Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-21/2024 01.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz əmlakın dövlət reyestrinin **********50 nömrəli Çıxarışına əsasən onun və ailə üzvlərinin ümumi mülkiyyətində olan 0,2892 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən həmin torpaq sahəsini zəbt etmiş Cavabdeh çıxarılması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Qax rayonu Ləkit kəndində ailə üzvlərinə Aqrar İslahat komissiyasının qərarına əsasən 0,2892 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 08 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi bacısı Cavabdeh tərəfindən uzun illərdir zəbt olunduğu üçün istifadə edə bilmirlər. Cavabdehə torpaq sahəsindən çıxarılmasına dair dəfələrlə müraciət etməsinə baxmayaraq, o həmin torpaq sahəsindən çıxmaq istəmir. Cavabdeh hesab edir ki, həmin torpaq sahəsi mərhum valideynlərinə məxsus olmuşdur. Valideynlərindən miras qalmış evi və torpaq sahələrini o təkbaşına istifadə etmək istəyir. O, cavabdehə dəfələrlə izah etmişdir ki, mübahisəli torpaq sahəsi mərhum valideynlərinin yox, onun və ailə üzvlərinin mülkiyyətindədir. Lakin o bunu anlamaq istəmir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Daşınmaz əmlakın dövlət reyestrinin **********50 nömrəli Çıxarışına əsasən onun və ailə üzvlərinin ümumi mülkiyyətində olan 0,2892 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən həmin torpaq sahəsini zəbt etmiş Cavabdeh çıxarılması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə\ uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Daşınmaz əmlakın dövlət reyestrindən **********50 nömrəli Çıxarışa əsasən 0.2892 ha torpaq sahəsi İddiaçı, X3, X4 və X1 ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 06 sentyabr 2023-cü il tarixli 10/4851 saylı Rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-1893/2023 nömrəli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qax rayonu. Ləkit kəndində yerləşən İddiaçı ailə üzvlərinin xüsusi mülkiyyətində olan **********50 reyestr nömrəli 0,2892 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan **********72 reyestr nömrəli 0,5578 ha torpaq sahəsi ilə həmsərhəd olduğu, hər iki torpaq sahəsinin arasında fiziki sərhəddin olmadığı və cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olundu. Hal-hazırda torpaq sahəsi, cavabdehin fərdi yaşayış evinin həyətindən və mülkiyyətindəki 0,5578 ha torpaq sahəsindən gediş-gəliş üçün istifadə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi”nin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Daşınmaz əmlakın dövlət reyestrindən **********50 nömrəli Çıxarışa əsasən 0.2892 ha torpaq sahəsi İddiaçı, X3, X4 və X1 ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsini zəbt etmiş Cavabdeh çıxarılması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün mübahisələndirilən cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən istifadə edilib-edilməməsinin müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, Azərbaycan Respublikası Əliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzinin” ekspertləri qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 06 sentyabr 2023-cü il tarixli 10/4851 saylı rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-1893/2023 nömrəli mütəxəssis rəyinə əsasən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qax rayonu Ləkit kəndində yerləşən İddiaçı ailə üzvlərinin xüsusi mülkiyyətində olan **********50 reyestr nömrəli 0,2892 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan **********72 reyestr nömrəli 0,5578 ha torpaq sahəsi ilə həmsərhəd olduğu, hər iki torpaq sahəsinin arasında fiziki sərhəddin olmadığı və cavabdeh tərəfindən istifadə olunduğu, hal-hazırda torpaq sahəsinə, cavabdehin fərdi yaşayış evinin həyətindən və mülkiyyətindəki 0,5578 ha torpaq sahəsindən gediş-gəliş üçün istifadə olunduğu müəyyən edilmişdir. Beləliklə cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə edildiyi işin faktiki halları və işdə olan əsaslı və mötəbər sübut olan ekspert rəyi ilə sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. İddia təmin ediləcəyi üçün iş üzrə 50(əlli) manat ekspertiza xərci cavabdehdən alınaraq müvafiq hesaba ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublıkası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Daşınmaz əmlakın dövlət reyestrindən **********50 nömrəli Çıxarışa əsasən İddiaçı, X3, X4 və X1 ümumibirgə mülkiyyətinə verilmiş 0.2892 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmalı, cavabdehdən 100 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməli, cavabdehdən iş üzrə 50 (əlli) manat ekspertiza xərci alınıb müvafiq hesaba ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Daşınmaz əmlakın dövlət reyestrindən **********50 nömrəli Çıxarışa əsasən İddiaçı, X3, X4 və X1 ümumibirgə mülkiyyətinə verilmiş 0.2892 ha torpaq sahəsindən məcburi qaydada çıxarılsın. Cavabdeh 100 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh iş üzrə 50 (əlli) manat ekspertiza xərci alınıb (Büdcə təsnifatının kod-142595, büdcə səviyyəsinin kodu-, SAP(XİİS) hesabı, adı-X2, kodu 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab- AZ34CTRE********************) saylı hesaba ödənilsin. Qətnamədən təqdim olunduğu (alındığı) gündən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-21/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-21/2024
01.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver