Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-179/2024 19.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 Hüseyn oğlu və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 Hüseyn oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4 Mayis qızı və Cavabdeh5 və maraqlı tərəf Qax rayon Polis şöbəsinə qarşı “Qax rayonu Qaxbaş kəndində yerləşən fərdi yaşayış evindən cavabdehlərin istifadə hüququna xitam verilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1 Hüseyn oğlu və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu Qaxbaş kəndində yerləşən ona məxsus fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 Mayis qızının, Cavabdeh5 istifadə hüquqlarına xitam verilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4 Mayis qızı və Cavabdeh5 və maraqlı tərəf Qax rayon Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin və maraqlı tərəf Qax rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 Hüseyn oğlu və İddiaçı2 iddianı müdafiə etmişlər. İddiaçılar İddiaçı1 Hüseyn oğlu və İddiaçı2 iddia ərizəsində göstərmişlər ki, Qax rayonu Qaxbaş kəndində yerləşən ümumi sahəsi 75.4 kv.m və 010 həyətyanı sahə olan fərdi yaşayış evi vardır. Həmin ev tam mülkiyyət hüququ ilə ona məxsusdur. Ona məxsus evə qeydiyyata düşən şəxslər onun qohumlarıdır və həmin şəxslər orada yaşamamışlar. O, həmin şəxslərə məlumat versə də onlar ona məxsus evdən qeydiyyatdan çıxmaq istəmirlər. Ona məxsus evdə Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4 Mayis qızı, Cavabdeh5 qeydiyyatdadır. Lakin onlar 20 ilə yaxındır ki, ailələri ilə birlikdə başqa yerdə yaşayırlar. Onlar ona məxsus evdə formal olaraq qeydiyyatdadır və onun evi ilə heç bir əlaqələri yoxdur. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşlar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayonu Qaxbaş kəndində yerləşən ona məxsus fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 Mayis qızının, Cavabdeh5 istifadə hüquqlarına xitam verilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 Hüseyn oğlu və İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. İş materiallarında olan qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********09-10301, olan Çıxarışa əsasən 0.10 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 75.4 kv.m olan fərdi yaşayış evi İddiaçı1. Həmin evin yerləşdiyi torpaq sahəsi isə İddiaçı1 və X4 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 07 saylı arayışdan görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********09-10301, olan Çıxarışa əsasən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 75.4 kv.m olan fərdi yaşayış evi vardır. Həmin evdə hal-hazırda İddiaçı1, anası İddiaçı2, oğlu X6, qızı X3, dayısı qızı Cavabdeh1 Tofiq qızı, dayısı oğlu Cavabdeh2 və onun arvadı Cavabdeh3, qızları Cavabdeh4 Mayis qızı və Cavabdeh5 vardır. Həmin evdə İddiaçı1 1975-ci ildən qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 83 saylı arayışdan görünür ki, İddiaçı1 ailə tərkibi onun özündən, arvadı İsgəndərova kəmalə Rəhim qızı, qızı X3 və X1 ibarətdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı1 Hüseyn oğlu, İddiaçı2, Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4 Mayis qızın və Cavabdeh5 Qax rayonu Qaxbaş kəndində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı1 məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iddiaların izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********09-10301 olan Çıxarışa əsasən 0.10 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 75.4 kv.m olan fərdi yaşayış evi İddiaçı1 mülkiyyətindədir. Cavabdehlər uzun müddətdir ki, həmin evdə yaşamırlar və evlə heç bir əlaqələri olmamışdır. Cavabdehlər həmin mənzildə qeydiyyatda olmasının iddiaçının evə dair hüquqlarını həyata keçirməsinə mane olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin iş materialları və iddiaçının izahatı əsasında araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, cavabdehlər mübahisəli mənzili xeyli müddətdir ki, tərk etmişlər. Yaranmış vəziyyətdə məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin könüllü olaraq mənzili tərk edərək uzun müddət orada deyil, məhz başqa yerdə yaşadıqlarından sözügedən mənzilə münasibətdə hüququnu itirmişdir. Məhkəmə, cavabdehlərin mübahisəli mənzili tərk etmələrinin səbəbləri ilə bağlı onu da xatırlatmaq istəyir ki, onun başqa bir yerdə daimi yaşayış yeri olmasa idi onlar, ən azından müəyyən bir müddətdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq, məhkəmə müdafiəsindən istifadə edə bilərdilər. Lakin onlar, bu hüququndan istifadə etməməklə əslində mövcud vəziyyətlə barışdıqlarını nümayiş etdirmişlər. Bu baxımdan da cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları namınə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. 01 yanvar 1997-ci il tarixdən qüvvəyə minmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndnə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Şərh edilən sübutları araşdırıb qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4 Mayis qızı, Cavabdeh5 qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********09-10301 olan Çıxarışa əsasən İddiaçı1 Hüseyn oğlunun mülkiyyətində olan Qax rayonu Qaxbaş kəndində yerləşən ümumi sahəsi 75.4 kv.m olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4 Mayis qızı, Cavabdeh5 qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********09-10301 olan Çıxarışa əsasən İddiaçı1 Hüseyn oğlunun mülkiyyətində olan Qax rayonu Qaxbaş kəndində yerləşən ümumi sahəsi 75.4 kv.m olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-179/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-179/2024
19.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver