Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-16/2024 29.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş Qax rayonu Süskənd kəndində yerləşən 0.38 ha torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək zəbt edilmiş Qax rayonu Süskənd kəndində yerləşən 20.38 ha torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələndikdən sonra, hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 15:30-a təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü hesab edilməsi üçün məhkəməyə hər hansı məlumat verməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4, həmçinin Cavabdeh2 məhkəmənin hazırlıq iclasında iştirak etdilər. Məhkəmə cavabdehin iştirakı olmadan mülki iş üzrə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 məhkəmə iclasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edərək müvafiq ərizəni məhkəməyə təqdim etdilər. Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini göstərdi. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 170.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İddia ərizəsi qaytarıldığı üçün məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün iddiaçı tərəfindən KapitalBank ASC-də xx.xx.2022-ci il tarixli 31897 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu MPM-nin 114.1.3-cü maddəsinə əsasən iddiaçının özünə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 170, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş Qax rayonu Süskənd kəndində yerləşən 0.38 ha torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən "xxxx" ASC-də xx.xx.2022-ci il tarixli 31897 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-16/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-16/2024
29.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver