Məhkəmə qərarları › İş №2(023)-996/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-996/2024

29.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-996/2024 29.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı- satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin qanunsuz tikilidən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 və qeyriləri arasında bağlanmış 0,04ha torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız hesab edilməsi, həmin müqavilənin əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 15 saylı ərazi idarəsi tərəfindən cavabdeh X3 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarış sənədinin ləğv edilməsi və həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25 sentyabr 1997-ci ildə 1N-229A nömrəli şəhadətnaməyə əsasən Qazax rayonu Xanlıqlar kəndi ərazisindən 0,08 ha torpaq sahəsi X15, arvadı X12, uşaqları X24 və Ceyhun Budaqovlara verilmişdir. Həmin torpağın bağ tərəfindən su kanalı axdığından qonşulardakı kimi çəpəri kanala kimi uzadaraq ölçüsünü böyütmüşdülər. Eləcədə həmin torpaq sahəsindən yüksək gərginlikli 35.000 voltluq və 10.000 voltluq elektrik naqilləri keçir. Bu səbəbdəndə şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsinin 0,035 ha hissəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. Bir neçə il əkib becərdikdən sonra etirbarnamə əsasında həmin 0,08 ha torpağı pulunu alıb Musa adlı şəxsə satıblar.(sübut Qazax RPŞ təhqiqat bölməsinin qərarındakı Lenanın izahatı).Kənd bələdiyyəsində işləyən qohumları Hacəyev Hüseynlə ölçüb-aktlaşdırıb Musaya təhvil veriblər, torpağın şəhadətnamə sənədini özlərində saxlayıblar. Musa həmin torpaqda iki otaqlı yarımtikili ev inşa edib və 2003-cü ildən həmin 0,08 ha torpağı yarım tikili ilə birlikdə Omarova Dilarəyə etibarnamə əsasında satıb.Hacıyev Hüseynlə birlikdə ölçüb-aktlaşdırıb Dilarəyə təhvil veriblər (sübut Hüseynin izahatı) 03 dekabr 2008-ci ildə Dilarə həmin 0,08 torpağı yarım tikili ilə birlikdə ona 5000 (beş min) dollara satmışdır.Musanın verdiyi etibarnamə və kənd icra nümayəndəsinin, bələdiyyəsinin imzası və möhürü olan (0,08 ha torpağın Dilarəyə məxsus olduğunu təsdiqləyən) sənədlə Qazax rayon Notariusunda ona 50 illik etibarnamə və 0,08 ha torpağı 5.000 (beş min) dollara satdığına dair müqavilə imzalayıb verib (Sübut: müqavilə və etibarnamə) və yaxın vaxtda torpağın şəhadətnaməsini aldıqda alqı satqı edəcəyinə söz verib. 2013-cü ildə o, kəntdə olmadığı vaxt Qəzənfər və Cəvahir Cümanovlar torpağının yarısını (0,04ha) çəpərlə kəsib, yüksək gərginlikli 10.000 (on min) voltluq elektrik naqillərinin altında (elektrik dirəyi evin ortasındadı) 2 otaqlı ev inşa etməyə başlamışlar. Soruşanda kimsiz ona möhürü olmayan saxta (Sübut: Şahvələdov Eldarın izahatı və akt) akt kağızı göstərib Dilarədən aldığını demişlər. Onlardan 5 il əvvəl həmin torpağı Dilarədən aldığını deyib Notariusda verdiyi etibarnaməni və müqaviləni göstərib. Tikintini dayandırıb gedib Dilarə ilə birlikdə ona satdığı 0,08ha torpağın sərhədlərini yoxlamaqlarını deyib. 2018-ci ilin dekabr ayında Bələdiyyə işçisi X11 aldığı 0,08ha torpağın şəhadətnaməsinin qohumu Budaqov Misir gildə olduğunu dedi. Onlarla danışıb razılaşıb torpağına çıxarış və s sənədlərini düzəldə biləcəyini deyib və ünvanlarını verib. Gedib onlara, Misir öldüyündən Lenaya etibarnaməni göstərib Dilarədən aldığı 0,08ha torpağı öz adına sənədləşdirmək istədiyini deyib. O, həmin şəhadətnamədəki 0,08ha torpağı Musaya satdıqlarını dedi. Notarius və DƏDRX sənədləşmə xərclərini (1.000 manat) onun ödəyəcəyini və alqı-satqı sənədini imzalamaq üçün ondan 5.000 (beş min) manat istədi və onunla razılaşıblar. 2019-cu ilin oktyabr ayında Lena və uşaqları ilə birlikdə gəlib Qazax rayon Notariusuna şəhadətnamədəki 0,08ha torpağı onun adına sənədləşdirmək üçün müraciət etmişlər. Notarius işçisi Xəyalə xanım sənədlərə baxıb onlardan neçə sot və neçəyə razılaşdıqlarını soruşduqdan sonra Misir öldüyündən vərəsəlik sənədi hazırlandıqdan sonra alqı-satqı ediləcəyini dedi. Lena və qızları vaxtlarının olmadığından birlikdə gələ bilmicəklərini dedilər. 1 (bir) nəfərin 3(üç) etibarnamədən artığını imzalamağa icazə olmadığından qərara gəldilər etibarnamələrini Ceyhuna versinlər qalanları isə yoldaşına. Notarius hər birindən 0,08ha torpağı 5.000 manata satdıqlarını soruşduqdan və izah etdikdən sonra etibarnamələrini təsdiqlədi. Vərəsəlik sənədi hazırlandıqdan sonra xx.xx.2019-cu ildə Budaqov Ceyhun pulu aldıqdan sonra alqı-satqı müqaviləsini şəxsən imzaladı və Notarius 0,08ha torpaq sahələrini 5.000 manata satdıqlarını soruşduqdan və izah etdikdən sonra alqı-satqı müqaviləsini təsdiqlədi (Sübut: alqı-satqı müqaviləsi). Torpağının 0,04ha hissəsi zəbt edildiyindən və orada yaşamağı hər anı təhlükəli (yüksək gərginliyə görə) olduğundan (Sübut: iki ədəd foto şəkil) 2020-ci ilin fevral ayında Cümənovlara qarşı zəbt edilmiş 0,04ha torpaq sahəsinin boşaldılmasına dair Qazax rayon Məhkəməsinə iddia ərizəsi yazıb. Hakim Cümənovları ərizə yazmağa Prokurorluğa göndərib.Prokurorluqda aktdakılar və o, izahat yazıblar. Budaqovlar bildikləri halda (Hüseynlə yaxın qohumdular) gəlib ona qarşı ərizə yazmadılar və ümumiyyətlə çağırılıb izahat alınmıyıb. Məhkəmə iclası zamanı Budaqovlardan həmin işlə bağlı yalan uydurub yazdıqları saxta ərizə daxil oldu. 23 iyul 2020-ci ildə Məhkəmənin qərardadı ilə 2(023)-457/2020 nömrəli işin icraatı, 2(023)- 911/2020 işə baxılıb nəticə verilənədək dayandırıldı. Məhkəmədə Budaqovlardan tək Lena iştirak edib, yalan danışaraq 0,08ha torpağı Musaya satmadıqlarını və guya 2019-cu ilin oktyabrında həmin torpaqda tikililər aşkar ediblər və onun tikiliş etdiyi 0,04ha torpağı 5.000 manata satacaqlarını razılaşıblar. Qazax rayon Məhkəməsində Lenanın yalanlarına inanılıb alqısatqı müqaviləsinin ləğvi barədə qətnamə çıxarıldı. Apelyasiya şikayəti yazıb. Gəncə Apelyasiya məhkəməsinin mülki kollegiyasında Lenagilin yalanlarına inanılıb, 0,04ha torpağı onlara veriblər və onların cinayət işi törətdiklərini deyiblər. Budaqovların saxta ərizələrinin prokurorluqda araşdırılması üçün Qazax rayon Məhkəməsinə çağırılmağımı gözlədim. xx.xx.2024-cü ildə Qazax rayonurda keçirilən məhkəmədə bəlli oldu ki, Budaqovlar həmin torpağı üçünçü dəfə Cavabdeh2 3.000 manata satıblar və xx.xx.2022-ci ildə DƏDRX tərəfindən Cəvahirə ********* №li çıxarış sənədi verilib. X19 cənablarından xahiş edib ki, Lenagilin bu dələduzuq əməlləri Prokurorluqda araşdırılsın. Oda Prokurorluğa ərizə ilə müraciət etməyini bildirdi. xx.xx.2024-cü ildə Qazax rayon Prokurorluğuna ərizə yazıb Qazax RPŞ Təhqiqat Bölməsində araşdırma zamanı verdiyi izahatında Cavabdeh1 etiraf etmişdirki, şəhadətnamədə göstərilən həmin 0,08ha torpaqlarını 1997-ci ildə Musa adlı şəxsə satmışdılar və 2019-cu ilin oktyabr ayında o, onların yaşadıqları ünvana gəlib həmin şəhadətnamədəki 0,08ha torpağı Dilarədən aldığını deyib, onunla razılaşıb həmin 0,08 ha torpağı onun adına sənədləşdirməyi danışmışlar. xx.xx.2019-cu ildə oğlu Ceyhun Qazax rayon Notariusunda şəxsən alqı-satqı müqaviləsini imzalayıb və Notarius 0,08ha torpaq sahəsini 5.000 manata satdıqlarını soruşduqdan və izah etdikdən sonra alqı-satqı müqaviləsini təsdiqləyib. (Sübut: alqı-satqı müqaviləsi).Göründüyü kimi Cavabdeh1 izahatında 2020-ci ilin iyun ayında yazdıqları iddia ərizəsinin yalan olduğunu etiraf etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi yalan əsasında çıxarıldığı sübut olunur.Budaqovların bu torpağı dələduzluq edərək üç dəfə satdıqlarına görə onların məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və qeyd olunanları nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, həmin müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 noyabr 2019-cu il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Qazax Rayonu Xanlıqlar kəndində yerləşən 0.0801 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AN-İ ******* nörməli notarial qaydada təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X8 və X5(Cavabdeh1) Qazax rayonu Xanlıqlar kəndində yerləşən ümumi sahəsi 0,080144 ha torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(104)-1472/2021 saylı qətnaməsindən görünür ki, Qazax Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(023)-911/2020 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş Qazax Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(023)-911/2020 saylı qətnaməsi Qazax Rayon Notariat Ofisində 02 noyabr 2019-cu il tarixdə təsdiq edilmiş AN-İ seriyalı ,0760922 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və xx.xx.2019-cu il tarixli, A425889 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi və Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş tikililərin İddiaçı hesabına sökülməsi və həmin torpaq sahəsinin azad edilərək Cavabdeh1, Sarıyeva (Budaqova) Könül Misir qızı, X9, X7 və X6 təhvil verilməsi hissəsində ləğv edilmiş və Qazax Rayon Notariat Ofisində 02 noyabr 2019-cu il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi, İddiaçı faktiki sahibliyindən kənarda qalmış 0,04 ha torpaq sahəsinin alqısatqısına dair hissədə etibarsız hesab edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış 9daşınmaz əmlakın dövlət eyestrindəki qeyd) və xx.xx.2019-cu il tarixli, A425889 nömrəli torpaq sahəsinin planı və ölçüsü adlı sənəd, 02 noyabr 2019-cu il tarixdə təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilniş 0.04 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli, ********** saylı çıxarışın surətindən görünür ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən 0.0801 ha torpaq sahəsi İddiaçı, X10, X7, X9, X8 və Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AN-İ ******* nörməli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Cavabdeh1(X9 əvəzinə), Cavabdeh1 (X10 əvəzinə), Cavabdeh1 (X8 əvəzinə) Cavabdeh1 və X2 rayonu Xanlıqlar kəndində yerləşən ümumi sahəsi 0,080144 ha torpaq sahəsini X1. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlakla bağlı Cavabdeh2 arasında notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan başqa Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Qazax rayon Notariat ofisində 02 noyabr 2019-cu il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi, İddiaçı faktiki sahibliyindən kənarda qalmış 0.04 ha torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilmiş və İddiaçı 0.0801 ha torpaq sahəsinə tam pay sahibi olması ilə bağlı olan müvafiq Çıxarış ləğv edilmişdir. Ona görədə cavabdehlər arasında olan və iddia tələbində göstərilən müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Belə ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi, əqdin məzmunu, əqdin forması, iradə və iradə ifadəsinin birbirinə uyğunluğu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İş materiallarına əlavə edilmiş mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiqlənmişdir. Bundan əlavə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Göstərilən Məcəllənin 339.1 və 339.2-ci maddələrinə əsasən, hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin “sübutların qiymətləndirilməsi”ndən bəhs edən 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı- satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin qanunsuz tikilidən azad edilməsi” tələbinə dair iddiası əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı- satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin qanunsuz tikilidən azad edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar