Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-922/2023 29.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Haxverdi oğluna qarşı əqdin, ərizənin etibarsızlığı tələbinə dair mülki işə 29 sentyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Haxverdi oğluna qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Cavabdeh2 Haxverdi oğluna verdiyi ərizənin, Qazax rayon Notariat Ofisində bağlanılmış 09 yanvar 2023-cü il tarixli ərizənin, şifahi əqdin, müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Cavabdeh2 Haxverdi oğlunun həyat yoldaşıdır. Onlar 2019-cu ildə el adəti ilə evlənmişlər, lakin rəsmi nikah qeyd etdirməmişlər. Onların birgə evliliyindən bır övladları vardır. Evləndikdən sonra bir müddət onun yanında yaşamışlar, sonradan yaranmış mübahisəyə görə onun evindən çıxıb başqa ünvanda yaşayırlar. Artıq bir ildən çoxdur ki, cavabdehlər onun evində yaşamır. Cavabdeh1 gəlin köçərkən özü ilə bəzi cehiz əşyaları gətirmişdir. O dəfələrlə cavabdehlərə cehiz əşyalarını aparmalarını bildirsə də, onlar buna məhəl qoymayıb əşyalarını könüllü olaraq aparmırlar. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinin verdiyi 14 mart 2012-cı il tarixli Seriya MA ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən qeyd etdiyi ünvandakı ev onun xüsusi mülkiyyətindədir. Cehizlərin çıxarılması ilə bağlı o Mediyasiya şurasına müraciət etmiş, lakın oradada bır nəticə əldə edə bilməmişdir. Cavabdehlərin əşyalarının onun evində olması mülkiyyət hüquqlarını pozur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh1 onun evinə yaşayış hüququ tanınmamış, evə köçürülməsi müəyyən edilməmişdir. Cavabdeh1 gəlin gələrkən gətirdiyi əşyalar - 1 ədəd dolab, 1 çarpayı, 1 ədəd termo güzgülü, 1 ədəd böyük servant, 1 ədəd kiçik servant, 1 ədəd güzgülü termo, 1 ədəd divan, 2 ədəd divan üçün yastıq, 2 ədəd kreslo, 1 ədəd yazı stolu, 1 ədəd qabaq stolu, 8 ədəd stul, 3 ədəd lüstür, 1 ədəd yataq otağı üçün pərdə, 3 ədəd zal üçün pərdə, 1 ədəd orta ölçülü gəvə, 1 ədəd kiçik ölçülü dörd künç gəvə, 1 ədəd güldan, 4 ədəd vaza, 1 ədəd çayni serviz, 1 ədəd krafinka və 6 ədəd stakan, 2 ədəd plov buludu, 6 ədəd dörd künc boşqab, 12 ədəd kiçik bakal, 1 ədəd tort qabı və 6 boşqabbı ilə, 6 ədəd tort qabı, 11 ədəd qara naxışlı kasa, 6 ədəd kiçik sok qabı, 6 ədəd böyük 6 ədəd kiçikgöy rəngli sok bakalları, 6 ədəd xrustal sok bakalı, 2 ədəd şam qabı, 2 ədəd hündür şam qabı, 8 ədəd şüşə bakal, 1 ədəd 3 gözlü şam qabı, 2 ədəd böyük konfet qabı, 12 ədəd limon çəngəli, 6 ədəd ağ rəngli xrustal qab, 2 ədəd böyük konfet qabı, 2 ədəd kiçik səbət konfet qabı, 2 ədəd qənd qabı, 2 ədəd üç gözlü ləpə qabı, 2 ədəd böyük mürəbbə qabı, 4 ədəd xırda mürəbbə qabı, 1 ədəd gül qabı. 2 ədəd iri yaşıl rəngli konfet qabı, 1 ədəd böyük yaşıl güldan, 1 ədəd qızılı rəngdə böyük şam qabı, 2 ədəd salfetka qabı, 2 ədəd şirinçörək qabı, 12 ədəd armudu stakan, 12 ədəd nəlbəki, 1 ədəd meyvə qabı, 6 ədəd razetka, 9 ədəd nəlbəki, 12 çörək və 6 düz qabı, 4 ədəd ağ çaşqa, 4 ədəd karnizdən ibarətdir. O, Qazax Rayon Məhkəməsində "Cehiz əşyalarının çıxarılması tələbi barədə" iddia qaldırmış, məhkəmənin 16 fevral 2023-cü il tarixli, 2(023)-169/2023 nömrəli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 09 yanvar 2023-cü il tarixdə Qazax rayon Notariat Ofisində ərizə(əqd) ilə özünə məxsus cehiz əşyalarını əri Cavabdeh2 bağışlamışdır. Həmin ərizəni, əqdi uydurma, yalan hesab edir. Ona görə ki, onlar digər qanunsuz hərəkətlərini pərdələmək, evdən cehiz əşyalarını çıxarmamaq üçün bağladıqları əqddir. Bundan başqa, Cavabdeh2 2(104)-1280/2023 nömrəli mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsində ifadə verərək, qeyd etdi ki, həmin əşyalar ona məxsusdur, arvadı Sevdanın deyildir. Bu məhkəmə iclas protokoluna və səsyazmaya qeyd olunmuşdur. Həmin əqdi yalan, uydurma hesab edir, hesab edir ki, məhkəmə həmin ərizəyə əqd kimi hüquqi qiymət verməli, həmin ərizənin yalan əqd olduğuna da hüquqi yanaşma etməlidir. Ona görə ki, həmin ərizə ilə cavabdeh-Cavabdeh1 onun evindən cehiz əşyalarını çıxarmamaq üçün qanunsuz əməllərini həyata keçirə bilmək üçün etdiyi qanunsuz hərəkətdir və pərdələnmiş əqddir. Həmin ərizə və şifahi əqd onun mülkiyyət hüququnu pozur və maraqlarına toxunur. Odur ki, cavabdehlər Cavabdeh1 Cavabdeh2 Haxverdi oğluna verdiyi ərizənin, Qazax rayon Notariat Ofisində bağlanılmış 09 yanvar 2023-cü il tarixli ərizənin, şifahi əqdin, müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərəkmiş və iddianın , iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 Haxverdi oğlu iddianı qəbul etməyərək, verdiyi izahatında bildirdi ki, Qazax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən o İddiaçı məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Bununla əlaqədar həmin evdə rahat yaşaması və ehtiyaclarının ödənilməsinin təmin olunması üçün, həyat yoldaşı Cavabdeh1 özünə məxsus əmlakları ona bağışlamışdır. Həmin ərizə, əqd uydurma, yalan deyil. Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsində verdiyi ifadəsinə gəlincə isə, həmin əşyalar ona bağışlanıldığından, ona məxsus olmasını bildirmişdir. Sözügedən əmlaklar ona bağışlandığından hazırda onun mülkiyyəti hesab olunur və ona məxsusdur. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, İddiaçı onun qudasıdır. Tərəflərin hər ikisi ilə qohumluq əlaqəsi vardır. İddiaçının çıxarılmasını istədiyi əmlaklar gəlini Cavabdeh1 məxsusdur. Cavabdeh1 gəlin gələrkən həmin əşyaları cehiz olaraq iddiaçının evinə gətirmişdir. Lakin həmin əmlakları Cavabdeh1 əri Cavabdeh2 hədiyyə olaraq bağışlamasından məlumatı yoxdur. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, İddiaçı onun qardaşı arvadıdır. Cavabdeh2 onun qardaşı oğludur, Cavabdeh1 isə Ramilin həyat yoldaşıdır. İddiaçının çıxarılmasını istədiyi əmlaklar Cavabdeh1 məxsusdur. Cavabdeh1 gəlin gələrkən həmin əşyaları cehiz olaraq iddiaçının evinə gətirmişdir. Lakin həmin əmlakları Cavabdeh1 əri Cavabdeh2 hədiyyə olaraq bağışlamasından məlumatı yoxdur. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olun, Qazax Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(023)- 1078/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qazax rayon Notariat Ofisində tərtib olunmuş 09 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan ona aid bütün cehiz əşyalarını əri Cavabdeh2 Haxverdi oğlunun istifadəsinə vermişdir. Qeyd olunanlarla əlaqədar artıq həmin əşyaların mülkiyyətçisi o olmadığı üçün onun 2(023)- 1755/2022 nömrəli mülki iş üzrə iddiaya cavab verməli olmayan şəxs olmağının nəzərə alınması xahiş olunmuşdur. Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(023)-169/2023 nömrəli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Haxverdi oğluna qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(104)- 1280/2023 nömrəli qətnaməsindən görünür ki, Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(023)-169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinin verdiyi 14 mart 2012-cı il tarixli Seriya MA ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvandakı ev İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh2 məhkəmə qətnaməsinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Cavabdeh1 Qazax rayon Notariat Ofisində tərtib olunmuş 09 yanvar 2023-cü il tarixli ərizə ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan ona aid bütün cehiz əşyalarını əri Cavabdeh2 Haxverdi oğlunun istifadəsinə vermişdir. Sözügedən əmlaklar artıq Cavabdeh2 Haxverdi oğlunun mülkiyyəti olduğundan, məhkəmə qətnaməsinə əsasən Cavabdeh2 ünvan 4 ünvandakı ev İddiaçı xüsusi mülkiyyətində olan evə köçürüldüyündən həmin əmlakların evdən çıxarılması ilə bağlı iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(104)-1280/2023 nömrəli qətnaməsiə əsasən Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(023)-169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qeyd olunan ərizənin etibarsız hesab edilməsini tələb etsə də, həmin müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Haxverdi oğluna qarşı əqdin, ərizənin etibarsızlığı tələbinə dair iddia təmin edilə bilməz. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsidir. Həmin maddədə deyilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız ǝqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki 337.2-ci maddəsində deyilir ki, ǝqd Barəsində mübahisə edildikdə oqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər Tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli aqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız ǝqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yuxarıda da qeyd edilən, iş materiallarına əlavə edilmiş 09 yanvar 2023-cü il tarixdə Qazax rayon Notariat Ofisində tərtib olunmuş ərizə ilə müəyyən olunur ki, Cavabdeh1 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan ona aid bütün cehiz əşyalarını əri Cavabdeh2 Haxverdi oğlunun istifadəsinə vermişdir. Ərizə (Müqavilə) qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmiş, Cavabdeh1 öz iradə ifadəsində yazılmış və əl imzası ilə imzalanmış, Qazax rayon notariat kontoru tərəfindən təsdiqlənmişdir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanmalıdır. Lakin mübahisələndirilən müqavilədə hədiyyə alan tərəfindən hər hansı öhdəliyin yerinə yetirilməsi ilə bağlı şərt müəyyən olunmamışdır. Məhkəmə diqqətə çatdırır ki, Cavabdeh1 ona məxsus əmlaklara dair öz iradəsi əsasında sərəncam verərək əri Ramil Mustsafayevin istifadəsinə vermişdir. Hazırki ərizənin (müqavilənin) etibarsız hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 Haxverdi oğluna qarşı əqdin, ərizənin etibarsızlığı tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-922/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-922/2023
29.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver