Məhkəmə qərarları › İş №2(023)-841/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-841/2023

03.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-841/2023 03.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə 03 iyul 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdə vəfat etmiş atası X5 xx.xx.1936-cı ildə Qazax rayonu Kosalar kəndində doğulmasının qeyd edilərək, ata qrafasında atasının X10 və ana qrafasında anasının X1 olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X11 xx.xx.1936-cı ildə Qazax rayonunda anadan olmuşdur. X2 anası X3 olmuşdur. Hazırda valideynləri vəfat etmişdir. Bildirmək istəyir ki, atasının doğum şəhadətnaməsi yoxdur. Atasının doğum şəhadətnaməsinin olmaması onlara vərəsəliklə bağlı müəyyən sənədləşmələrin aparılmasına lazımdır. X9 müraciət etsələr də doğum şəhadətnaməsi aşkar edilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs müdiri X12 məktubla məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşdə olan sənədlərdən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi ünvanladığı 3-16-5/8-M-70- 260/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda X5 doğumun qeydə alınmasının tibbi şəhadətnamə ilə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Qazax RİHB-nın Kosalar kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 5-58-18-12-21/2-386/2023 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X11 həqiqətən X1 oğludur. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.1936-cı il təvəllüdlü X5 doğum haqqında akt qeydi aşkar olunmamışdır. Qazax rayon qeydoyyat şöbəsi Qazax rayon RİHB-nın Kosalar kənd İƏD-nə dair 1936-1946-cı illər üzrə akt qeydləri şöbəsinin arxiviundə saxlanılmır. 1947-1954-cü illər doğum haqqında bərpa akt qeydləri yoxlanılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, XX.XX.1946-cı ildə Qazax rayonunun Canallı kəndində anadan olmuşdur. Ərizəçi onun yaxın qohumudur. Ərizəçinin atası mərhum X11 olmuşdur. Ərizəçinin babası X10 və nənəsi X3 olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, xx.xx.1946-cı ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin atası mərhum X11 olmuşdur. Ərizəçinin babası X10 və nənəsi X3 olmuşdur. Məhkəmə şahidləri dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Belə ki, Ərizəçi mərhum atası X11 X2, anası X3 olmaqla xx.xx.1936-cı ildə Qazax rayonu Kosalar kəndində anadan olmuşdur. Lakin müəyyən səbəblərdən X7 doğum haqqında şəhadətnamə alınmamışdır. Hazırda doğum şəhadətnaməsinin bərpası mümkün olmamışdır. Ərizəçinin mərhum atasının doğum şəhadətnaməsinin olmaması ərizəçiyə müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklər yaradır. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə hesab edir ki, X5 X2 və anası X3 olmaqla xx.xx.1936-ci ildə Qazax rayonunun Kosalar kəndində doğulması faktı məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunduğundan ərizə təmin edilməli və doğum faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının MPM-nin 213-214,216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilisin. xx.xx.2008-ci il tarixdə vəfat etmiş X5 X2 və anası X3 olmaqla xx.xx.1936-ci ildə Qazax rayonunun Kosalar kəndində doğulması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar