Məhkəmə qərarları › İş №2(024)-114/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-114/2024

05.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-114/2024 05.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim: Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı, İddiaçı, cavabdeh Qax rayon Notariat ofisi və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Vərəsəliyin açılması, miras qəbul etməsi üçün buraxılmış müddətin bərpası və miras əmlakda payın müəyyən edilməsi tələbi”-nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəliyin açılması, atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.3 ha həyatyanı torpaq sahəsi üçün mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməklə uzadılması və həmin əmlakdan payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə baxış iclası zamanı İddiaçı, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil Rafail qızı məhkəməyə ərizə təqdim edərək hazırki iddianın baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Həmçinin cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə əsasən hazırki iş üzrə ərizə baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı, İddiaçı cavabdeh Qax rayon Notariat ofisi və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Vərəsilin açılması, miras qəbul etməsi üçün buraxılmış müddətin bərpası və miras əmlakda payın müəyyən edilməsi tələbi”-nə dair təqdimatı baxılmamış saxlanılsın və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən alınaraq İddiaçı, İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən və ya alındıqdan sonra 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar