Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-9/2024 22.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil Şaiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi və tikilinin sökülməsi tələbinə dair mülki işə 22 yanvar 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Qazax rayonu, Çaylı kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin 1 (bir) metr enində və 47 (otuz iki) metr uzunluğunda zəbt edilmiş hissəsinin zəbtdən azad edilməsi və qanunsuz olaraq tikilmiş hamamın zəbt edilmiş torpaq sahəsinə düşən hissəsinin və daş hasarın cavabdehin öz hesabına sökülməsi, dəmir torun sökülüb əvvəlki yerindən qurulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 fevral 2007-ci il tarixdə vəfat etmiş atası X2 adına Qazax rayon Çaylı kəndində yerləşən 0.10 ha həyətyanı toraq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi JN842F, Kod 50112018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vermişdir. Həmin torpaq sahəsində atası X3 tərəfindən ev tikilmişdir. Bu torpaq sahəsinə dair onun müraciətinə əsasən vərəsəlik işi açılmışdır. Bu vərəsəlik işi ilə bağlı torpaq sahəsi yerində ölçülərkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 1 metr enində və təxminən 47 metr uzunluğunda fərdi yaşayış evinin arxasından başlayaraq bağın sonunadək torpaq sahəsi zəbt edilmişdir. Bundan başqa zəbt edilmiş torpaq sahəsində cavabdeh 6 metr uzunluğunda daş hasar tikdirmişdir. Həmçinin tikdirdiyi 4 metr 60 santimetr uzunluğunda hamamın da bir hissəsi zəbt edilmiş torpaq sahəsində yerləşir. Cavabdeh tərəfində bağ hissəsində çəkilmiş dəmir torun yeri dəyişdirilərək onların torpaq sahəsi zəbt edilmişdir. Bununla da mülkiyyətlərində olan 0.10 ha həyətyanı torpaq sahəsinin 1 (bir) metr enində, 47 (qırx yeddi) metr uzunluğunda cavabdehin torpaq sahəsinə bitişik hissədən torpaq sahəsi zəbt edilmiş və torpaq sahəsinin zəbt edilmiş hissəsində qanunsuz tikililər aparılmışdır. Buna görədə torpaq sahəsinin zəbtdən azad edilməsini və zəbt edilmiş torpaq sahəsində qanunsuz tikilmiş hasar və hamamın zəbt edilmiş torpaq sahəsinə düşən hissəsi və bağ hissədə zəbt edilmiş torpaq sahsində çəkilmiş dəmir torun onların torpağında yerləşən hissəsinin sökülərək əvvəlki yerinə bərpa edilməsini tələb edir. Buna baxmayaraq cavabdeh bunu etməkdən imtina edir. Cavabdeh bu qanunsuz hərəkətləri ilə onlara zərər vurmaqda davam edir. Tələblərinə baxmadan bu qanunsuzluqlara son qoymur. Cavabdehin bu qanunsuzluqlarının davam etməsi nəticəsində, ümumi torpaq sahələrindən istifadə edilir. Bu əsassız istifadə nəticəsində torpaq sahələrinə zərər dəymişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddia ərizəsində göstərilənlər mütəxəssis və ekspertiza rəylərində öz əksini tapmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsini səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, isə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş JN–842F nömrəli KOD 50112018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 08 nömrəli qərarı ilə 0,10 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2007-ci ildə ölmüşdür. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı atası X3, anası X4 olmaqla xx xxxxxx 1978-ci ildə doğulmuşdur. Qazax rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 827 saylı məktubundan görünür ki, xx.xx.2007-ci ildə vəfat etmiş X1 miras qalmış Qazax rayonu Çaylı kəndində yerləşən torpaq sahəsinə və fərdi yaş.ayış evinə dair İddiaçı adına 8V-134/2011 nömrəli vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, tərəflərin iştirakı ilə Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinə - əraziyə baxış keçirilmiş və koordinatları GPS ölçmə aləti vasitəsi ilə götürülmüşdür. Baza məlumatları ilə yoxlanılan zaman məlum olmuşdur ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 53 kv.m-ə qədər hissəsi Qazax rayonu Çaylı kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən X2 adıəna verilmiş JN–842F saylı şəhadətnamədə olan 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7247 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-5982/2023 saylı ekspert rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir: Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 53 kv.m-ə qədər hissəsinin X2 adına verilmiş 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 08 nömrəli qərarı ilə JN–842F nömrəli KOD 50112018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 53 kv.m-ə qədər hissəsinin X2 adına verilmiş 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək üçün mütəxəssis və ekspert rəyləri alınmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən JN–842F nömrəli KOD 50112018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Qazax rayonu Çaylı kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin 53 kv.m-ə qədər hissəsinin Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə üst-üstə müəyyən olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X1 miras qalmış Qazax rayonu Çaylı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin 53 kv.m-ə qədər hissəsi Cavabdeh zəbtindən azad edilməli, qanunsuz olaraq tikilmiş hamamın zəbt edilmiş torpaq sahəsinə düşən hissəsi və daş hasar cavabdehin öz hesabına sökülməli, dəmir tor sökülüb əvvəlki yerindən qurulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun, 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 95 (doxsan beş) manat ekspertiza xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iş üzrə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. X1 miras qalmış Qazax rayonu Çaylı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin 53 kv.m-ə qədər (ərazinin yerləşmə sxeminə uyğun) hissəsi Cavabdeh zəbtindən azad edilsin. X2 mülkiyyətində olmuş Qazax rayonu Çaylı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin 53 kv.m-ə qədər hissəsində qanunsuz olaraq tikilmiş hamamın zəbt edilmiş torpaq sahəsinə düşən hissəsi və daş hasar Cavabdeh öz hesabına sökülsün, dəmir tor sökülüb əvvəlki yerindən qurulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu, 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 95 (doxsan beş) manat ekspertiza xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-9/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-9/2024
22.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver