Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-207/2024 12.03.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi üzrə mülki işə Qax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək qardaşı X4 Rusiya Federasiyası Tula şəhərində ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək iclasda iştirak edə bilməyəcəyini və işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılıb təmin edilməsinə etirazı yoxdur. Məhkəmə işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, onun qardaşı X6 xx.xx.1971-ci il tarixdə Qax rayonu İlisu kəndində anadan olmuşdur.Qardaşı Mahmud 1992-ci ildə işləmək üçün Rusiya Federasiyasının Tula şəhərinə getmişdir.Uzun müdddət orada yaşamışdır. xx.xx.2022-ci il tarixdə evdə olarkən vəziyyəti pisləşmiş, evdə vəfat etmiş və orada dəfn olunmuşdur. O, vərəsəlik işləri bağlı Notariat Ofisinə müraciət etdikdə orada ondan X4 ölüm haqqında şəhadətnaməsini tələb etmişlər. X1 ölüm haqqında şəhadətnaməsi yoxdur. Lazımi təşkilatlara o cümlədən dövlət idarələrinə müraciət etmiş həmin təşkilatlarda və dövlət idarələrində ona onların ölüm haqqında şəhadətnaməsinin alınması üçün müvafiq məhkəməyə müraciət etməsi bildirilmişdir. Buna görə də o, məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən, X4 xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasının Tula şəhərində ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. X3 məhkəmə iclasında ifadə verərək göstərdi ki, ərizəçi onun tanışıdır və onun ailəsini yaxından tanıyır. Təsdiq edir ki, həqiqətən də X4 xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası Tula şəhərində dünyasını dəyişmişdir. X2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, ərizəçi onun tanışıdır və onun ailəsini yaxından tanıyır. Təsdiq edir ki, həqiqətən də X4 xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası Tula şəhərində dünyasını dəyişmişdir. İşə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Qax rayonu İlisu kəndində yaşayır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, həmçinin şahidlərin ifadələrini dinləyib, sübutlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin qardaşı X6 xx.xx.1971-ci il tarixdə Qax rayonu İlisu kəndində anadan olmuşdur.Qardaşı Mahmud 1992-ci ildə işləmək üçün Rusiya Federasiyası Tula şəhərinə getmişdir.Uzun müdddət orada yaşamışdır.xx.xx.2022-ci il tarixdə evdə olarkən vəziyyəti pisləşmiş və evdə vəfat etmiş və orada dəfn olunmuşdur. O, vərəsəlik işləri ilə bağlı Notariat Ofisinə müraciət etdikdə orada ondan Ərizəçi ölüm haqqında şəhadətnaməsini tələb etmişlər. Həmçinin Ərizəçi ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmiş lakin, Maraqlı şəxsndə müvafiq ölüm haqqında akt qeydiyyatı tapılmadığından X5 ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. X4 ölməsi faktı haqqında müvafiq sənədlər olmadığı üçün o, məhkəmə qaydasında ölmüş elan edilməli, onun ölüm vaxtı (tarixi) kimi məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarix qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən ərizənin verilməsi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsin əsasən ərizənin məzmunu ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, X4 Rusiya Federasiyası Tula şəhərində ölmüş elan edilməli, Qax Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldığı gün onun ölüm günü hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2022-ci ildə Qax rayonu İlisu kəndində anadan olmuş X9 Rusiya Federasiyası Tula şəhərində ölmüş elan edilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-207/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-207/2024
12.03.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver