Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-2/2024 24.01.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmmməd oğlunun katibliyi ilə. İddiaçı cavabdeh X3 qarşı “X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 1970-ci il tarixdə tikilmiş iki otaqlı , ümumi sahəsi 212.8 kvm, yaşayış sahəsi 55.0 kvm olan ev və 0.06 ha həyətyanı torpaq sahəsinin 1/8 hissəsinə və JN-0201 nöçrəli Dövlət aktı əsasında verilmiş 0.47 ha pay torpaq sahəsinə vərəsəliyin açılması və mərhum ərinə məxsus ev, həyətyanı və pay torpaq sahəsindən özünə düşən hissənin özünün mülkiyyətinə verilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı ərizə ilə müraciət edərək, mərhum X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 1970-ci il tarixdə tikilmiş iki otaqlı , ümumi sahəsi 212.8 kvm, yaşayış sahəsi 55.0 kvm olan ev və 0.06 ha həyətyanı torpaq sahəsinin 1/8 hissəsinə və JN-0201 nöçrəli Dövlət aktı əsasında verilmiş 0.47 ha pay torpaq sahəsinə vərəsəliyin açılması və mərhum ərinə məxsus ev, həyətyanı və pay torpaq sahəsindən özünə düşən hissənin özünün mülkiyyətinə verilməsi barədə”qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş, tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutlmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələblərinə əsasən hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 – 264, 266 – 268, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçınun cavabdeh X3 qarşı “X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 1970-ci il tarixdə tikilmiş iki otaqlı , ümumi sahəsi 212.8 kvm, yaşayış sahəsi 55.0 kvm olan ev və 0.06 ha həyətyanı torpaq sahəsinin 1/8 hissəsinə və JN-0201 nöçrəli Dövlət aktı əsasında verilmiş 0.47 ha pay torpaq sahəsinə vərəsəliyin açılması və mərhum ərinə məxsus ev, həyətyanı və pay torpaq sahəsindən özünə düşən hissənin özünün mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın və iddia ərizsinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İddiaçıyə izah edilsin ki, ərizənin baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-2/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-2/2024
24.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver