Məhkəmə qərarları › İş №2(023)-882/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-882/2024

16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-882/2024 16.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şübet qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair mülki işə 16 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3nın anasının X14 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X15 onun anasıdır. X3 xx.xx.2006-cı ildə vəfat etmişdir. Eyni zamanda X14 onun nənəsidir və Dostu Mamedova 07 mart 1991-ci ildə vəfat etmişdir. Anası və nənəsinin doğum haqqında şəhadətnamələri olmadığından onların qohumluq münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Qohumluq münasibətlərinin müəyyən edilməsi mərhum Dostu Mamedovadan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlıdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi təkrar ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin həm əsaslandırıcı həm tələb hissəsində mərhum anasının soyadı “Qurbanova” əvəzinə Mamedova kimi, nənəsinin soyadı isə “Məmmədova“ əvəzinə “Mamedova” kimi qeyd etdiyini bildirdiyini, həmin halına aradan qaldırılması ilə bağlı tələbi dəqiqləşdirərək mərhum anası X5 anasının X11 olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.1941-ci ildə Qazax rayonu Dağkəsəmən kəndində anadan olmuşdur. O, X8 uşaqlıqdan tanımışdır. X1 Məmmədovanın qızıdır və hər ikisi onun qonşusu olmuşdur. Dostu Məmmədovanın iki uşağı olmuş birinin adı Leylan, digərinin adı Abbas olmuşdur. Abbas müharibəyə gedib gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.1948-ci ildə Qazax rayonu Birinci Şıxlı kəndində anadan olmuşdur. Ərizəçi onun qonşusudur. Leylan Qurbanova ərizəçinin anasıdır. Dostu Məmmədova isə Leylan Qurbanovanın anasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1953-cü ildə Ermənistan Respublikası Krasnoselsk rayonunda anadan olmuşdur. Ərizəçi yaxın qohumudur. Belə ki, Leylan Qurbanova onun qaynanası və ərizəçinin anası olmuşdur. Dostu Məmmədova isə Leylan Qurbanovanın anasıdır. Belə ki, işdə olan AZE seriyalı 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə doğulmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1991-ci il tarixdə ölmüşdür. Qazax rayon Dövlət Arxivinin 5-58-15-11-2/202/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax Rayon İcra hakimiyyəti başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin təsərrüfatbaşı kitabları rayon dövlət arxivinə təhvil götürülməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinəəsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, xx.xx.1991-ci il tarixdə vəfat etmiş X11 xx.xx.2006-cı il tarixdə vəfat etmiş X5 anası olmuşdur. Ərizəçinin qohumluq faktının müəyyən edilməsi ona nənəsindən miras qalan əmlaka qanun üzrə vərəsə tanınması ilə bağlıdır. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, xx.xx.1991-ci il tarixdə vəfat etmiş X11 xx.xx.2006-cı il tarixdə vəfat etmiş X5 anası olmuş, Ərizəçi nənəsi olmuşdur. Bu səbəbdən həmin fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 3472-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixdə vəfat etmiş X6 xx.xx.2006-cı il tarixdə vəfat etmiş X5 anası olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar