Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-915/2025 03.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «doğumun qeyd edilmə faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum atası X6 xx.xx.1962-ci il tarixdə Qazax rayonu Əli Bayramlı (indiki Aslanbəyli) kəndində doğulmağının müəyyən edilməsi və bu barədə doğum haqqında şəhadətnamə verilməsinin, ata adının “Qələndər” kimi, yəni "X15" kimi qeyd edilməsi, atasının X11, anasının X12 olmaları faktının müəyyən edilməsini və onun doğum akt qeydinin bərpa olunmasını və qətnamənin icrasını Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum atası X15 anası X7 ilə xx.xx.1985-ci il tarixdə Qazax rayonu Əli Bayramlı KİN-də nikaha daxil olmaqla ailə həyatı qurmuşdurlar. Onların birgə nikahlarından xx.xx.1986-cı il tarixdə bacısı Abdullayeva (Papaqçıyeva) Gülnar Mustafa qızı və xx.xx.1988-ci il tarixdə o dünyaya gəlmişdir. Qeyd edir ki, atası X15 xx.xx.2024-cü il vəfat etmişdir. Atasının şəxsiyyət vəsiqəsinin və nikah haqqında şəhadətnaməsinin olmasına baxmayaraq ona məlum olmayan səbəblərdən doğum akt qeydi olmamışdır. Mərhum atası X8 məxsus şəxsiyyət vəsiqəsinin və nikah haqqında şəhadətnamənin surətindən də göründüyü kimi atası xx.xx.1962-ci il tarixdə Qazax rayonu Əli Bayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. Hazırda isə vərəsəlik işləri ilə əlaqədar olaraq atasının doğum akt qeydinin bərpası vacib olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs verdiyi 07 aprel 2025-ci il tarixli məktubdan da görünür ki, doğum haqqında akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Ərizəçi dəqiqləşdirmə ərizə ilə məhkəməyə müraciət edərək, X6 04 fevral 1962-ci il tarixdə Qazax rayonun Əli Bayramlı kəndində doğulmasının və doğum akt qeydində anasının X18, atasının isə X19 qeyd olunması faktı barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında arayışdan görünür ki,X18 26 oktyabr 2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X20 05 aprel 2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə anadan olmuş, ata qrafasında X15, ana qrafasında isə X2 qeyd edilmşidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1986-cı il tarixdə anadan olmuş, ata qrafasında X15, ana qrafasında isə X2 qeyd edilmşidir İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, 04 fevral 1962-ci il təvəllüdlü X15 ilə xx.xx.1963-cü il təvəllüdlü X9 xx.xx.1985-ci il tarixdə 16 saylı nikahın bağlanması haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan X6 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1962-ci il tarixdə Qazax rayonu Əlibayramlı kəndində anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X13 14 mart 2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maraqlı şəxs məktubdan görünür ki, X6 doğum faktının müəyyən edilməsi tibbi şəhatətnamə və ya məhkəmə qətnaməsi əsasında qeydə alındığını qeyd edilmişdir. İş materiallarında olan X6 attestatının surətindən görünür ki, X15 1982-ci il tarixdə orta məktəbini Qazax rayonunda bitirmişdir. İş materiallarında olan Qazax rayon Aslanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X15 ölənə kimi Qazax rayon Aslanbəyli kəndində yaşamışdır. İş materiallarında olan Qazax rayon Aslanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X3 rayon Aslanbəyli kəndində pasport qeydiyyatında olmaqla, Aslanbəyli kəndində yaşamış və 14 mart 2024cü il tarixdə vəfat etmişdir. X5, anası X18 olmuşdur. İş materiallarında olan JN-720 KOD ******* №-li torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, xx.xx.1997-ci il tarixli, 10 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayon Aslanbəyli kəndində yerləşən 1.10 ha torpaq sahəsi X6, X4, X10, Ərizəçi mülkiyyət hüququna verilmişdir. İş materiallarında olan fərdi uçot kartoçkasının X15 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, X19 ilə X14 birgə nikahlarından (yaşayışlarından) 04 fevral 1962-cı il tarixdə Qazax rayonunun Aslanbəyli kəndində X15 anadan olmuşdur. X6 doğumu qeydə alınmamış və doğum haqqında şəhadətnamə verilməmişdir. Hazırda Ərizəçi atası X6 doğum haqqında şəhadətnaməsi vərəsəlik işi bağlı lazımdır. Lakin Qazax rayon Qeydiyyat X1 doğum akt qeydinin olmamasını bildirmişlər. Buna görə də, məhkəmə hesab edir ki, X6 04 fevral 1962-ci il tarixdə Qazax rayonun Əli Bayramlı kəndində doğulmasının və doğum akt qeydində anasının X18, atasının isə X19 qeyd olunması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. X6 04 fevral 1962-ci il tarixdə Qazax rayonun Əli Bayramlı kəndində doğulmasının və doğum akt qeydində anasının X18, atasının isə X19 qeyd olunması faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-915/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-915/2025
03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver