Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-895/2023 04.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh2, Cavabdeh3, Kəlayeva X3 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh2, Cavabdeh3, Kəlayeva X3 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən mərhum X1 adına olan birgə nikah dövründə əldə edilmiş ümumi mülkiyyətdə olan yaşayış evinin mərhum həyat yoldaşıma çatan hissəsi üzrə miras qalmış əmlakın və Qazax Rayon Aqrar İslahat Komikssiyasının 24 mart 1997-ci il tarixli, 04 saylı qərarı ilə JN-086A nömrəli şəhadətnamə ilə verilmiş ümumi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin mərhum X2 düşən 1/3 hissəsi üzrə miras qalan əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi və miras əmlakın mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun olaraq bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə ilə müraciət edərək, mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən, ərizə baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh2, Cavabdeh3, Kəlayeva X3 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və mülki iş üzrə iddia ərizəsinə əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-895/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-895/2023
04.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver