Məhkəmə qərarları › İş №2(023)-868/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-868/2023

23.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-868/2023 23.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü ildə vəfat etmiş mərhum qardaşı X7 qalmış, Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin (Tovuz Ərazi İdarəsi) verdiyi xx.xx.2023-cü il qeydiyyat tarixli, **********49 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X9 adına qeydə alınmış Qazax rayonu Qarapapaq kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5, anası X10 olmaqla xx.xx.1942ci ildə bacısı Yusifova (Əliyeva) Elmira Şabəddin qızı, xx.xx.1947-ci ildə qardaşı X22, xx.xx.1949-cu ildə qardaşı X20, xx.xx.1951-cı ildə o (ərizəçi) və xx.xx.1953-cü ildə bacısı X8 anadan olmuşdur. X5 xx.xx.1996-cı ildə, anası X13 xx.xx.2001-ci ildə, bacısı Yusifova (Əliyeva) Elmira Şabəddin qızı xx.xx.2020-ci ildə, qardaşı X22 24.11,1965-ci ildə, qardaşı X23, xx.xx.2003-cü ildə, bacısı X8 isə xx.xx.2015-ci ildə ölmüşdür. Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publ Hüquqi Şəxsinin (Tovuz Ərazi İdarəsi) verdiyi xx.xx.2023-cü il qeydiyyat tarixli, **********49 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrind; çıxarışa əsasən Qazax rayonu Qarapapaq kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi xx.xx.2003-cü ildə vəfat etmiş mərhum qardaşı X9 adına qeydə alınmışdır. Mərhum qardaşı X20 yaşadığı müddət ərzində ailə qurmamışdır. X36 ölümündən sonra onun yas və dəfn mərasimini təşkil etmiş, xərcini çəkmiş, ondan miras qalmış Qazax rayonu Qarapapaq kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsindən ibarət mirasa sahiblənmiş, həmin torpaq sahəsinin qorunub saxlanmasını və idarə olunmasını həyata keçirmişdir. X1 ondan başqa qanun üzrə vərəsəsi yoxdur, ondan qalan mirası faktiki qəbul edən yeganə vərəsəsidir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, ailədə beş uşaq olublar. X42 ailə qurmayıb və uşağı olmayıb. Atası, anası və digər bacı-qardaşları vəfat etmişdir. O, Qazax rayonunun Qarapapaq kəndində yaşayır. Qardaşı Abdu xx.xx.2003-cü ildə vəfat edib. Qardaşının yeganə vərəsəsi odur. Belə ki, qardaşı sağlığında onunla yaşamışdır. Qardaşı vəfat etdikdən sonra ondan qalan mirası faktiki olaraq o qəbul etmiş və qəbul etdiyini nümayiş etdirmişdir. Maraqlı şəxs Qazax rayonu Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, Qazax rayon Notariat Ofisinin Ərizəçi ünvanladığı 31 may 2023-cü il tarixli, 125 saylı məktubda mərhum qardaşı X7 qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi üçün mirasın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət buraxıldığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Doğum haqqında arayışda Ərizəçi xx.xx.1951-ci il tarixdə Qazax rayonu, Ağköynək kəndində anadan olmuşdur. X2, anası X14r. Nikahın bağlanması haqqında arayışda X15 ilə X4 nikahı 08 sentyabr 1940-cı il tarixdə Qazax rayon Ağköynək kənd İƏD tərəfindən bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Xasmamedova soyadı verilmişdir. Ölüm haqqında arayışda X19 01 sentyabr 1996-cı il tarixdə ölmüşdür. Ölüm haqqında arayışda X12 15 may 2001-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qazax rayonu Qarapapaq kəndində 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2023-cü ildə X9 adına qeydə alınmışdır. xx.xx.1949-cu il təvəllüdlü X16 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 ilə X6 nikahı 08 yanvar 2004-cü il tarixdə Bakı şəhəri, Nizami rayon VVADQ şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 22 dekabr 2020-ci il tarixdə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X22 24 noyabr 1965-ci il tarixdə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X8 15 fevral 2015-ci il tarixdə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X25 01 yanvar 2003-cü il tarixdə ölmüşdür. Qazax rayonu İcra Hakimiyyəti Başçısının Ağköynək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 iyun 2023-cü il tarixli 5-58-2-12-21/2-552/2023 saylı arayışdan görünür ki, X20 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və ölən günədək Qazax rayonunun Qarapapaq kəndində qeydiyyatda olmuş və yaşamışdır. Ölən günə kimi onunla birlikdə yaşayan və yaşamaqda davam edən, qeydiyyatda olan, lakin başqa ünvanda yaşayan ailə üzvlərindən-qardaşı Ərizəçi qalmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X17 hər hansı miras əmlakına dair vərəsəlik işi, həmçinin vəsiyyətnamənin qoyulması barədəd məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə ikinci növbədə - ölənin bacıları və qardaşları daxildir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, ərizəçi qardaşı X17 ölümündən sonra miras qalmış əmlaka, yəni torpaq sahəsinə sahiblik və idarəçiliyi həyata keçirmişdir. X3 birinci növbə vərəsələri sağ olmadığından onun qardaşı Ərizəçi miras qoyanın ikinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi ərizəçinin izahatı ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada (notarius tərəfindən) müəyyən edilməsi imkanı mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 mülkiyyətində olmuş, Qazax rayonu, Qarapapaq kəndində yerləşən 0,08 ha torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X17 mülkiyyətində olmuş, Qazax rayonunun Qarapapaq kəndində yerləşən 0,08 ha torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar