Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-135/2023 13.03.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdehn, X23, Qax rayon Notariat ofisinə və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “mirasın qəbul edilməsi faktının tanınması, X1 miras qamış Qax rayonu Əmircan kəndində yerləşən 0.66 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən və həyat yoldaşı X4 miras qalan 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh, X23, Qax rayon Notariat ofisinə və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mirasın qəbul edilməsi faktının tanınması, X1 miras qamış Qax rayonu Əmircan kəndində yerləşən 0.66 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən və həyat yoldaşı X4 miras qalan 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh, X23, Qax rayon Notariat ofisinə və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafı? etmiş, Cavabdeh iddianı qəbul etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o Qax rayonu Əmrican kəndində yaşayır. X8 xx.xx.2011-ci il tarixdə və həyat yoldaşı X17 25.04.2022- ci il tarixdə \ ölmüşdür. X1 arvad: X4 Qax rayonu Əmircan kəndində 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.66 ha həyətyanı torpaq sahəsi i miras qalmışdır. O anası və arvadından miras qalmış əmakın ona verilməsini xahiş edir. Anası öldüyü günədək onun himayəsində yaşamış, öldükdən sonra isə mirası o idarə etmişdir. 2022-ci ilin aprel ayında isə arvadı ölmüşdür. Onun iki övladı var və uzun müddətdir ki, anaları Surə ilə birlikdə yox 'i ayrı yaşamışlar. Miras əmlaklara dair bütün vergiləri o ödəyir. O anasının və arvadının qanun üzrə birinci növbə vərəsəsidir. Hazırda həmin torpaq sahələrini öz adına rəsmiləşdirmək istəyir. Lakin notariat ofisi ərizəni qəbul etməkdən imtina edir. Notarius mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti buraxdığını bildirərək məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. O, notariusa mirası fakiki olaraq qəbul etdiyini və torpaq sahəsindən istifadə etdiyini bildirsə də, ona qanun üzrə vərəsəlik hüququ haqıqnda şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mirasın qəbul edilməsi faktının tanınması, X1 miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən 0.66 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən və həyat yoldaşı X4 miras qalan 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı onun atasıdır. X2 25.04.2022- ci il tarixdə ölmüşdür. Mərhum anasından Qax rayonu Əmircan kəndində yerləşən 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.66 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Miras əmlakı nə faktiki, nə də notariat ofisinə müraciət edərəkqəbul etmişdir. Miras əmlaka dair atasına vərəsəlik hüququna dair şəhadətnamə verilməsinə etiraz etmir. İş materiallarını nəzərdən keçirib, İddiaçı və Cavabdeh izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-0037, KOD 40310018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Əmircan kəndində yerləşən 1.96 ha torpaq sahəsi İddiaçı, X12, X20 və Cavabdeh Asif oğlunun ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN-0038, KOD 40310018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Əmircan kəndində yerləşən 0.66 ha torpaq sahəsi X13 mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş AZ İİ № 246740 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2022-ci ildə ölmüşdür. İşə əlavə edilmiş AZ İ № 474988 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2011 -ci ildə ölmüşdür. İşə əlavə edilmiş Qax RİHB-nın Əmircan kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 443 saylı Arayışdan görünür ki, X7 İddiaçı, X25 və Cavabdeh ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı, X5 və X6 atası X14, anası isə X15r. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh atası İddiaçı, anası isə X9r. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X7 nikahları 15 aprel 1985-ci ildə rəsmi qeyd edilmişdir. İş materiallarında olan AA ******* saylı biometrik şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonunun Əmircan kəndində yaşayır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-0037, KOD 40310018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Əmircan kəndində yerləşən 1.96 ha torpaq sahəsi İddiaçı, X12, X20 və Cavabdeh Asif oğlunun ümumibirgə, JN-0038, KOD 40310018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Əmircan kəndində yerləşən 0.66 ha torpaq sahəsi X13 mülkiyyətinə verilmişdir. X16 xx.xx.2011 -ci ildə, X12 xx.xx.2022-ci ildə ölmüşdür. X13 İddiaçı, X11 və X3 ibarət, X7 İddiaçı, X25 və Cavabdeh ibarət vərəsələri qalmışdır. Həmin vərəsələr miras əmlakları nə nötariat ofisinə müraciət edərək, nə də faktiki qəbul etmişlər. İddiaçı mərhum X1 miras qamış Qax rayonu Əmircan kəndində yerləşən 0.66 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini və həyat yoldaşı X4 miras qalan 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini istifadə etməklə, faktiki olaraq mirası qəbul etmişdir. X12 və X7 vəfatından soma iddia tələbində qeyd olunan torpaq sahəsi faktiki olaraq iddiaçıya məxsus olmuş, miras əmlakı idarə etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırda qüvvədə olan Mülki Məcəlləyə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur və həmin hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Göründüyü kimi fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bır hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə - mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik-etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirir. Məhkəmə Maral Yunusova və Surə Yunusovadan miras qalmış torpaq sahələrinin İddiaçı tərəfindən idarə edilməsini, həmin əmlakın onun tərəfindən faktiki qəbul etməsi kimi qiymətləndirir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, iddia tələbində qeyd olunan 0.66 və 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı tərəfindən faktiki mülkiyyət hüququ əsasında iddiaçının qanuni istifadə və sahibliyində olduğu sübuta yetirildiyindən, onun mirası qəbul etməsi faktı müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1,-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, JN-0037, KOD 40310018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı, X12, X20 və Cavabdeh Asif oğlunun ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən 1.96 ha torpaq sahəsi və JN-0038, KOD 40310018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X13 mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən 0.66 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və həmin miras əmlak üzərində İddiaçı payı tam müəyyən olunmaqla iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. JN-0037, KOD 40310018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı, X12, X20 və Cavabdeh Asif oğlunun ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən 1.96 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlak üzərində İddiaçı payı tam müəyyən olunmaqla iddiaçının mülkiyyətinə verilsin. JN-0038, KOD 40310018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X13 mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən 0.66 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlak üzərində İddiaçı payı tam müəyyən olunmaqla iddiaçının mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi, ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-135/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-135/2023
13.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver