Məhkəmə qərarları › İş №2(023)-932/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-932/2025

04.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-932/2025 04.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Qazax rayon Notariat ofisinə və Maraqlı şəxs2 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Qazax rayon Notariat ofisinə və Maraqlı şəxs2 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə ölmüş anası X4 adına "xxxx" QSC BOKT-dan götürdüyü kredit üzrə girov qoyulmuş qızıl-zinyət əşyaları olan miras əmlaka Ərizəçi tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X3 və anası X10 rəsmi nikaha daxil olaraq evlənmişlər, onların birgə nikahından o, və bacısı Maraqlı şəxs2 anadan olmuşdur. X3 xx.xx.2023-cü il tarixdə və anası X10 xx.xx.2023-cü il tarixdə ölmüşlər. Yəni hər iki valideynini eyni gündə itirmişlər. Başı onların dəfn və hüzür mərasimilərinə qarışdığından onlardan qalan miras əmlaklara dair Notariat ofisində açdıra bilməmiş, lakin sonradan onlaradan miras olaraq, ünvan 1i ünvanında 0.26 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.4 kv.m yaşayış, 47.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixdə vərəsəlik açdırmışlar. Eyni zamanda anası X4 adına "xxxx" QSC BOKT-dan götürdüyu kredit üzrə girov qoyulmuş qızıl-zinyət əşyaları qalmışdır. Həmin qızılları krediti bağlamaqla götürmək istəyən zaman onlara məlum oldu ki, bununla bağlı anasının vərərsəsi müəyyən edilməlidir. Bundan sonra o, Qazax rayon Notariat ofisinə müraciət edərək ona vəsiyətnamə üzrə mirasın tam payına şəhadətnamə verilməsini xahiş etsə də, Azərbaycan Respublikasının Müiki Məcəlləsinin 1243-cü və 1246-cı maddəsinə əsasən rədd cavabı verilmişdir. Hesab edir ki, Qazax rayon notariat ofisinin cavabı qanunsuzdur, əsassız və onun hüquqlarına toxunur. Öz cavabını onunla əsaslandırmış ki, onun tərəfindən mirasın vaxtında qəbul edilməməmsidir. İlk növbədə qeyd edir ki, qalan mirasla bağlı heç bir mübahisə yoxdur. Onun kimnənsə heç bir mübahisəsi yoxdur. Notariusun bu halda ona şəhadətnamə verilməsi üçün imtina etməsi əsassızdır. Bu hal Notariusa əsas vermir ki, ona tam paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsin. Ərizəçi məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində texniki səhv olaraq anasının ata adını “İsa” qızı kimi qeyd etmişdir. Odur ki, qətnamə qəbul edərkən anasının ata adının “İsə” kimi qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs2 məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, anası X5 vərəsəliyini qardaşı Ərizəçi qəbul edilməsinə etiraz etmir. 08 iyul 2025-ci ildə tarixdə məhkəməyə daxil olmuş ərizəsində maraqlı şəxs Qazax Rayon notariat ofisinin notariusu Gülnar İsmayılova mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısının oğludur. Onun bacısı 31 yanvar 2023-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra 6 ay müddət ərzində bacısı Südabədən miras qalan qızıl-zinət əşyalarınıb bir qisminə Ərizəçi sahiblik etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşının oğludur. Onun qardaşı X13 və ərvadı X11 2023-cü ildə vəfat etmişlər. X1 miras qalan qızıl-zinət əşyalarını Ərizəçi sahiblik etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun xalası oğludur. X11 onun xalasıdır və o, 31 yanvar 2023-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra 6 ay müddət ərzində X1 miras qalan qızıl-zinət əşyalarının bir qismini Ərizəçi sahiblik etmiş və qəbul etmişdir. Qızıl-zinət əşyaları sepdən, klondan, sırğadan və üzükdən ibarətdir. İşdə olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik huququ hqqında şəhadətnamənin surətindən görünür ki, X9 vərəsəsi Ərizəçidur. İş materiallarında olan Qazax rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli 753 saylı məktubundan görünür ki, X2 qalmış mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş qaydada və müddətdə mirasın qəbul edilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan AZ-İİ seriyalı 330593 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 31 yanvar 2023-cü ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 330591 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 31 yanvar 2023-cü ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli girov müqaviləsinin sürətindən görünür ki, "xxxx" QSC BOKT ilə X12 arasında qızıl-zinət əşyalarını girovda saxlanılması və əvəzində 2150 manat məbləğində kredit pul verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 oğlu xx xxxxxx 1984-cü ildə anadan olmuş, X3, anası X7r. İşdə olan doğum haqında arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1987-ci ildə anadan olmuş, X3, anası X7r. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X13 ilə X12 xx.xx.1981-ci il tarixdə 18 qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9) Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.3 maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, ərizəçi mərhum anasından miras qalmış əmlakı faktik qəbul edərək həmin əmlakı öz əmlakı kimi idarə etmiş və bunu şəksiz nümayiş etdirmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlər ərizəçinin anası X5 ölümündən sonra 6 ay müddət ərzində X8 məxsus qızıl-zinət əşyalarına sahiblik etdiyini bildirmişlər. Bu baxımdan məhkəmə qeyd edir ki, X6 ölməsi ilə qızıl-zinət əşyasından ibarət həmin miras əmlak onun vərəsəsi Ərizəçi tərəfindən qəbul edilmiş və o, əmlaka faktik sahiblik və idarəçiliyi həyata keçirməyə başlamışdır. Qeyd olunanlar iş üzrə dindirilmiş ərizəçinin və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Buna görə də ərizə təmin edilməli və mərhum anası X8 məxsus "xxxx" QSC BOKT-na girov qoyulmuş qızılzinət əşyalarının Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi mərhum anası X8 məxsus olan, "xxxx" QSC BOKT-na girov qoyulmuş qızılzinət əşyalarından ibarət olan miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar