Məhkəmə qərarları › İş №2(024)-100/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-100/2024

29.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-100/2024 29.01.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə qarşı “qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpası, X1 Qax rayon Aqrar İslahat Komissiyasının 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərara əsasən verilmiş Qax rayonunda yerləşən 1.0 ha torpaq sahəsindən ibarət miras əmlakdan ona düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpası, X1 Qax rayon Aqrar İslahat Komissiyasının 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərara əsasən verilmiş Qax rayonunda yerləşən 1.0 ha torpaq sahəsindən ibarət miras əmlakdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, İddiaçı və cavabdeh Qax rayon Notariat ofisinin notariusu iclasına gəlməmiş, İddiaçı məhkəməyə teleqram göndərərək işi ilə əlaqədar üzürlü səbəbdən məhkəməyə gələ bilməyəcəyini, iddianı müdafi əetdiyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, Qax rayon Notariat ofisinin notariusu məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı və cavabdeh Qax rayon Notariat ofisinin notariusunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, atası X14 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. X1 Qax rayonu Qarabaldır kəndində yerləşən Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə verilmiş 1.0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət miras qalmışdır. Bildirir ki, ata və anası öldükdən sonra onlar mirası idarə etmişlər. O, atasından qalan mirası sənədləşdirmək istəyir. Sənədləşmə üçün Qax rayon Qax rayon Notariat Ofisinə müraciət etsə də orada onlara mirası qəbul etmək üçün buraxılmış prosessual müddəti ötürdüyü üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. O, bunu bilməmiş, elə hesab etmişdir ki, atası öldükdən sonra mirası qəbul etmiş sayılır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpası, X1 Qax rayon Aqrar İslahat Komissiyasının 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərara əsasən verilmiş Qax rayonunda yerləşən 1.0 ha torpaq sahəsindən ibarət miras əmlakdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-0006, KOD 40316038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qarabaldır kəndində yerləşən 1 ha torpaq sahəsi X10 mülkiyyətindədir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2003-cü ildə ölmüşdür. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, X10 oğulları İddiaçı, Nümayəndə, Əhmədova (Rəhimova) Gülgəz Şahid qızı, Yusifova (Rəhimova) Xuraman Şahid qızı və Musayeva (Rəhimova) Nəzakət Şahid qızının atası X14, anası isə X4r. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Rəhimov X9 Muxtar Respublikası, Naxçıvan şəhəri, Hərbi Şəhərcik 1 massivi, ev 34, mənzil 21 qeydiyyatdadır. İşə əlavə edilmiş Qax RİHB-nın Tasmalı kənd İƏD-nin verdiyi xx.xx.2023cü il tarixli, 706 saylı arayışdan görünür ki, X10 oğulları İddiaçı, Nümayəndə, X8, X5 və X2 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Qax rayon Notariat ofisinin verdiyi 30 noyabr 2023-cü il tarixli № 948 saylı məktubdan görünür ki, İddiaçı hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş Nümayəndə, X8, X5 və X3 imzalarının həqiqiliyi notariat qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, onlar mərhum ataları X7 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın onlara çatan hissəsini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş və miras əmlakın onlara çatan hissəsinə digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-0006, KOD 40316038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Qarabaldır kəndində yerləşən 1 ha torpaq sahəsi X10 mülkiyyətindədir. X14 xx.xx.2003-cü ildə ölmüş, onun X10 oğulları İddiaçı, Nümayəndə, X8, X5 və X2 ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən Nümayəndə, X8, X5 və X6 mərhum ataları X7 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın onlara çatan hissəsini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş və miras əmlakın onlara çatan hissəsinə digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum atasının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, JN-0006, KOD 40316038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X10 mülkiyyətinə verilmiş Qax rayonu Qarabaldır kəndində yerləşən 1 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. JN-0006, KOD 40316038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X10 mülkiyyətinə verilmiş Qax rayonu Qarabaldır kəndində yerləşən 1 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab uzadılsın. JN-0006, KOD 40316038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X10 mülkiyyətinə verilmiş Qax rayonu Qarabaldır kəndində yerləşən 1 ha torpaq sahəsindən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar