Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-22/2024 30.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “əmlakın naturada bölünməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu İlisu kəndində olan 0.1 ha torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi- **********44) -Qax rayonu İlisu kəndində olan 0.1 ha. torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi-**********45) -Qax rayonu İlisu kəndində olan 0.1 ha. torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi-**********46) -Qax rayonu İlisu kəndində olan 0.1 ha. torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi-**********47) -Qax rayonu İlisu kəndində olan 0.1 ha. torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi-**********48) -Qax rayonu İlisu kəndində olan 0.1 ha. torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi-**********49) -Qax rayonu İlisu kəndində olan 0.1 ha. torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi-**********50) -Qax rayonu İlisu kəndində olan 0.1 ha. torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi-**********51) -Qax rayonu İlisu kəndində olan 0.1 ha. torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi-**********52) -Qax rayonu İlisu kəndində yerləşən ümumi sahəsi 504.5 kv.metr, torpaq sahəsi 2.0 ha. olan əmlak kompleksi kimi müəssisənin (daşınmaz əmlakın reyestr nömrəsi-**********99-12301) İddiaçı düşən 1/2 hissənin naturada bölünərək iddiaçıya verilməsi və ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin tərəflərdən İddiaçı məhkəməyə ərizə göndərərək cavabdehlə mübahisəli əmlakın bölünməsi istiqamətində razılıq əldə olunmuş və hazırki mübahisəni barışıq sazışı vasitəsilə bitirmişlər və işin icraatına xitam verilməsini, həmçinin ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim işin icraatına xitam verir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X1 qarşı “Əmlakın naturada bölünməsi tələbi”nə dair mülki işin icraatına İddiaçı iddiasından imtina etməsi barədə ərizəsi qəbul edilməli, işin icraatına xitam verilməli və iddiaçının xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 100 manat məbləğində dövlət rüsumu məbləği ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı “Əmlakın naturada bölünməsi tələbi”nə dair mülki işin icraatına barışıq sazişinə əsasən xitam verilsin. İddiaçı Cavabdeh qarşı “Əmlakın naturadan bölünməsi tələbi”nə dair mülki iş üzrə məhkəməyə müraciət etmək üçün iddiaçının xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan elan edildiyi gündən 10(on) gün müddətinə Qax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-22/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-22/2024
30.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver