Məhkəmə qərarları › İş №2(024)-174/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-174/2023

11.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-174/2023 11.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı4, Cavabdeh1, X1 Baqratoviçin iştirakı ilə. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı “ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə verilmiş fərdi yaşayış evinin 359.9 kv.m-nin 3/6 hissəsini və torpaqda 3/18 hissəsini və İddiaçı2, İddiaçı3, İddiaçı4 Dursunvonanın mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsindən hər birinin 2/18 hissə olmaqla payının naturada ayrılıb verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə verilmiş fərdi yaşayış evinin 359.9 kv.m-nin 3/6 hissəsini və torpaqda 3/18 hissəsini və İddiaçı2, İddiaçı3, İddiaçı4 Dursunvonanın mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsindən hər birinin 2/18 hissə olmaqla payının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçılar İddiaçı2, İddiaçı3 və cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçılar İddiaçı2, İddiaçı3 və cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin məhkəmə baxışı zamanı iddiaçılar İddiaçı1 və İddiaçı4 iddianı müdafiə etmiş, Cavabdeh1 iddianı qəbul etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ərizəsində göstərmişlər ki, onlar Qax rayonu Qax-İngiloy kəndində yaşayırlar. Onlara məxsus olan Qax rayonunun Qax-İngiloy kəndində yerləşən 359.9 kv.m fərdi yaşayış evinin 3/6 hissəsinə və həyətyanı torpaq sahəsinin ½ hissəsinə ayrıca qaz, su və işıq çəkdirmək istəyir. Çıxarışa əsasən onlara verilmiş fərdi yaşayış evi və həyətyanı torpaq sahəsini naturada əldə edə bilmir. Ona görə də, ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən onların mülkiyyətlərinə verilmiş payların naturada ayrılıb veriməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə verilmiş fərdi yaşayış evinin 359.9 kv.m-nin 3/6 hissəsini və torpaqda 3/18 hissəsini və İddiaçı2, İddiaçı3, İddiaçı4 Dursunvonanın mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsindən hər birinin 2/18 hissə olmaqla payının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, ƏMDK yanında DƏDRX-nin verdiyi Çıxarışa əsasən Qax rayonu Qax-İngiloy kəndində yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi və 0.13 ha torpaq sahəsinin 1/18 hissəsi onun paylı mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinin qalan hissəsi İddiaçı1, torpaq sahəsini qalan hissəsi isə İddiaçı1 və digər iddiaçıllar və cavabdehlərin paylı mülkiyyətlərindədir. Həmin torpaq sahəsinin iddiaçılara düşən hissəsinin naturada ayrılaraq verilməsinə etiraz etmir. İş materiallarını nəzərdən keçirib, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin verdiyi **********60- 10301 reyestr, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Qax rayonu Qax-İngiloy kəndində yerləşən sahəsi 359.9 kv.m olan fərdi yaşayış evinin 3/6 hissəsi İddiaçı1, 2/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi X4, həmin evin yerləşdiyi 0.13 ha torpaq sahəsinin 3/18 hissəsi İddiaçı1, 2/18 hissəsi Cavabdeh1, 1/18 hissəsi X4, 2/18 hissəsi X3, 2/18 hissəsi X5, 2/18 hissəsi Cavabdeh2, 2/18 hissəsi İddiaçı4, 2/18 hissəsi İddiaçı2 və 2/18 hissəsi isə İddiaçı3 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2023-cü il tarixli, 10/2794 saylı rəyindən görünür ki, ekspertizanın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardad ilə birlikdə Məhkəmə Ekspetizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyində qeyd olunan bölgü sxeminin Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün banka 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ƏMDK yanında DƏDRX-nin verdiyi **********60-10301 reyestr, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Qax-İngiloy kəndində yerləşən sahəsi 359.9 kv.m olan fərdi yaşayış evinin 3/6 hissəsi İddiaçı1, 2/6 hissəsi Cavabdeh1 Davildoviçin, 1/6 hissəsi X4, həmin evin yerləşdiyi 0.13 ha torpaq sahəsinin 3/18 hissəsi İddiaçı1, 2/18 hissəsi Cavabdeh1, 1/18 hissəsi X4, 2/18 hissəsi X3, 2/18 hissəsi X5, 2/18 hissəsi Cavabdeh2. 2/18 hissəsi İddiaçı4, 2/18 hissəsi İddiaçı2 və 2/18 hissəsi isə İddiaçı3 mülkiyyətindədir. İddiaçılar hazırda İddiaçı1 mülkiyyətinə verilmiş fərdi yaşayış evinin 359.9 kv.m-nin 3/6 hissəsini və torpaqda 3/18 hissəsini və İddiaçı2, İddiaçı3, İddiaçı4 Dursunvonanın mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsindən hər birinin 2/18 hissə olmaqla payının naturada bölünməsini xahiş edirlər. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 23 avqust 2023-cü il tarixli, 10/2794 saylı rəy verilmiş, həmin rəylə ekspertizanın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardad ilə birlikdə Məhkəmə Ekspetizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyində qeyd olunan bölgü sxeminin Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunması qeyd edilmişdir. (sxem-mütəxəssis rəyinə əlavə edilib). Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi ekspert rəyində göstərilən qaydada, mütəxəssis rəyinə əlavə edilmiş sxedə uyğun qaydada təmin edilməlidir. Eyni zamanda da cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 birgə qaydada 50(əlli) manat ekspertiza xərci alınaraq müvafiq hesaba köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndində göstərilmişdir ki, dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur." Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, ƏMDK yanında DƏDRX-nin verdiyi **********60-10301 reyestr, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Qax-İngiloy kəndində yerləşən 359.9 kv.m olan fərdi yaşayış evinin İddiaçı1 payına düşən 3/6 hissəsi İddiaçı1, həmin evin yerləşdiyi 0.13 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 3/18 hissəsi, İddiaçı4 payına düşən 2/18 hissəsi, İddiaçı2 payına düşən 2/18 hissəsi və İddiaçı3 payına düşən 2/18 hissəsi tərtib edilmiş yerquruluşu planında göstərilən qaydada paylarına uyğun naturada ayrılıb iddiaçılara verilməli, iş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 birgə qaydada alınaraq müvafiq hesaba ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. ƏMDK yanında DƏDRX-nin verdiyi **********60-10301 reyestr, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Qax-İngiloy kəndində yerləşən 359.9 kv.m olan fərdi yaşayış evinin İddiaçı1 payına düşən 3/6 hissəsi, həmin evin yerləşdiyi 0.13 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 3/18 hissəsi, İddiaçı4 payına düşən 2/18 hissəsi, İddiaçı2 payına düşən 2/18 hissəsi və İddiaçı3 payına düşən 2/18 hissəsi tərtib edilmiş yerquruluşu planında göstərilən qaydada paylarına uyğun naturada ayrılıb iddiaçılara verilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 birgə qaydada alınaraq aşağıdakı hesaba köçürülsün. (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı-X2, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab- AZ34GCTRE********************) Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar