Məhkəmə qərarları › İş №2(024)-113/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-113/2024

26.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-113/2024 26.01.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “buraxılmış prosessual müddətin bərpası, X1 və atası X6 miras qalan Qax rayon Aqrar İslahat komissiyasının 28 oktyabr 1998-ci il tarixli 09 nömrəli qərara əsasən verilmiş Qax rayonu Almalı kəndində yerləşən 0.53 ha və 0,79 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən və 0.32 ha həyətyanı torpaq sahəsindən ibarət mirasdan ona düşən payın mülkiyyətimə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, X1 və atası X6 miras qalan Qax rayon Aqrar İslahat komissiyasının 28 oktyabr 1998-ci il tarixli 09 nömrəli qərara əsasən verilmiş Qax rayonu Almalı kəndində yerləşən 0.53 ha və 0,79 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən və 0.32 ha həyətyanı torpaq sahəsindən ibarət mirasdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdeh Qax rayon Notariat ofisinin notariusunun və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o Qax rayonu Almalı kəndində yaşayır. X3 xx.xx.2009-ci il tarixdə və atası X16 xx.xx.2004-ci il tarixdə vəfat etmişdir. X1 və atası X6 miras qalan Qax rayon Aqrar İslahat komissiyasının 28 oktyabr 1998-ci il tarixli 09 nömrəli qərara əsasən verilmiş Qax rayonu Almalı kəndində yerləşən 0.53 ha və 0,79 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən və 0.32 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Valideyinləri öldükdən sonra o mirası idarə edir. O, həmin evdə yaşayır. Mərhum atası və anasından miras qalan əmlakı öz adına keçirmək istəyir. Sənədləşmə üçün Qax rayon NO-ə müraciət etmiş, orada mirası qəbul etmək üçün buraxılmış prosesual müddəti ötürdüyü üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O, mirasın qəbulu üçün qanunla hər hansı müddətin nəzərdə tutulmasını bilməmiş, elə hesab etmişdir ki, valideyinləri öldükdən sonra mirası qəbul etmiş sayılır. Qna görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası, X1 və atası X6 miras qalan Qax rayon Aqrar İslahat komissiyasının 28 oktyabr 1998-ci il tarixli 09 nömrəli qərara əsasən verilmiş Qax rayonu Almalı kəndində yerləşən 0.53 ha və 0,79 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən və 0.32 ha həyətyanı torpaq sahəsindən ibarət mirasdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-193, KOD 40304018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Almalı kəndində yerləşən 0.53 ha torpaq sahəsi X16 və X7 ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN-207F, KOD 40304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Almalı kəndində yerləşən 0.79 ha həyətyanı torpaq sahəsi X16 və X7 ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN-207A, KOD 40304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Almalı kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsi X16 və X7 ümumibirgə mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Qax rayon Notariat ofisinin verdiyi 05 dekabr 2023-cü il tarixli № 966 saylı məktubdan görünür ki, İddiaçı hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, X8 xx.xx.2013-cü, X16 xx.xx.2004-cü, X15 isə xx.xx.2009-cu il də ölmüşdür. İşə əlavə edilmiş Qax RİHB-nın Almalı kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli, 548 saylı arayışdan görünür ki, X7 İddiaçı, X9, X13, X8 və X2 ibarət vərəsələri qalmışdır. X8 vəfat etmişdir. İşə əlavə edilmiş Qax RİHB-nın Almalı kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli, 547 saylı arayışdan görünür ki, X10 X15 və qızları İddiaçı, X9, X13, X8 və X2 ibarət vərəsələri qalmışdır. X15 və X8 vəfat etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı, X9, X14 və X4 atası X16, anası isə X11r. İşə əlavə edilmiş İddiaçı, X9, X13 və X4 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlar mərhum valideyinləri X16 və X5 miras qalmış qalmış əmlaklardan ya notariat ofisinə ərizə verərək ya da faktiki sahiblənərək qəbul etməmiş, həmin miras əmlaklara dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiklərini göstərmişlər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-193, KOD 40304018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Almalı kəndində yerləşən 0.53 ha torpaq sahəsi X16 və X7 ümumibirgə, JN-207F, KOD 40304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qax rayonu Almalı kəndində yerləşən 0.79 ha həyətyanı torpaq sahəsi X16 və X7 ümumibirgə mülkiyyətinə, JN-207A, KOD 40304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qax rayonu Almalı kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsi X16 və X7 ümumibirgə mülkiyyətinə verilmişdir. X8 xx.xx.2013-cü, X16 xx.xx.2004-cü, X15 isə xx.xx.2009-cu il də ölmüşdür. X7 və X10 qızları İddiaçı, X9, X13, X8 və X2 ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən İddiaçı, X9, X13 və X12 mərhum valideyinləri X16 və X5 miras qalmış qalmış əmlaklardan ya notariat ofisinə ərizə verərək ya da faktiki sahiblənərək qəbul etməmiş, həmin miras əmlaklara dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiklərini göstərmişlər. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum valideyinlərinin vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, JN-193, KOD 40304018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X16 və X7 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Almalı kəndində yerləşən 0.53 ha torpaq sahəsi, JN-207F, KOD 40304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X16 və X7 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Almalı kəndində yerləşən 0.79 ha həyətyanı torpaq sahəsi və JN-207A, KOD 40304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X16 və X7 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Almalı kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz JN-193, KOD 40304018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X16 və X7 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Almalı kəndində yerləşən 0.53 ha torpaq sahəsi, JN-207F, KOD 40304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X16 və X7 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Almalı kəndində yerləşən 0.79 ha həyətyanı torpaq sahəsi və JN-207A, KOD 40304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X16 və X7 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Almalı kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz JN-193, KOD 40304018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X16 və X7 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Almalı kəndində yerləşən 0.53 ha torpaq sahəsi, JN-207F, KOD 40304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X16 və X7 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Almalı kəndində yerləşən 0.79 ha həyətyanı torpaq sahəsi və JN-207A, KOD 40304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X16 və X7 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Almalı kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar