Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-188/2023 23.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim: Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrisinə qarşı “birgə mülkiyyətdən özünə düşən 0.22 ha həyətyanı torpaq sahəsindən payın naturada ayrılması tələbinə”-nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, DƏDRX tərəfindən verilmiş **********04-10301 reystr nömrəli çıxarışa əsasən birgə mülkiyyətdən özünə düşən 0.073 ha torpaq sahəsinin naturada ayrılıb mənə verilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə baxış iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək hazırki iddianın baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Həmçinin cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə əsasən hazırki iş üzrə ərizə baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və qeyrisinə qarşı “birgə mülkiyyətdən özünə düşən 0.22 ha həyətyanı torpaq sahəsindən payın naturada ayrılması tələbinə”-nə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən və ya alındıqdan sonra 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-188/2023
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-188/2023
23.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver