Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-220/2023 04.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim: Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və maraqlı tərəf DƏDRX-in 12-saylı Şəki Ərazi idarəsinin Qax rayon şöbəsinə qarşı “xx.xx.2017-ci il tarixli Alqı-satqı Müqaviləsinə əsasən əldə etdiyi 52.16 ha torpaq sahəsinin cavabdehlərin razılığı olmadan bölgü sənədi üzrə çıxarışın verilməsinə icazə razılıq verilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qax rayon Notariat ofisinin xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı müqaviləsinə əsasən Qax rayonu Zərnə kəndində yerləşən 52.16 ha torpaq sahəsinin cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1 razılığı olmadan bölgü sənədi üzrə çıxarışın verilməsinə icazə razılıq verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə baxış iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək hazırki iddianın baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Həmçinin cavabdeh X2 işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutlmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə əsasən hazırki iş üzrə ərizə baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266, 268, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və maraqlı tərəf DƏDRX-in 12-saylı Şəki Ərazi idarəsinin Qax rayon şöbəsinə qarşı “xx.xx.2017-ci il tarixli Alqı-satqı Müqaviləsinə əsasən əldə etdiyi 52.16 ha torpaq sahəsinin cavabdehlərin razılığı olmadan bölgü sənədi üzrə çıxarışın verilməsinə icazə razılıq verilməsi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və maraqlı tərəf DƏDRX-in 12-saylı Şəki Ərazi idarəsinin Qax rayon şöbəsinə qarşı “xx.xx.2017-ci il tarixli Alqı-satqı Müqaviləsinə əsasən əldə etdiyi 52.16 ha torpaq sahəsinin cavabdehlərin razılığı olmadan bölgü sənədi üzrə çıxarışın verilməsinə icazə razılıq verilməsi tələbinə dair”iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100(yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən və ya alındıqdan sonra 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-220/2023
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-220/2023
04.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver