Məhkəmə qərarları › İş №2(024)-150/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-150/2025

16.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-150/2025 16.09.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı, Cavabdeh, Maraqlı şəxs nümayəndəsi (bələdiyyə sədri) Nümayəndə, X1 iştirakı ilə, İddiaçı Cavabdeh və Maraqlı şəxsnə qarşı «ictimai yola zəruri keçid üçün zəruri yol və keçidin verilməsinə köməklik göstərilməsi» barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh və Maraqlı şəxsnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək torpağa mülkiyyat hüququna dair JN-141F KOD 40309005 saylı şəhadətnaməyə əsasən İddiaçı mulkiyyətində olan Qax rayonu, Alatəmir kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsindan ictimai yola zəruri keçid üçün Cavabdeh məxsus Qax rayonu Alatəmir kəndinda yerləşən torpaq sahəsindən kompensasiya ödənilməklə yolun (zəruri keçidin) açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Aqrar İslahat Komissiyası Qax rayonu, Alatəmir kəndində 0.10 hektar torpaq sahəsini 18 dekabr 1997-ci il tarixda 18 №li qərarla ailə üzvlərinə, yəni İddiaçı Alioşevnaya, X4, X7 və X5 həyətyanı torpaq sahəsi verilmişdir. Qax rayonu, Alatəmir kəndində yerləşən qeyd edilən torpağın 0.20 ha torpaq sahəsinin islahat dövründə ictimai yola keçid üçün yer ayrılmamışdır. Həmin ərazinin qonşu ərazilari Cavabdeh verilmişdir. Aqrar İslahat Komissiyası ailəsinə həmin sahəni verməsinə baxmayaraq torpaq sahəsina gedən yol göstərilməmişdir. Bölgüdən sonra 26 ildir ki, razılıqla həmin torpaq sahəsina gedən yol Cavabdeh torpaq sahəsindan idi. Lakin 2025-ci il tarixindən Cavabdeh torpaq sahəsina gedən mövcud yolu bağlayıb yolu açmaq niyyətində olmadığını bildirdi. Torpaq sahəsinə gedəcək başqa yol olmadığı üçün bu barədə İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı va Həmin məcəllənin 175.1-ci maddəsində göstərilmişdir ki, əgər torpaq sahəsi mülkiyyəçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz va su tachizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir, daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin maddənin tələblərinə əsasən qeyd edir ki, 0.20 ha torpaq sahəsinin Cavabdeh ilə həmsərhədirlər. Torpaq ərazisinin əsas avtomobil yoluna çıxış yalnız qonşuğ Cavabdeh torpaq ərazisindən yaxındır. Zəruri yol va keçidin verilməsi üçün Cavabdeh torpaq ərazisindən 0.20 ha torpaq sahəsinə kimi əsas yoldan eni 3 metr, uzunluğu 50 metr olmaqla 0.0150 ha avtomobilin hərəkəti üçün əvəzi ödənilməklə yol verilməsini istəyirlər. Həmin maddənin tələblərina əsasən qeyd edirki, 0,20 ha torpaq sahamin Cavabdeh ilə həmsərhədik. Torpaq ərazisinin əsas avtomobil yoluna çıxış yalnız qonşusu Cavabdeh torpaq ərazisindan yaxındır. Zəruri yol va keçidin verilmasi üçün Cavabdeh torpaq ərazisindən 0.20 ha torpaq sahəsinə kimi əsas yoldan eni 3 metr, uzunluğu 50 metr olmaqla 0.0150 ha avtomobilin hərəkəti üçün əvəzi ödənilməkla yol verilmasini istəyir. Həmin İdarə onu məlumatlandırdı ki, 0.20 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün yol verilməsini istəyirlər. Həmin İdarə onu məlumatlandırdı ki, 0.20 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün yol göstərilməmişdir. Torpağa mülkiyyət hüququna dair JN-141F KOD 40309005 saylı şəhadətnaməyə asasən 0.20 hektar torpaq sahəsi İddiaçı Alioşevnaya, X4, X6 və X5 həyətyanı torpaq sahəsi üçün verilmişdir. Haəmin aktın cizgi planında da əsas yola çıxışın olmadığı görsənir. Hazırkı vaxtda onların Qax rayonu Alatəmir kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün yolu yoxdur. iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxl olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o ona məxsus torpaq sahəsinə yolun verilməsini xahiş etmişdir. Ora əvvəlllər ata baba torpağı olub, həyətlərə düşdükdən sorna onların həyətinə düşmüşdür. Hazırda piyada qonşu tərəfdən işləyirlər. O tərəf onun qaynatası ilə onların fındıq bağı olmuşdur. Həmin vaxtı hər yerdən onların torpaq sahəsinə yol var idi. Siyah olmuş və ondan sonra hər kəsə öz payı düşmüşdür. Cavabdehə məxsus torpaq sahəsinə cavabdeh onu buraxmır. Ona daima yol axtarmağını deyirlər. Cavabdeh onun qapı bir qonşusudur, oğlunun kirvəsidir. Cavabdeh demişdir ki, o yeri alsa onlar korluq çəkməyəcəklər. Sonra arada nə oldu, nə olmadı, kim cavabdehə nə dedi onu bilmir. Cavabdeh təklif etmişdir ki, aşağı tərəfdən onlara yol verir. O olmamış, ail əüzvləri də buna razı olmamışlar. Bələdiyyə zəng edib deyib, cavabdeh də vermədiyini bildirmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o iddiaçıya yol vermir. 10 sot torpaqdır, o yol versə üç uşağı vardır. Orada heç ata babadan yol olmamışdır. Həmin torpaq dövlət mülkiyyətində deyildir. Onlar kirvə olmuşdur, iddiaçı tərəfə təklif etmişdir ki, qonşudur, kirvədir, iki metr yarım yol vermək istəmiş, lakin iddiaçı demişdir ki, onlar dörd metr yarım yol istəyirlər. Bələdiyyə də buna şahiddir. Gəlini demişdir ki, o iki metr yarım torpaq istəmir, dörd metr yarım istəyir. Ondan sonra onu məhkəməyə verdilər. Üç ildir məhkəməyə gedib gəlir. İddiaçı tərəf demişdir ki, onlar məhkəməyə müraciət edib dörd metr yarım yol alacaqlar. O isə «Siz bilərsiz» demişdir. İndi iddiaçıya necə torpaq versin. İndi xəritədə aşağı tərəfdə, bələdiyyə özü də bilir, dörd metr yol vardır. Bu prinsipli işdir, aparır, indi oradan istəmədiyi üçün onun xüsusi mülkiyyətində olan həyətyanıdan yer istəyir. Dövlətin xəritəsində yer var, nə üçün oradan götürmür. O, torpağı üç gün təmizləmiş. ondan sonra isə iddiaçı demişdir ki, oradan yol götürməlidirlər. O torpağa pul vermişdir, iddiaçı pul versin. Üç uşağı vardır, maaş almır, hər şeyini satıb o torpağa pul qoymuşdur. Onun həyətyanısı on sotdur, iddiaçıya iyirmi sot haradan olmuşdur. Asfalt tərəfdən boş yer var, nə üçün oradan gəlmirlər. Məhkəmə qətnaməsinə əsasə torpaq sahəsi oradan dörd metr verilmişdir. İddiaçı isə prinsip istəyir və onun torpağından yol istəyir. Onun tərəfindən isə yol yoxdur, göstərilməyib. Gəlib baxıblar, videoçəkiliş olmuşdur, döngə nöqtələri qoyulubdur. Arxdan özü tərəfdə yol nəzərdə tutulmayıb, xüsusi mülkiyyətdə olan torpaqdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Qax rayon Alatəmir Bəılədiyyəsinin nümayəndəsi izahat verərək göstərdi ki, orada tərs sənəd işləmişlər. Torpağı satan şəxs şəhadətnaməni gizlətmişdir. Sonra da gətirməmişdir. Bunun da şəhadətnaməsində bu tərəfdən yol var idi. Bu şəhadətnamədə haradan var oradan verilməlidir. Məhkəmə qətnaməsi ilə göstərilən yol verilməyib, heç yoxdur. Bondonun həyətində Bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi vardır. Altı sot ön tərəfdə, iki sot da aşağı tərəfdə vardır. Ekspertizanın rəyində göstərlib. Xəritə də yoxdur. İşin halları Belə ki, iş materiallarına əlavə edilmiş JN 141F, KOD 40309005 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Qax rayonu Alatəmir kəndində yerləşən 0.20 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və PHŞ-nin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında 12 dekabr 2024-cü il tarixli, ********** №li, **********11 reyestr №li Çıxarışın surətindən görünür ki, Qax rayonu, Böyük Alatəmir kəndində yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Qax Rayon Məhkəməsinin 2(024)265 №li, 23 oktyabr 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı məxsus fındıq bağına getmək üçün əvvəllər gediş gəliş etdiyi yol yerinin ərazisindən keçən su arxının alt tərəfindən arx istiqamətində 4 metr gedilərək bundan sonra cavabdeh X3 istifadəsində olan bələdiyyə mülkiyyətinə aid olan 0.06 ha torpaq sahəsinə keçməklə və İddiaçı məxsus olan fındıq bağına qədər olmaqla 4 metr enində yol verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və PHŞ-nin verdiyi 12 №li Şəki Ərazi idarəsinin verdiyi 12 fevral 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının gediş gəliş olaraq iddiasında qeyd etdiyi iddiaçıya məxsus şəhadətnamədə qonşuluq olaraq yol kimi göstərilən hissə DWG (mülkiyyətə verilən torpaqların kompleks yerquruluşu layihəsi) faylında olan həmin hissəyə uyğun gələn boşluğun başlanğıc eni 3.15 metr. Son eni isə 1.71 metrdir. (DWG faylındakı boşluq faktiki naturada su arxıdır) Sözü gedən torpaq sahəsinin yerləşdiyi ərazidə TEKUİS (torpaqların elektron kadastr uçot informasiya sistemi) məlumat bazasında göstərilən istifadə qaydası ilə naturadakı istifadə qaydası arasında kəskin fərq vardır. Tərtib edilmiş yerquruluşu planında mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə xüsusi mülkiyyətdə və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin yerləşmə vəziyyəti və həmin torpaq sahələrinin kənd daxili yola nəzərən yerləşməsi göstərilmişdir. Cavabdeh məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evi. İlə faktiki su arxı arasındakı məsafə şərqdən qərbə doğru müvafiq olaraq 3 metr və 1.50 metrdir. Cavabdehə məxsus **********11 №li i Çıxarışda göstərilən 0.10 ha torpaq sahəsinin yerləşmə və faktiki istifadə qaydası tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Mübahisəli ərazidə yerləşən və cavabdehə məxsus **********11 №li Çıxarışda göstərilən 0.10 ha torpaq sahəsinin və faktik isitfadə olunan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin daxili yola nəzərən coğrafi yerləşməsi yer quruluşu planında göstərilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, Qax rayonu, Alatəmir kəndində yerləşən 0.20 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmişdir. Bu barədə JN 141F, KOD 40309005 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur. Eyni zamanda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və PHŞ-nin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında 12 dekabr 2024-cü il tarixli, ********** qeydiyyat №li, **********11 reyestr №li Çıxarışa əsasən Qax rayonu, Böyük Alatəmir kəndində yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. İddiaçı Torpağa mülkiyyət hüququna dair JN-141F KOD 40309005 №li şəhadətnaməyə əsasən İddiaçı mulkiyyətində olan Qax rayonu, Alatəmir kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahasindan ictimai yola zəruri keçid üçün Cavabdeh məxsus Qax rayonu Alatəmir kəndinda yerləşən torpaq sahəsindən kompensasiya ödənilməklə yolun (zəruri keçidin ) açılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçının öz torpaq sahəsinə getmək üçün zəruri keçidin verilməsini tələb etdiyi 0.10 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində Cavabdeh 12 dekabr 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydə alınmış və buna dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və PHŞ-nin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında 12 dekabr 2024-cü il tarixli, ********** qeydiyyat №li, **********11 reyestr №li Çıxarış verilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən zəruri keçidin verilməsi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı məxsus fındıq bağına getmək üçün əvvəllər gediş gəliş etdiyi yol yerinin ərazisindən keçən su arxının alt tərəfindən arx istiqamətində 4 metr gedilərək bundan sonra cavabdeh X3 istifadəsində olan bələdiyyə mülkiyyətinə aid olan 0.06 ha torpaq sahəsinə keçməklə və İddiaçı məxsus olan fındıq bağına qədər olmaqla 4 metr enində yol verilməsi barədə Qax Rayon Məhkəməsinin 2(024)265/23 №li, 23 oktyabr 2013-cü il tarixli qətnaməsi mövcuddur. Məhkəmə yuxarıda sadalanan xüsusatlara əsasən hesab edir iddia tələbi əsassız olduğundan rədd edilməldir. Mülki Məcəllə Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyət hüququnun yaranması üçün hər şeydən əvvəl şəxsin özünə məxsus əmlakı olmalıdır. Şəxsin müəyyən əmlakı olmalıdır ki, onunla hər hansı bir münasibətə girə bilsin. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ saxlanılır. Lakin əşyanın tətbiq edilməməsi və ya ona qulluq edilməməsi ictimai münasibətlərə toxunarsa müəyyən hüquqi nəticələr yaradır. Belə olan halda mülkiyyətçinin üzərinə həmin baxımsız əmlakdan istifadə etmək, ona qulluq göstərmək və saz vəziyyətdə saxlamaq vəzifəsi qoyula bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqlarından sayılır. Həmin Məcəllənin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Torpaq Məcəlləsinin 54-cü maddəsinin 1-ci bəndinə əsasən servitut-bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Həmin Məcəllənin 2-ci bəndinə əsasən servitut torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 4-cü bəndinə əsasən torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər:torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; torpaq sahəsində drenaj işləri aparmaq;torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq); torpaq sahəsindən mal-qaranı keçirmək; yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və mal-qara otarmaq; torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçün müvəqqəti istifadə etmək; qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçən tikililər və qurğular ucaltmaq;qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğuların ucaldılmasını qadağan etmək; torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digər təbiətqoruyucu obyektlər yaratmaq; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya Araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözü gedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh və Maraqlı şəxsnə qarşı “Torpağa mülkiyyat hüququna dair JN- 141F KOD 40309005 saylı şəhadətnaməyə əsasən İddiaçı mulkiyyətində olan Qax rayonu Alatəmir kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahasindan ictimai yola zəruri keçid üçün Cavabdeh məxsus Qax rayonu Alatəmir kəndinda yerləşən torpaq sahəsindən kompensasiya ödənilməklə yolun (zəruri keçidin ) açılması” tələbinə dair iddiası təmin olunmasın. İddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar