Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-819/2023 19.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi İddiaçı Cavabdeh1 QİZİ, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən çıxarılmamənzil mübahisələri mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçıCavabdeh1 QİZİ, Cavabdeh2, Cavabdeh3 oğluna qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 QİZİ, Cavabdeh2, Cavabdeh3 onun mülkiyyətində olan Qazax şəh, M.Hüseyn küçəsi 28 saylı evdən çıxarılmasına dair qətnamə qəbul etməyi xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizədə özünün rəsmi qeydiyyatda olduğu və yaşadığı ünvanı, cavabdehlərə təqdim ediləcək iddia ərizəsinin surətini (iddia ərizəsinin surəti cavabdehlərin sayına uyğun sayda olmalıdır) ərizəsində qeyd etməsinə baxmayaraq əlavə etməmişdir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-819/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-819/2023
19.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver