Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-949/2024 25.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçim faxrəddin oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şübet qızının katibliyi, İddiaçı və cavabdeh Qazax Uşaq X9 direktor əvəzi X7 iştirakları ilə, İddiaçı cavabdeh Qazax X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qazax X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası “Qazax Uşaq X9 direktor əvəzi Vüsalə Nəsibova tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 176 nömrəli "Əmək müqaviləsinə xitam verilməsi haqqında" əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müddətsiz əmək müqaviləsi əsasında Qazax rayon X1-qiraət dərnəyinin rəhbəri vəzivəsində çalışmışdır.xx.xx.2024-cü il tarixdə, günün ikinci yarısında Mərkəzin direktoru əvəzi Vüsalə Nəsibova mənə təzyiq, məcbur etmə ilə əmək müqaviləsinə xitam verilməsi barıdı ərizə yazdırmış. Elə həmin gün də şənbə günü olmasına baxmayaraq əmək müqaviləsinin ləğvi barədə 176 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissənin ”A” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edildi. Qeyd edir ki, o həmin gün ərizənin etibarsız hesab edilməsini şifahi olaraq xahiş etdi və xx.xx.2024-cü il bazar gününə düşdüyü üçün xx.xx.2024-cü il tarixdə ərizəmin etibarsız heab edilməsi barədə ərizə yazaraq Mərkəzin direktor əvəzi Vüsalə Nəsibovaya təqdim edildi. Daha sonra direktor əvəzindən bir xəbər çıxmadığını görüb xx.xx.2024-cü il tarixdə ərizənin nəticəsi ilə bağlı müraciət etdikdə, o hələ də stolun üzərində olan ərizəmi özümə qaytararaq, onu qəbul etmədiyini bildirmiş.O həmin gün poçt vasitəsi ilə ərizənin etibarsız sayılması xahşi ilə yenidən müraciət etmiş və eyni zamanda əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əməkhaqqı verilməsi məsələsini müzakirə etmək üçün mediasiya təklifi göndərmiş. Lakin Mərkəz onun təklifinə hüç bir cavab verməmiş. Bundan sonra mediasiya haqqında qanuna görə Qazax 1 saylı mediasiya təşkilatına müraciət etmiş.Mərkəz mediasiya prosesində iştirak etməmiş və bu barədə xx.xx.2024-cü il tarixdə X8 İştirak Edilməməsi barədə MŞQ/1-00299 saylı Arayış tərtib edilmiş. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, işdən özü istəyərək çıxmamış, məcbur edilərək işdən çıxma ərizəsini yazmışdır. Həmçinin bildirmişdir ki, o, əmək kitabçasını əmr verildikdən təxminən bir həftə sonra almış, əmr barədə də məlumatlı olmuşdur. İşlə təmin ediləcəyinə ümid etdiyindən əmri dərhal mübahisələndirməmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Qazax Rayon Uşaq X9 direktor vəzifəsini icra edən X12 izahatında Vüsalə Nəsibovanın direktor vəzifəsindən azad edildiyini, İddiaçıə Vaqif qızının öz ərizəsi ilə işdən çıxarıldığını bildirmişdir. Bundan başqa iddiaçının öz izahatı ilə də müəyyən edilmişdir ki, o, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr barədə əmr verildikdən bir həftə sonra xəbərdar olmuş və əmək kitabçasını da almışdır. İddiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, X5 əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin surətini xx.xx.2024-cü il tarixində qəbul etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçıə Vaqif qızına məxsus xx.xx.2019-cu il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.2019-cu il tarixində Qazax Rayon X4 Bədii Qiraət dərnəyinə rəhbər vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Abdullayeva X11 rayon X14 Bədii Qiraət dərnəyinə xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən Qazax rayon X14 Bədii Qiraət dərnəyinin rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə 2024-ci il aprel ayının 6-dan xitam verilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçıə Vaqif qızı xx.xx.2024-cü il tarixində Qazax rayon X15 Bədii Qiraət dərnəyinin rəhbəri İddiaçıə Bəxtiyar qızının ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 06 aprel 2014-cü il tarixdən ləğv edilmişdir. Hazırda iddiaçı işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız və qanunsuz olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası göstərilərək qeyd edilmişdir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İş materialları və işin faktiki hallarından da göründüyü kimi, iddiaçının əmək müqaviləsinə 01 oktyabr 2021-ci il tarixli 06 saylı əmrlə 01 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə uyğun olaraq (tərəflərdən birinin təşəbbüsü) öz xahişi ilə xitam verilmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə könüllü ərizə yazaraq həmin tarixdən işdən azad edilməsini xahiş etdiyi üçün, həmin tarixədə “Əmək müqaviləsinin ləğvi haqqında” əmr imzalanmışdır. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə ərizəsinin etibarsız sayılmasını xahiş etsədə müraciəti nəticəsiz qalmışdır. Hazırki iddia tələbində İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinin işəgötürən tərəfindən pozulduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulan ümumi xəbərdarlıq müddətinin gözlənilməməsi ilə bağlı mövqeyi də əsaslı hesab oluna bilməz. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin adından da göründüyü kimi həmin norma əmək müqaviləsinin işəgötürən tərəfindən deyil, məhz işçi tərəfindən ləğv edilməsinin qaydasını tənzimləyir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin təşəbbüskarı qismində məhz işçi çıxış edir. Sözügedən norma işçinin əmək müqaviləsini ləğv etmək hüququnu, Əmək Məcəlləsinin 69-cu maddəsi isə həmin hüququn necə realizə olunması qaydasını tənzimləyir. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir, işəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi işçinin əmək müqaviləsini ləğv etmək hüququnun realizəsinin ümumi qaydasını (1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə), 3-cü hissəsi isə bu qaydadan istisnanı (həmin maddədə göstərilən hallardan biri mövcud olduqda) nəzərdə tutur. Yəni, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən hallar mövcud olduqda işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsi yalnız işçini deyil, həm də işəgötürəni qoruyur. Bu halda 1 ayın məqsədi məhz işəgötürənin mənafeyinin müdafiəsidir, yəni işçinin işəgötürəni 1 ay əvvəlcədən xəbərdar etmək vəzifəsi və yalnız müəyyən hallarda bu müddəti gözləmədən müqaviləyə xitam vermək hüququnun olması işəgötürəni müdafiə etmək üçün nəzərdə tutulmuşdur. Belə ki, işdən çıxma nəticəsində iş yerində işin normal ahənginin pozulmasının qarşısını almaq və əlavə zərərə uğramamaq üçün işəgötürən yeni işçi tapmalı və ya digər tədbirlər görməlidir ki, bunun üçün isə işəgötürənə vaxt lazımdır. Bir aylıq müddətin adından da göründüyü kimi, o, xəbərdaredicidir, yəni işçi işəgötürəni xəbərdar edir ki, 1 aydan sonra işləməyəcək, öz mənafeyinin müdafiəsi üçün lazımi tədbir görsün. Eyni zamanda, işəgötürəni 1 ay əvvəl xəbərdar etmək işçinin vəzifəsi olduğu halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ona bu müddəti gözləməmək imtiyazının əsaslarını müəyyən edir. Yəni, müstəsna hallar olmadıqda, 1 aylıq xəbərdarlıq müddətini gözləmək işçinin vəzifəsi sayılır. İşəgötürənin isə, qanunvericiliyin ona verdiyi hüququndan yararlanmaq və ya yararlanmamaq seçimi var. Əgər işçi, həmin hallar olmadığı halda, 1 ay gözləmək istəmədiyini bildirirsə və onun müqaviləni bəlli tarixdən ləğv etməsini işəgötürəndən xahiş edirsə, işçiyə bu şəkildə güzəştə getməsi isə işəgötürən üçün bir problem yaratmırsa, işəgötürən öz hüququndan imtina edərək işçini 1 ay gözləməyə məcbur etməyə də bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Qazax rayon X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Qazax rayon X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-949/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-949/2024
25.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver