Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-965/2024 20.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair mülki işə 20 avqust 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 26 fevral 2000-ci il tarixdə Qazax şəhərində ölmüş X6 mənim nənəm olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 04 fevral 2006-cı il tarixdə Ağstafa rayonu, Dağkəsəmən kəndində vəfat etmiş X10 onun atası, 26 fevral 2000-ci il tarixdə vəfat etmiş X2 İbrahimovun anası olmaqla onun nənəsidir. X5 doğum şəhadətnaməsi olmadığından Mərziyə Əliyevanın onun nənəsi olması müəyyən edilmir. Belə ki, X15 onun nənəsi olmaqla onlarla birlikdə yaşamış, yaşadıqları ev Mərziyə Əliyevanın adına rəsmiləşdirilmişdir. Mərziyə Əliyeva 26 fevral 2000-ci il tarixdə Qazax şəhərində vəfat etmiş, o nənəsindən miras qalmış əmlakı faktiki olaraq qəbul edərək idarə etmişdir. Lakin qohumluq əlaqəsi müəyyən edilmədiyindən nənəsindən qalmış miras əmlakı vərəsəlik qaydasında mülkiyyətinə keçirə bilmir. X1 doğum haqqında şəhadətnamsi mövcud olmadığından Maraqlı şəxsnə müraciət etmiş və ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X16 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1956-cı ildə Qazax rayonu İkinci Şıxlı kəndində anadan olmuşdur.Ərizəçi onun qonşusudur. X15 Ərizəçi Hidayət oğlunun atasının anası yəni onun nənəsidir.Mərziyyə Əliyeva vəfat edən günə kimi ərizəçinin yanında yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1958-ci ildə Qazax rşəhərində anadan olmuşdur. Ərizəçi onun qonşusudur. X15 Ərizəçi Hidayət oğlunun atasının anası yəni onun nənəsidir. Mərziyə Əliyeva vəfat edən günə kimi ərizəçinin yanında yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ərizəçi onun əmisi oğludur. X15 Ərizəçi Hidayət oğlunun atasının anası yəni onun nənəsidir. Mərziyə Əliyeva vəfat edən günə kimi ərizəçinin yanında yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1968-ci ildə Qazax şəhərində anadan olmuşdur. Ərizəçi onun dayısı oğludur. X15 Ərizəçi Hidayət oğlunun atasının anası yəni onun nənəsidir. Mərziyə Əliyeva vəfat edən günə kimi ərizəçinin yanında yaşamışdır. Belə ki, işdə olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə doğulmuşdur. X3, anası X13r. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 xx.xx.1938-ci ildə doğulmuşdur. X14, anası X8r. Ölüm haqqında arayışdan görünür ki, X15 xx.xx.2000-ci il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Maraqlı şəxs Ərizəçi ünvanladığı 3-16-5/8-70-219 saylı, xx.xx.2024-cü il tarixli məktubunda X4 doğumun qeydə alınmasının tibbi şəhadətnamə ilə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinəəsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, xx.xx.2000-ci tarixdə vəfat etmiş X15 Ərizəçi (atasının anası) nənəsi olmuşdur. Ərizəçinin X15 ilə qohumluq faktının müəyyən edilməsi ona nənəsindən miras qalan əmlaka qanun üzrə vərəsə tanınması ilə bağlıdır. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, xx.xx.2000-ci tarixdə vəfat etmiş X15 Ərizəçi nənəsi olmuşdur. Bu səbəbdən həmin fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 3472-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2000-ci tarixdə vəfat etmiş X6 Ərizəçi (atasının anası) nənəsi olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-965/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-965/2024
20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver