Məhkəmə qərarları › İş №2(023)-813/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-813/2025

01.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-813/2025 01.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlu, Ərizəçi Maraqlı şəxs (üçüncü şəxs Qazax rayon notariat ofisinə) qarşı «vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair qeydəalınma üçün əsas verən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi» barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 3-cü şəxs Qazax rayon notariat ofisi tərəfindən vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi mənə verilmədiyinə və əsaslı, qanuni vəsiyyətnamə icra olunmadığına görə qeydəalınma üçün əsas vərən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizədən görünür ki, ərizəçi mərhum anasından qalmış mirasın qəbul edilməsi faktının müəyyən edilməsini və payın müəyyən edilməsini məhkəmədən xahiş etmiş, lakin bununla bağlı notariat ofisinə müraciət etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmçinin iş materiallatından görünür ki, Ərizəçi iş üzrə dövlət rüsumu ödəməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini, habelə ərizəçinin dövlət rüsumu ödəməkdən azad edilməsinə dair «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hallar mövcud olduğu halda, həmin halları təsdiq edən sənədlər əlavə olunmamışdır. Halbuki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə görə isə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə görə isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs (üçüncü şəxs Qazax rayon notariat ofisinə) qarşı «vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair qeydəalınma üçün əsas verən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi» barədə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçi notariat ofisinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar