Məhkəmə qərarları › İş №2(023)-881/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-881/2024

16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-881/2024 16.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair mülki işə 16 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23 fevral 2000-ci il tarixdə Qazax rayonu Çaylı kəndində vəfat etmiş X10 onun nənəsi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 1943-cü ildə anadan olmuş 23 oktyabr 2022-ci il tarixdə Qazax rayonu Çaylı kəndində vəfat etmiş X8 onun atası, 23 fevral 2000-ci ildə vəfat etmiş X15 onun nənəsidir.Malçı Səttərovun doğum haqqında şəhadətnaməsi olmadığından X10 onun nənəsi olması müəyyən edilə bilmir. Belə ki, mərhum Pəri Səttərovadan miras əmlak qalmış, həmin əmlakı Pəri Səttərovanın sağlığında və eləcədə vəfat etdikdən sonra o, idarə etmişdir. Atasının doğum haqqında şəhadətnaməsi olmadığından onların qohumluq münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Qohumluq münasibətlərinin müəyyən edilməsi mərhum Pəri Səttərovadan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlıdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, o, 05 may 1953-cü ildə Qazax rayonunda anadan olmuşdur. Ərizəçi onun qızıdır. Pəri Səttərova onun həyat yoldaşı Malçı Səttərovun anası, Ərizəçi isə nənəsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 verdiyi ifadəsində göstərmişdir ki, o, 24 may 1980-ci ildə Qazax rayonu Çaylı kəndində anadan olmuşdur. Ərizəçi onun bacısıdır. Pəri Səttərova ərizəçinin və onun nənəsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 verdiyi ifadəsində göstərmişdir ki, o, 18 fevral 1981-ci ildə Qazax rayonu Çaylı kəndində anadan olmuşdur. Ərizəçi onun əmisi qızıdır. Pəri Səttərova atalarının anasıdır ərizəçi və onun nənələridir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, o, 11 fevral 1958-ci ildə Qazax rayonu Çaylı kəndində anadan olmuşdur. Ərizəçi onun qardaşı Malçı Səttərovun qızıdır. Pəri Səttərova onun anası, Ərizəçi isə nənəsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, o, 12 may 1951-ci ildə Qazax rayonu Çaylı kəndində anadan olmuşdur. Ərizəçi onun qonşusudur. Pəri Ərizəçi nənəsidir.Pəri Səttərova ilə qonşu olmuşuq. Pəri Səttərova 2000ci ildə vəfat etmişdir. Belə ki, işdə olan AA******* seriyalı xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1972-ci ildə doğulmuşdur. X3, anası X2r. Ölüm haqqında arayışdan görünür ki, X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs verdiyi 14 may 2024-cü il tarixli 3-16-5/8-N-70-194/2024 nömrəli arayışdan görünür ki, X5 1948-1961-ci illər doğum haqqında bərpa akt qeydləri yoxlanılmış və doğum akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs Ərizəçi ünvanladığı 3-16-5/8-N-70-194/24 saylı, xx.xx.2024-cü il tarixli məktubunda X5 doğumun qeydə alınmasının tibbi şəhadətnamə ilə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qazax Rayon Dövlət Arxivinin 20 iyun 2024-cü il tarixli 5-58-15-11/2-203/2024 nömrəli məktuba əlavə edilmiş arxiv arayışından görünür ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının Çaylı kənd icra Nümayəndəliyi üzrə 1996-2000-ci illərə aid 16 saylı təsərrüfat başı kitabında Ərizəçi atası X1 Pəri Həsən qızının ailə üzvü kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinəəsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X15 Ərizəçi nənəsi olmuşdur. Ərizəçinin X15 ilə qohumluq faktının müəyyən edilməsi ona nənəsindən miras qalan əmlaka qanun üzrə vərəsə tanınması ilə bağlıdır. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, 23 fevral 2000-ci il tarixdə vəfat etmiş X15 Ərizəçi nənəsi olmuşdur. Bu səbəbdən həmin fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 3472-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2000-ci il tarixdə vəfat etmiş X10 Ərizəçi nənəsi olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar