Məhkəmə qərarları › İş №2(024)-129/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-129/2024

02.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-129/2024 02.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Maraqlı şəxsna qarşı “əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 1981-ci il istehsallı, 2PTS-4M modelli, 05697 zavod nömrəli, göy rəngli “Traktor yedəyi” markalı nəqliyyat vasitəsinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququnun verilməsi və özünün adına texniki pasport və dövlət nömrə nişanının verilməsinin Maraqlı şəxsna həvalə edilməsi barəd qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxsna məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş lakin, maraqlı tərəfin etibarnamə üzrə nümayəndəsi məhkəməyə gəlməmiş lakin, məhkəməyə ərizə göndərərək işə özlərinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş və ərizənin təmin edilməsinə etirazı olmadıqlarını bildirmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185ci maddəsinə uyğun olaraq maraqlı tərəfin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Qax rayonu, Çüdüllü kəndində yaşayır. 2018-ci ildə Balakən rayon sakinindən 1981-ci il istehsallı, 2PTS-4M modelli, 05697 zavod nömrəli, göy rəngli “Traktor yedəyi” markalı nəqliyyat vasitəsini 1700 manata almışdır. Həmin texnikanı alan zaman traktor yedəyinin texniki pasportu olmadığı üçün onlar rəsmi sənədləşmə işləri etməmişlər. Texnikanı aldığı gündən hazırkı vaxtadək o özü istifadə etmiş və hazırda da texnika özünün istifadəsindədir. O həmin traktor yedəyini öz adına keçirmək istəyir, lakin traktor yedəyini alarkən hər hansı texniki pasport olmadığından hazırda o əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququndan istifadə edə bilmir. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən, 1981-ci il istehsallı, 2PTS-4M modelli, 05697 zavod nömrəli, göy rəngli “Traktor yedəyi” markalı nəqliyyat vasitəsinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququnun verilməsi və özünün adına texniki pasport və dövlət nömrə nişanının verilməsinin Maraqlı şəxsna həvalə edilməsi barəd qətnamə çıxarılmasını xahiş etdi. İşə əlavə edilmiş nəqliyyat vasitəsinin müayinə aktından görünür ki, 1981-ci il istehsallı, 2PTS-4M modelli, 05697 zavod nömrəli, göy rəngli “Traktor yedəyi” markalı nəqliyyat vasitəsi (qoşqu) texniki tələblərə uyğundur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi Qax rayonu, Çüdüllü kəndində yaşayır. Ərizəçi 2018-ci ildə Balakən rayon sakinindən 1981-ci il istehsallı, 2PTS-4M modelli, 05697 zavod nömrəli, göy rəngli “Traktor yedəyi” markalı nəqliyyat vasitəsini 1700 manata almışdır. Həmin texnikanı alan zaman traktor yedəyinin texniki pasportu olmadığı üçün ərizəçi rəsmi sənədləşmə işləri etməmişdir. Texnikanı aldığı gündən hazırkı vaxtadək ərizəçi özü istifadə etmiş və hazırda da texnika ərizəçinin istifadəsindədir. Ərizəçi həmin traktor yedəyini öz adına keçirmək istəyir, lakin traktor yedəyini alarkən hər hansı texniki pasport olmadığından hazırda ərizəçi əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququndan istifadə edə bilmir. Ona görə də ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 153.3-cü maddəsinə əsasən Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi 1981-ci il istehsallı, 2PTS-4M modelli, 05697 zavod nömrəli, göy rəngli “Traktor yedəyi” markalı nəqliyyat vasitəsinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək hüququ verilməli, həmçinin ərizəçinin adına texniki pasport və dövlət nömrə nişanının verilməsinin Azərbaycan Respublikası Maraqlı şəxsna həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 307.2.11-ci və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1981-ci il istehsallı, 2PTS-4M modelli, 05697 zavod nömrəli, göy rəngli “Traktor yedəyi” markalı nəqliyyat vasitəsinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək hüququ verilsin. 1981-ci il istehsallı, 2PTS-4M modelli, 05697 zavod nömrəli, göy rəngli “Traktor yedəyi” markalı nəqliyyat vasitəsinə Ərizəçi adına texniki pasport və dövlət nömrə nişanı verilməsi Azərbaycan Respublikası Maraqlı şəxsna həvalə edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar