Məhkəmə qərarları › İş №2(023)-831/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-831/2023

20.07.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-831/2023 20.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil oğlunun iştirakları ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 24 sentyabr 1992-ci ildə Qazax şəhərində anadan olmuş qızı X1 04 oktyabr 1992-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 ilə birgə nikahlarından 24 sentyabr 1992-ci ildə anadan olmuş X3 04 oktyabr 1992-ci il tarixdə vəfat etmiş və Qazax şəhər qəbristanlığında dəfn olunmuşdur. Onun dəfnində yaxın qohumlar, qonşular və digər şəxslər iştirak etmişdir. Lakin qızı Natella vəfat edərkən həkimdən tibbi şəhadətnamə alınmadığından ona ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, orada aparılmış yoxlama zamanı onun ölüm akt qeydi tapılmamışdır. X8 ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs rəisi Məsumə Səmədova məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, xx.xx.1971-cı ildə doğulmuşdur. Ərizəçi onun əmisi arvadıdır. Ərizəçinin əmisi Eldəniz Məhərrəmovla birgə nikahlarından 24 sentyabr 1992-ci il tarixdə X3 adlı bir usagı doğulmuşdur. Həmin uşaq doğulduqdan az sonra, yəni 04 oktyabr 1992-ci il tarixdə ölmüşdür və onu Qazax şəhər qəbristanlığında dəfn etmişlər. Uşaq olduğu üçün ona məzar daşı qoyulmamışdır. Yas mərasimi kiçik bir yığıncaq formasında olmuşdur, o da həmin mərasimdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, xx.xx.1959-cu ildə doğulmuşdur. Ərizəçi onun həm qohumu, həm də yaxın qonşusudur. Ərizəçi Eldəniz Məhərrəmovla birgə nikahlarından 24 sentyabr 1992-ci il tarixdə X3 adlı bir usagı doğulmuşdur. Həmin uşaq doğulduqdan az sonra, yəni 04 oktyabr 1992-ci il tarixdə ölmüşdür və onu Qazax şəhər qəbristanlığında dəfn etmişlər. Uşaq olduğu üçün ona məzar daşı qoyulmamışdır. Yas mərasimi kiçik bir yığıncaq formasında olmuşdur, o da həmin mərasimdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki, xx.xx.1973-cü ildə doğulmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçi Eldəniz Məhərrəmovla birgə nikahlarından 24 sentyabr 1992-ci il tarixdə X3 adlı bir usagı doğulmuşdur. Həmin uşaq doğulduqdan az sonra, yəni 04 oktyabr 1992-ci il tarixdə ölmüşdür və onu Qazax şəhər qəbristanlığında dəfn etmişlər. Uşaq olduğu üçün ona məzar daşı qoyulmamışdır. Yas mərasimi kiçik bir yığıncaq formasında olmuşdur, o da həmin mərasimdə iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X2 ilə Ərizəçi nikahı 30 yanvar 1986-cı il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X3, atası X2, anası Ərizəçi olmaqla 24 sentyabr 1992-ci ildə Qazax şəhərində doğulmuşdur. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X2 26 mart 2023-cü ildə Qazax şəhərində ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs verdiyi arayışdan görünür ki, X1 ölümü haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə 1992-2000-ci illər üzrə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X1 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 5-16-5/8-Q-70/274/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X1 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Qazax RİHB-nın Barxudarlı kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X2 ilə Ərizəçi nikahından doğulmuş 24 sentyabr 1992-ci il təvəllüdlü X3 04 oktyabr 1992-ci il tarixdə ölmüşdür və Qazax şəhər qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 04 oktyabr 1992-ci ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 sentyabr 1992-ci ildə Qazax şəhərində anadan olmuş X1 04 oktyabr 1992-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar