Cavabdeh zəbtindən azad edilməli, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 0.0472 ha həyətyanı torpaq sahəsinin 0.0472 ha həyətyanı torpaq sahəsinin 1.75 kv.m hissəsində Cavabdeh tərəfindən inşa edilmiş daş hasar onun hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 0.0472 ha həyətyanı torpaq sahəsinin 1.75 kv.m-ə qədər hissəsi (ərazinin yerləşmə sxeminə uyğun) Cavabdeh zəbtindən azad edilsin. İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 0.0472 ha həyətyanı torpaq sahəsinin 1.75 kv.m-ə qədər hissəsində qanunsuz olaraq tikilmiş daş hasar Cavabdeh öz hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar