Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-19/2024 25.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş ərazidən cavabdehin məcburi qaydada çıxarılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş ərazidən cavabdehin məcburi qaydada çıxarılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək zəbt edilmiş 0.02 ha torpaq sahəsindən və gediş-gəliş üçün istifadə etdiyi ərazidən Cavabdeh məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 12:35-ə təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, həmçinin xx.xx.2024-cü il tarixə təyin edilmiş hazırlıq iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstədi ki, iddiaçı atasından qalmış torpaq sahəsinin ona qaytarılmasını tələb etmişdir. Hazırda həmin torpaq sahəsi kənd icra nümayəndəsinin, polis əməkdaşlarının iştirakı ilə ölçülərək iddiaçının istifadəsinə qaytarılmışdır. İddia tələbi üzrə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, ekspert tərəfindən mübahisəli ərazidə bir neçə dəfə ölçü işləri aparılmışdır. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 170.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İddia ərizəsi qaytarıldığı üçün məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün iddiaçı tərəfindən KapitalBank ASC-də xx.xx.2021-ci il tarixli 28364 nömrəli qəbzlə ödənilmiş 10 manat və xx.xx.2022-ci il tarixli 7903 nömrəli qəbzlə ödənilmiş 90 manat dövlət rüsumu MPMnin 114.1.3-cü maddəsinə əsasən iddiaçının özünə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 170, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş ərazidən cavabdehin məcburi qaydada çıxarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən KapitalBank ASC-də xx.xx.2021-ci il tarixli 28364 nömrəli qəbzlə ödənilmiş 10 manat və xx.xx.2022-ci il tarixli 7903 nömrəli qəbzlə ödənilmiş 90 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-19/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-19/2024
25.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver