Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-113/2025 16.04.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, X15, Qax rayon Notariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «mirasın qəbul etmə faktının müəyyən edilməsi və payın mülkiyyətə verilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, X16, Qax rayon Notariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «mirasın qəbul etmə faktının müəyyən edilməsi və payın mülkiyyətə verilməsi tələbi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, atası X17 miras qalan DƏD Kadastrı və X50 Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin 28 dekabr 2023-cü il tarixdə **********-10301 reyestr №li və ********** qeydiyyat №li çıxarışa əsasən Qax şəhəri, İ.Mustafayev küçəsi ev 128 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən 0.23 ha həyətyanı torpaq sahəsindən üzərində tikilən 75.40 kv/m fərdi yaşayış evinə mirasın qəbul etmə faktının müəyyən edilməsi və payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o ünvan 3 (yeni qaydalarla ünvan 2 yaşayır. Atası öldükdən sonra onun ailəsi o, qardaş, bacıları və anası ilə birlikdə 6 nəfərdən ibarət olmuşdur. Atası X45 17 dekabr 1963-cü il tarixdə Qax şəhərində vəfat etmiş və anası X48 31 dekabr 1994-cü il tarixdə Qax şəhərində vəfat etmişdir. Qardaşı X43 02 oktyabr 1946-ci il anadan olmuş və 25 sentyabr 2015-ci il tarixdə vəfat etmişdir. Bacısı Basaşvili (İsaşvili) Anqelina Romanovna 24 fevral 1949-cu il tarixdə anadan olmuş və 08 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. Digər bacısı Əmrahova (İsaşvili) Makvala Romanovna 05 sentyabr 1950-ci il tarixdə anadan olmuş və 01 noyabr 1997-ci il tarixdə vəfat etmişdir. Digər bacısı Cavabdeh2 sağdır. Vərəsələr 30 ildən çoxdur ki, hər biri ayrıca evdə yaşayır. Mirası təkcə o qəbul etmişdir. Atasından 28 dekabr 2024-cü il tarixdə **********69-10301 reystr №li və ********** qeydiyyat №li Çıxarışa əsasən Qax şəhəri, İ.Mustafayev küçəsi ev 128 (yeni qaydalarla ünvan 2 ünvanda yerləşən 0.23 ha həyətyanı torpaq sahəsindən üzərində tikilən 75.40 kv/m fərdi yaşayış evi miras qalmışdır. Atası öldükdən sonra qalan miras əmlakı o idarə edir və kommunal xərcləri özü ödəyir. O, atası öldükdən sonra mirası faktiki olaraq idarə edir. Bütün kommunal (işıq,qaz,su və vergiləri) xərcləri o ödəmiş və hazırda ödəyir. Sənədləşmə üçün Qax rayon Notarit orqanına müraciət etsə də orada ona buraxılmış prosesual müddəti keçirdiyini və ona məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Halbuki o, mirası faktiki qəbul etmiş və illərdir ki, mirası idarə edir. O, gələcəkdə problem olacağını bilməmiş, elə hesab etmişdir ki, atası öldükdən sonra mirası öz adına rəsmiləşdirə bilər. O, atasından düşən payının müəyyən olunması üçün məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin müdafiə etdi və əlavə olaraq göstərdi ki, iddianın mahiyyəti ilə bağlı barədə ərizəsində geniş yazmışdır. Əlavə olaraq qeyd edir ki, X40 vəfat etdikdən sonra ondan 28 dekabr 2024-cü il tarixdə **********69-10301 reystr №li və ********** qeydiyyat №li Çıxarışa əsasən Qax şəhəri, İ.Mustafayev küçəsi ev 128 (yeni qaydalarla ünvan 2 ünvanda yerləşən 0.23 ha həyətyanı torpaq sahəsindən üzərində tikilən 75.40 kv/m fərdi yaşayış evi miras qalmışdır. Vəfat edən şəxsin 6 nəfərdən ibarət vərəsəsi vardır. Həmin vərəsələrdən Nariman, Makvala və Anqelina vəfat etmişlər. İddia ərizəsində cavabdeh kimi vərəsƏlərdən Cavabdeh2 qeyd olunmUşdur. Sonradan məhkəmə tərəfindən İsaşvili Sharmazi də iş üzrə cavabdeh kimi cəlb olunumşdur. X18 miras əmlakdan düşən payın saxlamaq şərti ilə mirasdan iddiaçıya düşən payın verilməsini xahiş edir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək heç bir etirazın olmadığını bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdehlər X26, Qax rayon Notariat ofisinin nümayəndəsi və maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər X26, Qax rayon Notariat ofisinin nümayəndəsi və maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin müdafiə etdi və əlavə olaraq göstərdi ki, iddianın mahiyyəti ilə bağlı barədə ərizəsində geniş yazmışdır. Əlavə olaraq qeyd edir ki, X40 vəfat etdikdən sonra ondan 28 dekabr 2024-cü il tarixdə **********69-10301 reyestr №li və ********** qeydiyyat №li Çıxarışa əsasən Qax şəhəri, İ.Mustafayev küçəsi ev 128 (yeni qaydalarla ünvan 2 ünvanda yerləşən 0.23 ha həyətyanı torpaq sahəsindən üzərində tikilən 75.40 kv/m fərdi yaşayış evi miras qalmışdır. Vəfat edən şəxsin 6 nəfərdən ibarət vərəsəsi vardır. Həmin vərəsələrdən Nariman, Makvala və Anqelina vəfat etmişlər. İddia ərizəsində cavabdeh kimi vərəslərdən Cavabdeh2 qeyd olunmuşdur. Sonradan məhkəmə tərəfindən İsaşvili Sharmazi də iş üzrə cavabdeh kimi cəlb olunumşdur. X18 miras əmlakdan düşən payın saxlamaq şərti ilə mirasdan iddiaçıya düşən payın verilməsini xahiş edir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №li, **********69-10301 reyestr №li, 28 dekabr 2023-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşə ümumi sahəsi 75.40 kv.m olan fərdi yaşayış evi X27 mülkiyyətinə verilmişdir. Cavabdeh2, X29, X19 (Basaşvili Maguli əvəzinə), X12, X30, X31, X38, İsaşvili Romanı, X41, X5 imzalarının həqiqiliyi notariat qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, onlar X6mış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, mirasın ona çatan hissəsini ya notariat ofisinə ərizə yazaraq, ya da faktiki sahiblənərək qəbul etməmişlər. X17 miras əmlakdan ona çatası pay hissəsinə dair digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmirlər. Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı (etibarnamə üzrə nümayəndə X38) ünvanlanmış 367 №li, 03 iyun 2024-cü il tarixli məktubdan görünür ki, mərhum atası X17 miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın qəbulu üzrə müddətin buraxılması göstərilmişdir. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X32 aid 18 fevral 2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. X7 Otari Romanoviç, qızı Cavabdeh2, oğlu X26, arvadı X42 (31 dekabr 1994-cü ildə vəfat edib), oğlu X43 (25 sentyabr 2015-ci ildə vəfat edib), qızı Basaşvili (İsaşvili) Anqelina Romonovna (08 dekabr 2023-cü ildə vəfat edib), qızı Əmrahova (İsaşvili) Makvala Romanovna (01 noyabr 1997-ci ildə vəfat edib) vərəsələri qalmışdır. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X32 aid 18 fevral 2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. X8-əri X10 (27 mart 2017-ci ildə vəfat edib), oğlu X33 (11 iyun 1973-cü ildə vəfat edib), qızları X20, X21, X34, X1 Elmira Romanovna, oğlu X23, arvadı X42 (xx.xx.1994-cü ildə vəfat edib), oğlu X43 (25 sentyabr 2015-ci ildə vəfat edib), qızı Basaşvili (İsaşvili) Anqelina Romonovn (08 dekabr 2023-cü ildə vəfat edib), qızı Əmrahova (İsaşvili) Makvala Romanovna (01 noyabr 1997-ci ildə vəfat edib) vərəsələri qalmışdır. Mərhumun aşağıdakı vərəsələri vardır: oğlu: İddiaçı, qızı Cavabdeh2, oğlu X26, arvadı X42 (31 dekabr 1994-cü ildə vəfat edib), oğlu X43 (25 sentyabr 2015-ci ildə vəfat edib), qızı Basaşvili (İsaşvili) Anqelina Romanovna (08 dekabr 2023-cü ildə vəfat edib), qızı Əmrahova (İsaşvili) Makvala Romanovna (01 noyabr 1997-ci ildə vəfat edib). Qax rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X35 aid 20 fevral 2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Narman İsaşvilinin arvadı X13, qızı X36, X44, X24 ibarət vərəsləri qalmışdır. Qax rayon Qeydiyyat Şöbəsi tərəfində verilmiş 3-16-5/8-69-305/2023 №li, 22 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, X43 02 oktyabr 1946-cı il tarixdə Qax rayonu, Qax İngiloy kəndində anadan olmuşdur. Bu barədə 08 oktyabr 1946-cı il tarixdə Qax rayonu, Qax İngiloy İN-də 47 №li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İE 132677 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 atası X45, anası isə X28. İE 764542 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X45, anası isə X28. AZ ******* №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 atası X45, anası isə X28. Ölüm haqqında AZ-İİ 363204 №li şəhadətnamənin surətindən görünür ki, X37 01 noyabr 1987-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 03 noyabr 1997-ci il tarixdə 90 № ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İİ 363162 №li şəhadətnamənin surətindən görünür ki, X25 08 oktyabr 2023-cü ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 09 oktyabr 2023-cü il tarixdə 307 № ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İİ 363257 №li şəhadətnamənin surətindən görünür ki, X43 25 sentyabr 2015-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 29 sentyabr 2015-ci il tarixdə 88 № ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İİ 363173 №li şəhadətnamənin surətindən görünür ki, X42 31 dekabr 1984-cü ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 02 yanvar 1995-ci il tarixdə 01 № ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İİ 363203 №li şəhadətnamənin surətindən görünür ki, X45 17 dekabr 1963-cü ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 18 fevral 1964-cü il tarixdə 10 № ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İ 942631 №li şəhadətnamənin surətindən görünür ki, X46 04 iyun 2018-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 11 iyun 2018-ci il tarixdə 48 № ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İ 961715 №li şəhadətnamənin surətindən görünür ki, X47 03 oktyabr 2018-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 12 oktyabr 2018-ci il tarixdə 106 № ilə qeydiyyat aparılmışdır. Qax RİHB-in Qax şəhər İƏDÜN-in verdiyi 318 №li, 14 fevral 2024-cü il tarixli arayışdan görünür ki, X45 17 dekabr 1963-cü il tarixdə vəfat etmişdir. Mərhumun aşağıdakı vərəsələri vardır: oğlu: İddiaçı, qızı Cavabdeh2, oğlu X26, arvadı X42 (31 dekabr 1994-cü ildə vəfat edib), oğlu X43 (25 sentyabr 2015-ci ildə vəfat edib), qızı Basaşvili (İsaşvili) Anqelina Romanovna (08 dekabr 2023-cü ildə vəfat edib), qızı Əmrahova (İsaşvili) Makvala Romanovna (01 noyabr 1997-ci ildə vəfat edib). Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının əvvəlki məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı iddiaçının izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, iddiaçının atası- miras qoyan şəxs X45 xx.xx.1963-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya hesab edir ki, miras qoyan şəxs 2000-ci il tarixdən əvvəl vəfat etdiyindən ona münasibətdə vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin (1965-ci il redaksiyalı) müddəaları əsasında həll edilməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyalı); 101-ci maddəsinin 2-ci hissəsinə əsasən bir yerdə yaşayan ər-arvadın və onların həddi-buluğa çatmayan uşaqlarının şəxsi mülkiyyətində onlardan birinə məxsus olan və ya onların hamısının ümumu mülkiyyətində olan bir yaşayış evi və ya onun müəyyən hissəsi ola bilər. Həmin maddənin ikinci hissəsində göstərilən vətəndaşlardan birinin və ya bir neçəsinin evin bir hissəsinə olan mülkiyyət hüququ, bu vətəndaşların qalanlarını həmin evin digər hissəsinə (hissələrinə) olan mülkiyyət hüququndan məhrum etmir. 527-ci maddəsinin 1-ci hissəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinin tələblərinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21 -ci maddəsində göstərilən gün hesab olunur. 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. 532-ci maddəsinə əsasən qanun uzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar |d cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. 552-ci maddəsinin tələbinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras smlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəslər olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras ıvərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. 555-ci maddəsinin tələblərinə görə vərəsə, digər vərəslərin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. 556-cı maddəsinin 3-cü hissəsinə əsasən vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan İmtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. 563-cü maddəsinə əsasən miras əmlakın bölünməsi qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, miras qoyan şəxs X45 1963-cü tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (1964-cü il redaksiyalı Mülki Məcəllənin 528-ci maddəsi). Miras qoyan Qax rayonunda yaşadığından mirasın açıldığı yer Qax rayonudur (həmin Məcəllənin 529-cu maddəsi). Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçı tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və hazırda qüvvədə olan Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 16 oktyabr 2020-ci il tarixli, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2021-ci il 26 iyul tarixli Qərarları). Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından, iddiaçının nümyəndəsinin izahatından, digər vərəsələrin miras əmlakdan iddiaçının xeyrinə imtina etməsi barədə ərizələrindən də görünür ki, həmin vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmişlər. Eyni zamanda iş materiallarından bəlli olur ki, iddiaçı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən istifadə etməklə miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünə məxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №li, **********69-10301 reyestr №li, 28 dekabr 2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən X27 mülkiyyətinə verilmiş ünvan 3 ünvanda yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 75.40 kv.m olan fərdi yaşayış evi daxildir. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. Hazırda mərhum X27 vərəsələri oğlu İddiaçı, qızı Cavabdeh2, oğlu X26, arvadı X42 (31 dekabr 1994-cü ildə vəfat edib), oğlu X43(25 sentyabr 2015-ci ildə vəfat edib), qızı Basaşvili (İsaşvili) Anqelina Romonovna (08 dekabr 2023-cü ildə vəfat edib), qızı Əmrahova (İsaşvili) Makvala Romanovnadan (01 noyabr 1997-ci ildə vəfat edib). İbarətdir. Mərhumdan qalmış miras qanun üzrə keçir. Mirasın iddiaçı tərəfindən faktiki qəbul edilməsi işin mübahisəsiz halıdır və digər vərəsələr miras əmlakın iddiaçı tərəfindən faktiki qəbul etməsini mübahisələndirməmişlər. X49 sağ qalan vərəsələrindən Cavabdeh2 miras əmlakdan özünə düşən payı ya faktiki ya da notariat qaydasında qəbul etməmiş, Sharmazi İsashvili isə özünə düşən payla bağlı münasibət bildirməmişdir. Ona görə də, miras əmlakdan ona düşən pay açıqda saxlanılmalıdır. X52 vəfat etmiş digər övladlarının vərəsələri də miras əmlakdan özünə düşən payı ya faktiki, ya da notariat qaydasında qəbul etməmiş, digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X52n 7 vərəsəsinin olması, həmin vərəsələrdən Sharmazi İsashvili isə özünə düşən paydan imtina etməməsi, digər vərəsələrin isə özlərinə düşən payı faktiki və ya notarat qaydada qəbul etməməsi nəzərə alınarsa miras əmlakdan iddiaçıya düşən pay ½ hissə təşkil edir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Daşımaz Əmlakın Dövlət Kadastrı və X50 Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixdə **********-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən X27 mülkiyyətində olan Qax şəhəri İ.Mustafayev küçəsi ev 128 (yeni qaydalarla ünvan 4 ünvanda yerləşən 0.23 ha həyətyanı torpaq sahəsinin üzərində tikilən 75.40 kv/m fərdi yaşayış evindən ibarət miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul etmə faktı müəyyən edilməli və həmin miras əmlak üzərində onun ½ hissədə payı müəyyən edilməlidir.Miras əçlakın qalan ½ hissəsi isə açıqda saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Daşımaz Əmlakın Dövlət Kadastrı və X50 Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixdə **********-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən X27 mülkiyyətində olan Qax şəhəri İ.Mustafayev küçəsi ev 128 (yeni qaydalarla ünvan 4 ünvanda yerləşən 0.23 ha həyətyanı torpaq sahəsinin üzərində tikilən 75.40 kv/m fərdi yaşayış evindən ibarət miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul etmə faktı müəyyən edilsin və həmin miras əmlak üzərində onun ½ hissədə payı müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-113/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-113/2025
16.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver