Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-194/2023 11.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iştirakları ilə. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər X2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Almalı kəndində yerləşən 0.04 ha torpaq sahəsindən onların mülkiyyətinə verilmiş 6/7 hissə payının naturada ayrılıb verilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Almalı kəndində yerləşən 0.04 ha torpaq sahəsindən onların mülkiyyətinə verilmiş 6/7 hissə payının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı3 və cavabdeh X5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə İddiaçı3 və cavabdeh X5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin məhkəmə baxışı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iddianı müdafiə etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia tələbini onunla əsaslandırmışlar ki, onlar Qax rayonu Almalı kəndində yaşayırlar. Onlara məxsus olan 0.04 ha torpaq sahəsinin 6/7 hissəsi onlara məxsusdur. Onlara Çıxarışa əsasən verilmiş torpaq sahəsini naturada əldə edə bilmirlər. Onlar bununla bağlı DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə rəsmi qaydada müraciət etmiş, lakin həmin idarədə rəsmi qaydada imtina etmişlər. Ona görə də, məhkəməyə müraciət etməli olmuşlar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Almalı kəndində yerləşən 0.04 ha torpaq sahəsindən onların mülkiyyətinə verilmiş 6/7 hissə payının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İş materiallarını nəzərdən keçirib, işdə iştirak edən iddiaçıların izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin verdiyi **********25 reyestr, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Qax rayonu Almalı kəndində yerləşən sahəsi 0.04 ha torpaq sahəsinin 1/7 hissəsi X5, 1/7 hissəsi İddiaçı4 Həsən qızı, 1/7 hissəsi İddiaçı5, 1/7 hissəsi X3, 1/7 hissəsi X6 və 2/7 hissəsi İddiaçı3 paylı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli, 10/4564 saylı rəyindən görünür ki, Məhkəmə Ekspetizası Mərkəzinə ekspertizanın təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardad ilə birlikdə daxil olmuş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: ƏMDK yanında DƏDRX-nin verrdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X5, İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Oğruc oğlunun ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Almalı kəndində yerləşən 0.04 ha torpaq sahəsinin iddiaçılara verilməsi mümkün olan 6/7 ha hissəsi və cavabdehə verilməsi mümkün olan 1/7 hissəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu sxemində göstərildiyi qaydada mümkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün banka 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ƏMDK yanında DƏDRX-nin verdiyi **********25 reyestr, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Almalı kəndində yerləşən sahəsi 0.04 ha torpaq sahəsinin 1/7 hissəsi X5, 1/7 hissəsi İddiaçı4 Həsən qızı, 1/7 hissəsi İddiaçı5, 1/7 hissəsi X3, 1/7 hissəsi X6 və 2/7 hissəsi İddiaçı3 paylı mülkiyyətindədir. İddiaçılar hazırda ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Almalı kəndində yerləşən 0.04 ha torpaq sahəsindən onların mülkiyyətinə verilmiş 6/7 hissə payının naturada ayrılıb verilməsini xahiş edirlər. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 06 sentyabr 2023-cü il tarixli, 10/4564 saylı rəy verilmiş, həmin rəylə ƏMDK yanında DƏDRX-nin verrdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X5, İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Almalı kəndində yerləşən 0.04 ha torpaq sahəsinin iddiaçılara verilməsi mümkün olan 6/7 ha hissəsi və cavabdehə verilməsi mümkün olan 1/7 hissəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu sxemində göstərildiyi qaydada mümkün olması qeyd edilmişdir. (sxem-mütəxəssis rəyinə əlavə edilib). Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi ekspert rəyində göstərilən qaydada, mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun qaydada təmin edilməlidir. Eyni zamanda da cavabdeh X1 50(əlli) manat ekspertiza xərci alınaraq müvafiq hesaba köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndində göstərilmişdir ki, dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur." Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, ƏMDK yanında DƏDRX-nin verdiyi **********26 reyestr, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Almalı kəndində yerləşən sahəsi 0.04 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/7 hissəsi, İddiaçı2 payına düşən 1/7 hissəsi, İddiaçı3 payına düşən 1/7 hissəsi, İddiaçı4 Həsən qızının payına düşən 1/7 hissəsi və İddiaçı5 payına düşən 1/7 hissəsi tərtib edilmiş yerquruluşu planında göstərilən qaydada paylarına uyğun naturada ayrılıb iddiaçılara verilməli, iş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdeh X1 alınaraq müvafiq hesaba ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. ƏMDK yanında DƏDRX-nin verdiyi **********26 reyestr, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Almalı kəndində yerləşən sahəsi 0.04 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/7 hissəsi, İddiaçı2 payına düşən 1/7 hissəsi, İddiaçı3 payına düşən 1/7 hissəsi, İddiaçı4 Həsən qızının payına düşən 1/7 hissəsi və İddiaçı5 payına düşən 1/7 hissəsi tərtib edilmiş yerquruluşu planında göstərilən qaydada paylarına uyğun naturada ayrılıb iddiaçılara verilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdeh X1 alınaraq aşağıdakı hesaba köçürülsün. (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı-X4, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab- AZ34GCTRE********************) Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-194/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-194/2023
11.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver