Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-13/2025 07.01.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mülkiyyət hüququnun müdafiəsi, çıxarış əsasında torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, zəbt olunmuş torpaq sahəsinin müəyyən edilməsi, zəbt olunmuş torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması» tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi məsələsinə baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mülkiyyət hüququnun müdafiəsi, çıxarış əsasında torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, zəbt olunmuş torpaq sahəsinin müəyyən edilməsi, zəbt olunmuş torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququnun müdafiəsi, **********46 reyestr nömrəli çıxarış əsasında 2.97 ha torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, zəbt olunmuş torpaq sahəsinin müəyyən edilməsi, zəbt olunmuş torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddia ərizəsi xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə iclası təyin edilməklə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Tərəflər məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq xx.xx.2025-ci il tarixə saat 09:30-a təyin edilmiş məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 03 nömrəli qərarının 2-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Mülki Prosessual Məcəllənin 259.0.6-ci maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki-Prosesual Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. İddia ərizəsi baxılmamış saxlanıldığı üçün iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixdə 12315 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə geri qaytarılmalıdır. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mülkiyyət hüququnun müdafiəsi, çıxarış əsasında torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, zəbt olunmuş torpaq sahəsinin müəyyən edilməsi, zəbt olunmuş torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə xx.xx.2023cü il tarixdə 12315 nömrəli qəbzlə ödənilmiş qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №2(024)-13/2025
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-13/2025
07.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver