Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-185/2025 13.03.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək X1nın 01 yanvar 1926-cu il tarixdə Qax rayonu, Marsan kəndində doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1956-cı ildə Qax rayonu, Tasmalı kəndində anadan olmuşdur və orada yaşayır. X1 01 yanvar 1926-ci il tarixdə Qax rayonu, Marsan kəndində anadan olmuşdur. 10 oktyabr 2009-cu il tarixdə ürəyin işemiyasından Qax rayonu Tasmalı kəndində vəfat etmiş və orada dəfn olunmuşdur. Anası öldükdən sonra anasından qalan miras əmlakları vərəsəlik əsasında öz adına rəsmiləşdirmək üçün Qax rayon Notariat Ofisinə müraciət etmişdir. Orada X1nın doğum haqqında sənədin sürətini tələb etmişlər. O, sənədləşmə ilə bağlı sənədlər toplayarkən doğum haqqında şəhadətnaməmin olmadığını bilmişdir. Doğum şəhadətnamənin olmaması ona müəyyən hüquqlarını həyata keçirməyə mane olur. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etdikdə orada doğum haqqında qeyd tapılmadı. Hazırda X1na doğum şəhadətnaməsi alması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İstəyir ki, məhkəmədə həqiqətən də X1nın 01 yanvar 1926-cu il tarixdə Qax rayonu, Marsan kəndində doğulması faktı müəyyən edilsin. Odur ki, məhkəməyə ərizə vermək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə baxışı iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, atasını mülkünü bütünlüklə öz adına rəsmiləşdirmək istəyir. Anasının doğum şəhadətnaməsi ona vərəsəlik işlərinin aparılması üçün lazımdır. Notarius isə bu sənədlər olmasa əməliyyat aparılmasının mümkün olamyacağını bildirmişdir. Həmin faktın müəyyən edilməsi isə yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısı oğludur. X8 01 yanvar 1926-cı ildə anadan oilmuşdur. Bacısı ondan 10 yaş böyükdür. Rabiyyət 10 oktyabr 2009-cu ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əmrulla qızı ifadəsində göstərmişdir ki, X4 onun anası olub, 2009-cu ilə qədər yaşamışdır. Həmin vaxt onun 50 yaşı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X4 onun qohumu olmuşdur. 2009-cu ilə qədər yaşamışdır. Həmin vaxt onun 60 yaşı olmuşdur. Maraqlı şəxs rəisi vəsatətlə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Qax rayonu, Tasmalı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İ 357267 №li doğum haqqında şəhadətnamədən görünür ki, ərizəçinin X1 10 oktyabr 2009-cu ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs verdiyi 10 dekabr 2024-cü il tarixli 3-16- 5/8-69-96/300/2024 №li arayışdan görnür ki, 01 yanvar 1926-cı il tarixdə Qax rayonu, Marsan kəndində doğulmuş X2 doğumuna dair 10 dekabr 2024-cü ilədək «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin X1 01 yanvar 1926-cı ildə Qax rayonu, Marsan kəndində anadan olmuş, 10 oktyabr 2009-cu ildə ölmüşdür. X2 adına doğum haqqında şəhadətnamə mövcud deyildir və bu şəhadətnamənin verilməsi üçün əsas olmuş doğum haqqında akt qeydi də arxivdə aşkar edilməmişdir. X2 doğum haqqında şəhadətnaməsi olmadığına görə ərizəçi mərhum bacısının vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edə bilmir. Ərizəçi mərhum anasının doğum haqqında şəhadətnaməsini əldə etmək və ya doğum haqqında akt qeydinin bərpası üçün müvafiq orqanlara müraciət etmiş, lakin həmin orqanlarda bu mümkün olmamış və qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Ərizəçinin mərhum anasının doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını-maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 №li Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, hazırda ərizəçinin mərhum X1nın doğum haqqında şəhadətnaməsi mövcud olmasa da, onun 01 yanvar 1926-cı il tarixdə Qax rayonu, Marsan kəndində anadan olması faktı, özünün kimliyi haqda müvafiq məlumatlar ərizəçinin özünün izahatı və şahidlərin ifadəsi ilə təsdiq olunduğundan, habelə ərizəçinin mərhum X1nın doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizəçinin mərhum X1nın 01 yanvar 1926cı il tarixdə Qax rayonu Marsan kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi mərhum X1nın 01 yanvar 1926-cu il tarixdə Qax rayonu, Marsan kəndində doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə X2 atası X5, anası X7 qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №2(024)-185/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-185/2025
13.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver