Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-988/2024 14.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq münasibətləri faktının müəyyən edilməsinə dair mülki işə 14 avqust 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 iyun 2011-ci il tarixdə Qazax rayonu Yuxarı Salahlı kəndində vəfat etmiş X3 onun doğma anası olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X12, anası Fürizə Alıyeva olmaqla xx xxxxxxx 1954-ci ildə Gürcüstanın Rustavi şəhərində doğulmuşdur.X12 anası Füruzə Alıyeva nikaha daxil olan zaman anası ər soyadını götürməmişdir. Onun doğum şəhadətnaməsində anasının soyadı Salmanova kimi qeyd edilmişdir. Atası ilə anasının nikahları pozulmuş, həmin vaxtdan onun atası ilə əlaqəsi kəsilmişdir. Atası ilə anasının başqa övladları doğulmamışdır. X2 15 iyun 2011-ci il tarixdə vəfat etmişdir. Anası vəfat edəndə dəfn mərasimin o edib, dəfn xərclərini o çəkib. Anasının ölümündən sonra ondan miras qalmış əmlaka dair vərəsəliyi qanunla müəyyən olunmuş qaydada qəbul etmək üçün notariat kontoruna müraciət edərkən, orada lazım olan digər sənədlərlə onun doğum haqqında şəhadətnaməsi də tələb olunmuşdur. Lakin doğum şəhadətnaməmdə anasının soyadı Salmanova kimi qeyd edildiyindən onların qohumluq əlaqələri ilə bağlı faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, o, 09 may 1954-cü ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuşdur. Ərizəçi onun bibisi qızıdır. Fürizə Alıyeva onun bibisi Ərizəçi isə anasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mahmudova Laləzər qızı verdiyi ifadəsində göstərmişdir ki, o, 03 yanvar 1951-ci ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuşdur. Ərizəçi onun bibisi nəvəsidir. Ərizəçi anası X5r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, o, 01 aprel 1954-cü ildə Qazax rayonu Aşağı Salahlı kəndində anadan olmuşdur. Ərizəçi qonşusudur. X7 Ərizəçi anasıdır. Belə ki, işdə olan AZE № ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş 317568 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki,X8 və Ərizəçi 01 iyul 1974-cü il tarixində nikahlarını bağlamış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2011ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs verdiyi 06 aprel 2024-cü il tarixli 305/09İS/026856-24 nömrəli arayışdan görünür ki, X3 xx.xx.2011-ci ilədək daxil edilmiş vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Qazax RİHB-nın Yuxarı Salahlı kənd İƏD-nin verdiyi 5-58-21-12-21/230/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X1 rayonu Yuxarı Salahlı kəndində yaşamışdır və ölənə kimi həmin ünvanda qeydiyyatda olan varisi Ərizəçi olmuşdur. Qazax RİHB-nın Yuxarı Salahlı kənd İƏD-sinin verdiyi 11-21/560 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X7 15 iyun 2011-ci il tarixdə vəfat etmiş, onun dəfn edilməsini və dəfn xərclərini o, ölən günədək onunla birgə yaşamış qızı-Ərizəçi çəkmişdir. Qazax Rayon Dövlət Arxivinin 08 iyul 2024-cü il tarixli 5-58-15-11/2-220/2024 nömrəli məktubundan görünür ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Salahlı kənd icra Nümayəndəliyi üzrə 2001-2005-ci illərə aid 05 saylı və 2011-2015-ci illərə aid 5 saylı təsərrüfat başı kitabının 66-cı səhifəsində Ərizəçi, X4 ailə üzvü kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinəəsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X7 Ərizəçi anası olmuşdur. Ərizəçinin X7 ilə qohumluq faktının müəyyən edilməsi ona anasından miras qalan əmlaka qanun üzrə vərəsə tanınması ilə bağlıdır. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, 15 iyun 2011ci il tarixdə vəfat etmiş X7 Ərizəçi anası olmuşdur. Bu səbəbdən həmin fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 3472-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 Ərizəçi anası olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-988/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-988/2024
14.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver