Məhkəmə qərarları › İş №2(023)-970/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-970/2024

16.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-970/2024 16.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair mülki işə 15 avqust 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1918-ci ildə Qazax rayonu Yuxarı Salahlı kəndində doğulmuş və 22 aprel 2002-ci il tarixdə Qazax rayonu Yuxarı Salahlı kəndində vəfat etmiş X16 əmisi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X12 olmaqla 1967-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulmuşdur. X12 - X5 anası X30 olmaqla 1926-cı il tarixdə Qazax rayonun Yuxarı Salahlı kəndində anadan olmuşdur. X13 isə X5, anası X30 olmaqla 1918-ci il tarixdə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuşdur. Atası və əmisi nənəsi ilə birlikdə Qazax rayonu Yuxarı Salahlı kəndinə yaşamışlar. X1 ilə ailə həyatı qurmuş, onların birgə nikahından uşaqları doğulmamışdır. X13 22 aprel 2002-ci il tarixdə, arvadı X9 18 mart 2009-cu il tarixdə vəfat etmişdir. Əmisini və onun arvadını o, dəfn emiş və dəfn xərclərini çəkmişdir. Əmisinin ölümündən sonra ondan miras qalmış pula dair vərəsəliyi qanunla müəyyən olunmuş qaydada qəbul etmək üçün dövlət notariat kontoruna müraciət edərkən, orada lazım olan digər sənədlərlə yanaşı əmisinin doğum haqqında şəhadətnaməsi də tələb olunmuşdur. Lakin əmisinin doğum haqqında şəhadətnaməsi olmadığından, X16 onun doğma əmisi olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X23 verdiyi ifadəsində göstərmişdir ki, o, 26 may 1965-ci ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuşdur. Ərizəçi onun qardaşıdır. X31 Ərizəçi əmisidir . Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 verdiyi ifadəsində göstərmişdir ki, o, 15 sentyabr 1955-ci ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuşdur. Ərizəçi onun qonşusudur. X31 ərizəçinin əmisidir. Əmisi rəhmətə gedəndən sonra onun evində Alı yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 verdiyi ifadəsində göstərmişdir ki, o, 13 iyul 1969-cü ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuşdur. Ərizəçi onun qonşusudur. Ərizəçi ilə orta məktəbdə bir sinifdə oxumuşlar. Əmisi rəhmətə gedəndən sonra onun evində Ərizəçi yaşayır. X2 Alı Bilal oğlunun doğma əmisidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 verdiyi ifadəsində göstərmişdir ki, o, 17 mart 1959-cü ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuşdur. Ərizəçi onun qonşusudur. Ərizəçinin X13 onun müəllimi olmuşdur. İmran Süleymanov vəfat edəndən sonra o evdə Ərizəçi yaşayır. İmran Süleymanov Ərizəçi doğma əmisidir. Belə ki, işdə olan AZE № 13411722 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X29 05 oktyabr 1926-cı ildə anadan olmuşdur. X5, anası isə X22r. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X24 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X31 22 aprel 2002-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X30 01 noyabr 1978-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 18 mart 2009-cu il tarixdə vəfat etmişdir. Maraqlı şəxs verdiyi 20 may 2024-cü il tarixli 3-16-5/8-70-199/2024 nömrəli arayışdan görünür ki, 1918-ci il təvəllüdlü X16 xx.xx.2024-cü ilədək daxil edilmiş vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs 20 may 2024-cü il tarixli 3-16-5/8-70-199 nömrəli məktubundan görünür ki, X16 doğumu qeydə alınmadığı üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Qazax RİHB-nın Yuxarı Salahlı kənd İƏD-nin verdiyi 5-58-21-12-21/2-360/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X8 Salahlı kənd sakini olmuş, xx.xx.2002-ci il tarixdə vəfat etmiş, Qazax rayonu Yuxarı Salahlı kənd qəbirstanlığında dəfn edilmiş və onun dəfn xərcləri qardaşı oğlu Ərizəçi tərəfindən çəkilmişdir. İş materiallarına əlavə edilmiş 21 may 2024-cü il tarixli aktdan görünür ki, 1918-ci il təvəllüdlü X31, arvadı 1928-ci il təvəllüdlü X11, anası 1985-ci il təvəllüdlü X30, qardaşı 1926-cı il təvəllüdlü X29, arvadı 1934-cü il təvəllüdlü X7 və onların oğlu 1967-ci il təvəllüdlü Ərizəçi Qazax rayonunun Yuxarı Salahlı kəndində bir evdə yaşamışlar. X16 və X4 övladı olmamış, onların dəfni və dəfn xərcləri Ərizəçi tərəfindən təşkil olunmuşdur. Qazax Rayon Dövlət Arxivinin 08 iyul 2024-cü il tarixli 5-58-15-11/2-219/2024 nömrəli məktubundan görünür ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Salahlı kənd ərazi vahidi üzrə 1996-2000-ci illərə aid 01 saylı təsərrüfat başı kitabının 91-cı səhifəsində X31 və X11 ailə üzvü kimi qeyd edilmişdir. Qazax Rayon Dövlət Arxivinin 26 iyul 2024-cü il tarixli 5-58-15-11/2-239/2024 nömrəli məktubundan görünür ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Salahlı kənd ərazi vahidliyi üzrə 1960-1962-ci illərə aid 11 saylı təsərrüfat başı kitabının 358-ci səhifəsində X3 İmran Mütü oğlunun ailə üzvü kimi qeyd edilmişdir. Qazax Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Salahlı kənd ərazi vahidliyi üzrə 1972-1974-cü illərə aid 04 saylı təsərrüfat başıkitabının 39-cu səhifəsində X29 və Ərizəçi X16 ailə üzvü kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinəəsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X31 Ərizəçi əmisi olmuşdur. Ərizəçinin X31 ilə qohumluq faktının müəyyən edilməsi ona əmisindən miras qalan əmlaka qanun üzrə vərəsə tanınması ilə bağlıdır. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, 22 aprel 2002ci il tarixdə vəfat etmiş X31 Ərizəçi əmisi olmuşdur. Bu səbəbdən həmin fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 3472-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2002-ci il tarixdə vəfat etmiş X16 Ərizəçi əmisi olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar