Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-134/2024 12.03.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh və üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “**********83 Çıxarışa əsasən atası X9 və anası X5 məxsus olmuş və onlardan miras qalmış əmlakın tərəfindən faktiki qəbul edilməsinə və miras əmlakın tam həcmdə onun mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh və üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək **********83 Çıxarışa əsasən atası X9 və anası X5 məxsus olmuş və onlardan miras qalmış əmlakın tərəfindən faktiki qəbul edilməsinə və miras əmlakın tam həcmdə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh iddianı qəbul etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, atası X11 xx.xx.2017-ci il tarixdə, anası X10 xx.xx.2013-cu il tarixdə ölmüşlər. Hazırda **********83 qeydiyyat nömrəli Çıxarışa əsasən valideynlərindən kənd təsərrüfat təyinatlı torpaq sahəsi miras əmlak qalmışdır. Həmin Çıxarışa əsasən valideynlərinin hər birinə 0,52 ha torpaq sahəsi məxsus olmuşdur. Valideyinləri öldükdən sonra ondan qalmış əmlakı o qəbul etmiş və hazırda da o istifadə edir. Onun bacı-qardaşlarından heç biri mirası nə faktiki nə də notariat orqanına müraciət etməklə qəbul etməmişlər. Bacısı miras əmlakın onun mülkiyyətinə keçməyinə etiraz etmir, qardaşı cavabdeh isə buna maneə yaradır. Bu səbəbdən də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən **********83 Çıxarışa əsasən atası X9 və anası X5 məxsus olmuş və onlardan miras qalmış əmlakın tərəfindən faktiki qəbul edilməsinə və miras əmlakın tam həcmdə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, iddiaçı onun qardaşıdır. Mərhum atası X11 xx.xx.2017-ci il tarixdə, anası X10 isə xx.xx.2013cu il tarixdə ölmüşlər. Valideyinlərindən miras qalmış əmlakın iddiaçı tərəfindən faktiki qəbul edilməsinə etiraz etmir. O, mirası faktiki qəbul etməmiş, notariat ofisinə mirasın qəbulu edilməsi ilə bağlı müraciət etməmişdir. Mərhum valideyinlərindən miras qalmış əmlakla bağlı iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə etiraz etmir. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qaysarlı kəndində yerləşən 2.6156 ha torpaq sahəsinin 0.52 ha hissəsi X4, 0.52 ha hissəsi Cavabdeh, 0.52 ha hissəsi X6 və 1.04 ha hissəsi İddiaçı paylı mülkiyyətindədir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı, Cavabdeh və Piradova (Yusifova) Simuzər Şakir qızının atası X11, anası isə X7r. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi Arayışdan görünür ki, X4 övladları İddiaçı, Cavabdeh, X8 və Piradova (Yusifova) Simuzər Şakir qızıdır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş X1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o mərhum atası X11 və anası X3 miras qalmış əmlaklardan ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etmədiyini, həmin əmlakdan İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini göstərmişdir. İşə əlavə edilmiş X2 imzası notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, o mərhum anası X3 miras qalmış əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın ona çatası hissəsini nə notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etmədiyini, həmin əmlakdan ona çatası paydan digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini göstərmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən Qax rayonu Qaysarlı kəndində yerləşən 2.6156 ha torpaq sahəsinin 0.52 ha hissəsi X4, 0.52 ha hissəsi Cavabdeh, 0.52 ha hissəsi X6 və 1.04 ha hissəsi İddiaçı paylı mülkiyyətindədir. X11 xx.xx.2017-ci il tarixdə, anası X10 xx.xx.2013-cu il tarixdə ölmüş, onların İddiaçı, Cavabdeh, X8 və Piradova (Yusifova) Simuzər Şakir qızından ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən Cavabdeh, X8 və Piradova (Yusifova) Simuzər Şakir qızı mərhum valideyinlərindən miras qalmış əmlaklardan ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etmədiklərini, həmin əmlaklardan iddiaçının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almalarına etiraz etmədiklərini göstərmişlər. İddiaçı hazırda mərhum valideyinlərindən miras qalmış əmlakın qəbul etmə faktının tanınması və onun mülkiyyətinə verilməsini tələb edir. Cavabdehlər mərhum atalarından miras qalmış əmlaklardan özlərinə düşən paylarından iddiaçının xeyrinə imtina etmişlər. Məhkəmə iddia tələbinin mirasın faktiki qəbul edilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı mərhum valideyinlərinin ölümündən sonra miras əmlakdan istifadə etməklə mirası faktiki qəbul etdiklərin açıq-aşkar nümayiş etdirmişlər. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Belə ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə müəyyən edildi ki, vərəsələr arasında onların mirası faktiki qəbul etmələri ilə bağlı heç bir narazılıq yoxdur. Məhkəmə iddia tələbi üzrə qeyd edir ki, iş üzrə vəsiyyətnamə mövcud deyildir. qanun üzrə 4 vərəsəsi vardır və 3 vərəsə mirası nə notariat ofisinə ərizə verərək nə də faktiki qəbul etmiş və iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə etiraz etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi tam olaraq əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən Qax rayonu Qaysarlı kəndində yerləşən 2.6156 ha torpaq sahəsinin X4 mülkiyyətinə verilmiş 0.52 ha hissəsi və X6 mülkiyyətinə verilmiş 0.52 ha hissəsindən ibarət miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul etməsi müəyyən edilməli, həmin əmlakların hər biri üzərində İddiaçı payı tam olaraq müəyyən edilməli və həmin əmlaklar iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən Qax rayonu Qaysarlı kəndində yerləşən 2.6156 ha torpaq sahəsinin X4 mülkiyyətinə verilmiş 0.52 ha hissəsi və X6 mülkiyyətinə verilmiş 0.52 ha hissəsindən ibarət miras əmlakların İddiaçı tərəfindən faktiki qəbul etməsi müəyyən edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən Qax rayonu Qaysarlı kəndində yerləşən 2.6156 ha torpaq sahəsinin X4 mülkiyyətinə verilmiş 0.52 ha hissəsi və X6 mülkiyyətinə verilmiş 0.52 ha hissəsindən ibarət miras əmlaklar üzərində İddiaçı qanun üzrə payı tam müəyyən edilsin və həmin əmlaklar iddiaçının mülkiyyətinə verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-134/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-134/2024
12.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver